Toy gecəsi mahnıya görə döyülən gəlin

Hər gecəm oldu kədər
Qüssə-fəlakət sənsiz...

Nizami Gəncəvi

Toyu olsa da, içində sevinc yox idi. Yaxşı ki, adətə görə gəlin köçən qızlar özünü ağır aparmalıydı. Yoxsa o, sevinib-oynamamağını, atılıb-düşməməyini nəylə əsaslandıra bilərdi?! Dərdə-qəmə batdığından toy adamları xəbərsizdilər. Gəlin elə belə olur da. Başını aşağı salır, için-için düşünür, hətta kövrəlir, ağlayır. Oynatsalar, cəmi bir, ya iki dəfə oynayır. O da elə belə, yalandan. Yox, möhkəm dayanmışdı. Ağlamırdı. Hər gözünün üstündə gözəllik salonunda azı yarım saat işləmişdilər. Heyfi gəlirdi ağlayıb üzünü-gözünü yaman günə qoymağa. Gözünün qorasını tökməməyə çalışırdı, özünü bərk tuturdu. Hələ gözündəki linzalar! Hönkürə-hönkürə ağlamaq istəyirdi halbuki. Duvağını, üstündəki kirayəsi min manata olan gəlinlik paltarını söküb dağıtmaq istəyirdi. Xəyalında bunların hamısını eləyirdi də. Ətrafdakıların heyrət içindəki reaksiyalarını izləyirdi də.

Davamı →

Bakının toy və bayram mərasimləri

Bakının öz toy və bayram ənənələri vardı. Oğlan evləndirmək və qız ərə verməyin çox dolamanc yolları qədim zamandan məlumdur. Əvvəla qızı oğlan özü seçməzdi. Bu iş adətən, ananın, bacının, bibinin və xalanın üstünə düşərdi. Hətta oğlan özü qız seçmək istəsə də, bu mümkün deyildi. Çünki küçə və bazarda rastlarına çıxan qızlar üzlərini həmişə çadra ilə gizlədərdilər. Qız seçməkdə oğlan evinin köməyinə hamamlar çatırdı. Hamamda qız seçmək adət şəklini almışdı. Burada qızın boynuna, buxununa, əndamına, ayaqlarına, saçlarına yaxından tamaşa edərdilər. Bəzən xoşlarına gələn qızları başlarına su tökmək bəhanəsilə yanlarına çağıranda onların cəldliyini də yoxlardılar.
Davamı →

Toy adətləri

Azərbaycanın milli toy adətləri — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı tətənəli ənənələr ( qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.
Milli toy adət-ənənələrimiz həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir.
Davamı →

Azərbaycan toy adətləri

Milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın nə qədər qədim tarixi kökə malik olmasından xəbər verir.
Adət-ənənələrin yaşadılması çox vacibdir. Çünki milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası isə bu gün bizlərin üzərinə düşür.
Bəs milli dəyərlərimiz bu gün qorunurmu? Onları yaşatmaq üçün səy göstəririkmi?
Birinə «adət-ənənələrimiz itir» deyəndə, «müasirləşirik də!» cavabını alırıq. Bir çoxları inkişaf, müasirləşmək deyəndə çox təəssüf ki, bunu millilikdən uzaq olmaqda görür. Həmən insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı, xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur.
Davamı →

Dünyanın toy adət-ənənələri

Hər bir xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən fərqli toy adət-ənənələri var. Uzaq keçmişdən miras qalan bu xüsusiyyətlər illər, əsrlər keçməsinə baxmayaraq heç zaman unudulmur.

Çin toylarında hamı qırmızı paltar geyinməli, ətraf da bu rəngdə bəzədilməlidir. Toy üçün bişirilən tort aşağıdan-yuxarıya doğru kəsilməlidir. Bu, evlənənlərin xoşbəxtliyə doğru birgə qalxdıqları pilləkənləri simvollaşdırır. Çinin Tibet əyalətində isə toy günü qonaqlar evlənənləri təbrik edəndən sonra onların boyunlarına şərf bağlayırlar. Buna görə də mərasimin sonunda bəylə gəlin boyunlarındakı şərflərin ağırlığından yerlərindən dura bilmirlər. Ümumiyyətlə çin toyları dünyada ən məzəli toylar hesab edilir. Bəy və gəlin öz toyunda ata-analarının və bir-birlərinin şərəfinə tost deməlidirlər.
Ardı →

Bəyi gərdəkdən nə qaçırır?

Toy gecəsinin şəffaf şəraitdə keçirilməsi üçün müasir texnikaya müraciət edək, yoxsa dədə-baba qaydasında havaya yaylım atəşi açaq? İntim adət-ənənlərimiz haqda bir-iki kəlmə...
Hər zaman Azərbaycan xalqının sahib olduğu adət-ənənələrlə fəxr etmişəm. Həqiqətən bu millətin yaşatdığı tarixi vərdişləri, ənənələri düşündükcə qürurundan neynəyəcəyini bilmirsən. Sadəcə içinə fəxarət hissi dolur və xalqın qan yaddaşından xəbərsiz olanlara yazığın gəlir. Amma bəzən də çaşıb-qalırsan… “Bu bizim adət ola bilməz” deyib durursan. Məsələn?
O gün bir həftəlik kəndə getmişdim. Dostlarımdan biri evlənmək istəmirdi. Bir yandan ailəsi, bir yandan biz israr etsək də, dostumuz “yox” deyib dururdu. Nə zaman bu mövzu gündəmə gəlirdisə, oğlan əsəbi halda “Evlənmirəm, vəssalam” deyib uzaqlaşırdı. Heç bir izahat-filan da vermirdi.


Ardı →

Maraqlı toy adətləri

Toy mövsümü çoxdan başlayıb. Limuzini, geniş toy salonları, müğənniləri, dürlü-dürlü adətləri ilə 21-ci əsr Azərbaycan toylarından isə əksəriyyətimiz narazıyıq. “ Niyə bizdə hər şey bu qədər dəbdəbəlidir”dən tutmuş, “toy adətlərimiz dəhşət yorucudur”a qədər. Çoxumuza elə gəlir ki, toy adına keçirilən bu tamaşa insanı evlilikdən, sevib-seçdiyi insandan soyudur, uzaqlaşdırır.
Şeytanın detallarda gizlənməsi aksiomasını da xatırlasaq, toy öncəsi bəzi adət-ənənə detallarına görə ailələr, gənclər arasında ciddi problemlər yaranır, araya soyuqluq girir. Və sonda bilən də, bilməyən də xarici toy adətlərini ağızdolusu tərifləməyə üstünlük verir. “Heyf deyil xaricilərin toyları” deyə başlayan söhbətləri azmı etmişik və ya eşitmişik? Ümumi stereotiplərə görə, əcnəbilər toy etmək üçün heç bir əziyyətə qatlaşmırlar. Bir-birini sevir, uzun aylar bir evdə yaşayır, sonra da günlərin bir günü rahibin qarşısında “yaxşı və pis gündə, xəstəlikdə, sağlamlıqda birgə olacağıq” deyə and içərək, bir yastığa baş qoyurlar.
Ardı →