Toy gecəsi mahnıya görə döyülən gəlin

Hər gecəm oldu kədər
Qüssə-fəlakət sənsiz...

Nizami Gəncəvi

Toyu olsa da, içində sevinc yox idi. Yaxşı ki, adətə görə gəlin köçən qızlar özünü ağır aparmalıydı. Yoxsa o, sevinib-oynamamağını, atılıb-düşməməyini nəylə əsaslandıra bilərdi?! Dərdə-qəmə batdığından toy adamları xəbərsizdilər. Gəlin elə belə olur da. Başını aşağı salır, için-için düşünür, hətta kövrəlir, ağlayır. Oynatsalar, cəmi bir, ya iki dəfə oynayır. O da elə belə, yalandan. Yox, möhkəm dayanmışdı. Ağlamırdı. Hər gözünün üstündə gözəllik salonunda azı yarım saat işləmişdilər. Heyfi gəlirdi ağlayıb üzünü-gözünü yaman günə qoymağa. Gözünün qorasını tökməməyə çalışırdı, özünü bərk tuturdu. Hələ gözündəki linzalar! Hönkürə-hönkürə ağlamaq istəyirdi halbuki. Duvağını, üstündəki kirayəsi min manata olan gəlinlik paltarını söküb dağıtmaq istəyirdi. Xəyalında bunların hamısını eləyirdi də. Ətrafdakıların heyrət içindəki reaksiyalarını izləyirdi də.

Davamı →

Azərbaycan toylarında rast gəlinən tiplər

Həftə sonları toylar daha çox keçirildiyindən Bakıdan şənbə axşamları kabab iyi gəlir. Həmin gün hər tərəf qalstuklu kişilər, günortadan gözəllik salonunu zəbt etmiş, özəl olaraq toy üçün bəzənmiş, iki toya eyni paltarı geyinməyən, geyinsə ikinci toyda təkrar adamların olma ehtimalını bir riyaziyyatçı dəqiqliyi ilə hesablayan qadınlarla dolu olur. Toylarımız da maşallah dünyanın ən dəbdəbəli tədbirləridir. Hamısı da bir-birinə oxşayır.

Davamı →

Gəlinə niyə xına yaxılır?

Kədərin və xoşbəxtliyin bir vaxtda yaşandığı xına gecəsində gəlin həm ağlayır, həm də gülüb əylənir. Gəlinin və bəyin qadın qohumları və dostları toydan bir neçə gün əvvəl təşkil olunan xına gecəsində gəlinə xına yaxırlar.

Son vaxtlarda bu mərasimi təşkil edən bir çox təşkilatlar da mövcuddur. Bəs illərdən bəri gələn bu xına mərasiminin mənası nədir? Biz sizə xına yaxmağın nə mənaya gəldiyini araşdırıb yazmışıq.
Davamı →

Qəribə toy adətləri

Pakistan
Burada qız evi kürəkən namizədini qoyub qabağına o ki var söyür. Ailə böyükləri tərəfindən oğlana ağlınıza gələ biləcək bütün təhqirlər, söyüşlər səsləndikdən sonra oğlan hələ də soyuqqanlılıqla cavab vermədən səbr edərsə, qızı ona verirlər. Əks halda bu evlilik mümkün deyil.

Quam
Quamda bakirə qızların ailə qurması qadağan olduğu üçün onlar evlənəcəkləri kişinin iştirakı ilə pul qarşılığında bakirəliklərini pozdururlar. Pulu isə oğlan evi ödəyir.
Davamı →

Bakının toy və bayram mərasimləri

Bakının öz toy və bayram ənənələri vardı. Oğlan evləndirmək və qız ərə verməyin çox dolamanc yolları qədim zamandan məlumdur. Əvvəla qızı oğlan özü seçməzdi. Bu iş adətən, ananın, bacının, bibinin və xalanın üstünə düşərdi. Hətta oğlan özü qız seçmək istəsə də, bu mümkün deyildi. Çünki küçə və bazarda rastlarına çıxan qızlar üzlərini həmişə çadra ilə gizlədərdilər. Qız seçməkdə oğlan evinin köməyinə hamamlar çatırdı. Hamamda qız seçmək adət şəklini almışdı. Burada qızın boynuna, buxununa, əndamına, ayaqlarına, saçlarına yaxından tamaşa edərdilər. Bəzən xoşlarına gələn qızları başlarına su tökmək bəhanəsilə yanlarına çağıranda onların cəldliyini də yoxlardılar.
Davamı →

Toy adətlərinin tarixi

1. Ağ gəlin paltarı
1499-cu ildə Britanıyalı Anna toya ağ rəngli gəlinlik libası geyməyi dəb saldı. Ondan əvvəl bütün gəlinlər toya yalnız ən gözəl paltarlarını geyirdilər və rəngin heç bir əhəmiiyəti yox idi.

2. Üzük taxılan barmaq
Yunanıstanda nişan üzüyünün taxıldığı barmaq şəhadət barmaq idi. Hindistanda isə bu üzüyü baş barmağa taxırdılar. Bəzi Afrika ölkələrində üzüyü orta barmağa taxırdılar. Sonradan yunanların da təsiri ilə qərbdə üzüyü üçüncü barmağa taxmaq dəb halını aldı- üçüncü barmaq ürəyə daha yaxın hesab edilirmiş…

3. Brilliant nişan üzüyü
Kral Maksimilian çox sevdiyi Meriyə sevgisinin rəmzi kimi bahalı brilyant üzük bağışladıqdan sonra varlılar arasında toyda brilyant üzük vermək dəbə düşür. 15-ci əsrdə sevgililər şəhəri Venesiyada bu adət populyarlaşdı. Brilyant həm də ən möhkəm daşlardan olduğundan bu sevginin də sarsılmaz olacağına inamın işarəsidir.
Ardı →

Dünyanın ən qəribə toy adətləri

Bəzi xalqların adət-ənənələri çox qəribə olur və insanları dəhşətə gətirir. Məsələn, Türkiyədə bəy duzlu qəhvə içməyə məcbur olur və səsini çıxarmır. Hindistanda isə gəlinin ayaqlarını qayınanası yuyur.

qırmızı hind gəlinliyiHindistanda toydan bir gün əvvəl parti təşkil olunur və qayınana gəlin münasibətlərinin yaxşı olması üçün gəlinin ayaqlarına xına qoyulur. Sonra isə mahnılar oxuyaraq onu qaynana yuyur.

Toyda bəy qayınana tərəfindən qarşılanır və bəyin ayaqları yuyulur. Ardından isə bal və süd çəkilir. Bəyaz gəlinlik yerinə, qırmızı rəngli sarı deyilən milli geyim geyinirlər. Həmin geyimi bəy toya gələrkən özü ilə birlikdə gətirir. 4 dəfə od ətrafında fırlandırqdan sonra birinci kim otursa, evdə onun sözü keçəcək.

Şimali Koreyada evlilik ənənələrində ördək və qaz əsas yer tutur. Əvvəllər bəylər əlində qaz tutaraq ağ atın önündə gəlirdi. Hazırda isə bu adət-ənənə taxta qazla əvəzlənib.

Başqa bir adət-ənənəyə görə, cütlüklər evə 2 cüt qaz yerləşdirir. Onlar qarşılıqlı danışsa, cütlüklər yaxşı yola gedəcək, tərs davransalar, yaxşı yola getməyəcək.


Vikinqlərdə gəlin namizədləri pulla alınırdı. Yəni, bəy gəlinin atası ilə danışıq aparır və gəlini pulla özünə arvad edir.

Belçikada toy adət-ənənəsi əl dəsmalı ilə bağlıdır. Gəlinin ailəsində qızın adı yazılmış və işlənmiş dəsmal var. Toy günü həmin dəsmal qonaqlara göstərilir.

Bosniyada bəy əvvəlcədən qız evinə gəlir və toy haqqında söhbət edir. Qızın ailəsindəki ağsaqqallar bəydən razı qalsalar, toya razılıq verirlər. Sonda qəhvə gətirilir və qəhvə şəkərlidirsə, qız evinin cavabı müsbət olduğu bildirilir.
Ardı →

Toy adətləri

toyMilli adətlərimizdən biri də toy mərasimləridir. Lakin bu gün milliliyimizi özündə yaşadan toylarımız artıq barmaqla sayılacaq qədərdir və o da həqiqətdir ki, adət-ənənə ilə keçirilən bu mərasimlər az-çox yenə rayon və kəndlərimizdə yaşanır...

Oğlan evində həyətlərin birində gəlin maşını bəzənir. Ona xələt bağlayırlar. Digər maşınlara da xələt bağlanır. Həyətdə qurulmuş çadırda toy mərasimi bir qədər davam etdikdən sonra gəlini gətirmək üçün hazırlıq görülür. Ağsaqqallar, ağbirçəklər, bəyin yaxınları, qız-gəlinlər qız evinə yollanırlar.
Oğlan evinin adamları “Vağzalı” sədaları altında qız evinə gəlir və həyətdə musiqiçilər çalıb-oynayır, evdə isə gəlini yaxın adamları lampa başına dolandırırlar. Gəlinin belini isə bəyin yaxınlarından biri qırmızı lentlə bağlayır, üzünə qırmızı örpək salıb, yeddi dəfə bu sözləri deyirlər:
Ardı →