Toyuq bulyonunun müalicəvi xüsusiyyətləri

İlk növbədə nəzərinizə çatdıraq ki, yalnız kənd toyuğundan bişirilmiş bulyon insan orqanizmi üçün xeyirli ola bilər.
Müasir quşçuluq fermalarında yetişdirilən broyler toyuqların bulyonunu xeyirli adlandırmaq olduqca çətindir. Məsələ burasındadır ki, belə toyuqların yetişdirilməsi zamanı müxtəlif kimyəvi maddələr istifadə olunur — hormonlar, külli miqdarda sintetik vitaminlər, antibiotiklər, konservantlar və s.

Davamı →

Bulyonlar sağlamlığa zərərlidir

Ətsiz yeməklər və ya şorbalar bişirəndə həmin xörəyin içinə, adətən, mağazalarda satılan hazır ət bulyonları alıb qatırıq.

Bu bulyonlar yeməklərimizə ətir və dad qatsa da, sağlamlıq baxımından zərərlidir. Ət bulyonlarının səbəb olduğu xəstəliklər arasında parkinson, epilepsiya, köklük və alzheimer kimi əhəmiyyətli sağlamlıq problemləri var. Ət və toyuq bulyonlarının bu qədər çox zərərli olmasının səbəbi isə tərkibində yer alan mono sodium qluatamat (MSG) maddəsidir.
Davamı →

Toyuq bulyonunun faydaları

İlk növbədə nəzərinizə çatdıraq ki, yalnız kənd toyuğundan bişirilmiş bulyon insan orqanizmi üçün xeyirli ola bilər.

Müasir quşçuluq fermalarında yetişdirilən broyler toyuqların bulyonunu xeyirli adlandırmaq olduqca çətindir. Məsələ burasındadır ki, belə toyuqların yetişdirilməsi zamanı müxtəlif kimyəvi maddələr istifadə olunur — hormonlar, külli miqdarda sintetik vitaminlər, antibiotiklər, konservantlar və s.

Son illər Avropa ölkələrində keçirilmiş elmi tədqiqatlar nəticəsində belə toyuqlardan bişirilmiş bulyon və suplarda çoxlu miqdarda ağır metallar aşkar olunub. Bu metallar orqanizmdə toplanaraq orqanizmin daim zəhərlənməsinə səbəb olur, qara ciyər və böyrəklərin fəaliyyətinə mənfi təsir edir.

Əsl toyuq bulyonu zülal, polidoymamış yağlı turşular, vitaminlər (B qrupu, E, PP, C, A), mikroelementlər (dəmir, kalsium, mis, maqnezium, selen) kimi xeyirli maddələrlə zəngindir.

Toyuq bulyonunda olan zülal ət bulyonunda olan zülaldan daha çoxdur.

Polidoymamış yağlı turşular ürək üçün çox vacibdir. Həmçinin bulyonun tərkibində olan peptidlər ürək əzələsini möhkəmləndirir və bərpa edir, qanda xolesterini azaldır.

Toyuq bulyonu B qrupu vitaminlərlə zəngindir. Bu vitaminlər mübadilə proseslərdə iştirak edir, sinir sisteminə çox müsbət təsir edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, qanın tərkibini yaxşılaşdırır.


Ardı →