Azərbaycanda ibtidai icma cəmiyyəti

İbtidai icma cəmiyyəti bəşər tarixinin ilkin pilləsini təşkil edir. İbtidai icma cəmiyyəti üçün istehsal vasitələri üzərində ümumi mülkiyyətin mövcudluğu, məhsuldar qüvvələrin zəif inkişafı şəraitində kollektiv istehsal və birgə məhsul bölgüsü səciyyəvidir. İbtidai icma quruluşu digər ölkələrdə olduğu kimi, Azərbaycanda da uzun sürmüşdür. Çünki bu dövrdə əmək alətləri sadə, istehsal texnikası aşağı səviyyədə olub, cəmiyyətin təsərrüfat fəaliyyəti təbii mühitdən birbaşa asılı olmuşdur.

İbtidai icma cəmiyyəti Azərbaycanda ilk insanın yarandığı vaxtdan (təxminən 1,5 milyon il bundan əvvəl) iri tayfa birliklərinin və ilkin dövlət qurumlarının yaranmasınadək (eramızdan əvvəl III — I minilliklər) olan bir dövrü əhatə edir.


Davamı →

İbtidai icma quruluşunun dağılması

TUNC DÖVRÜ e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmişdir. Tunc təbiətdə hazır şəkildə olmur. Tunc misin, qalayın, sürmənin qatışığından alınır və möhkəm olur. Tuncdan hazırlanan əmək alətləri əmək məhsuldarlığını (Müəyyən vaxt ərzində insanın istehsal edə biləcəyi məhsulun miqdarı əmək məhsuldarlığı adlanır) artırdı. Tunc dövrü üç mərhələyə bölünür: erkən, orta və son tunc dövrü.

Erkən tunc dövrü
ndə təsərrüfatın müxtəlif sahələri meydana gəlmiş, eyni zamanda əmlak və sosial bərabərsizlik yaranmışdı. Tunc dövrünün əvvəlində toxa əkinçiliyi xış (cüt) əkinçiliyi ilə əvəz olunmuşdu. Xış ağacdan hazırlanırdı. Xışla yer şumladıqda əvvəllər bir neçə adamın gücündən, sonralar isə iş heyvanlarından istifadə edilirdi. Daha sonra süni suvarma yarandı, iş heyvanlarından istifadə olundu, taxıl tunc oraqla biçildi və dən əl dəyirmanında üyüdüldü. Ev heyvanlarının növü artdı, at əhliləşdirildi, araba, təkər ixtira edildi (təkər təbiətdə olmadığına görə texniki tərəqqinin əsası hesab edilir), köçəri maldarlıq meydana gəldi, heyvanların yaylaq və qışlaq şəraitində bəslənməsinə başlandı. Maldarlar öz sürülərini yeni otlaqlara sürür, öz ailələri və əmlaklarını arabalara yığıb özləri ilə aparırdılar. Maldarlar ya arabalarda, ya da qurulub-yığılan çadırlarda yaşayır, tədricən köçəri həyat tərzinə keçərək köçəri olurdular. Beləliklə, ilk (erkən) tunc dövründə maldarlıq əkinçilikdən ayrıldı, birinci böyük ictimai əmək bölgüsü yarandı.


Ardı →

Azərbaycan qədim dövrdə

Dünyada ilk insanlar 2,5-3 milyon il bundan əvvəl yaşamışlar. Ilk insan qalıqlarına Şərqi Afrikada-Keniya və Tanzaniyada təsadüf olunmuşdur. Azərbaycanda isə ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamışlar. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq 3 mərhələyə bölünür:
1. Daş dövrü
2. Tunc dövrü.
3. Dəmir dövrü.
Daş dövrünün özü 3 mərhələyə ayrılır.
1. Qədim daş dövrü (Paleolit)-b.e.ə. 1,5 milyon il -12-ci minillik.
2. Orta daş dövrü (Mezolit)-b.e.ə. 12 -8-ci minilliklər.
3. Yeni daş dövrü (Neolit)-b.e.ə. 7 -6-cı minilliklər.


Ardı →