Turşu yeməyin faydaları

Turşu evdə şüşə qabda və əlverişli şəraitdə hazırlanarsa sağlamlıq üçün son dərəcə faydalıdır. Sağlam insanlarda turşunun həftənin 2 günü maksimum 1 ovuc içi qədər istifadəsi yetərlidir. Bəs, uyğun şəraitdə altında hazırlanıb yeyildikdə sağlamlığımız üçün faydaları nələrdir? Sadəcə sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan turşunun 7 faydası bunlardır.
Qan şəkərini tarazlaşdırır
Turşu yemək ilə birliktə yeyildikdə tərkibindəki sirkə sayəsində insulin ifrazını tarazlaşdıraraq qan şəkərini
kontrolda saxlayır. Ancaq diabet və qan təzyiqi ilə yanaşı böyrək xəstəliyiniz varsa turşu yemək sizin üçün bir risk yarada bilər. Buna görə istehlak miqdarında nəzarət etməlisiniz.

Davamı →

Marinə edilmiş sarımsaq turşusu

Tərkibi:
1 kq sarımsaq 
Marinə üçün:
  •     1 litr su
  •     200 qr şəkər tozu
  •     100 qr duz
  •     1 xörək qaşığı dənə istiot
  •     1 xörək qaşığı zirə
  •     2-3 dənə ətirli istiot
  •     1-2 ədəd mixək
  •     5-6 dənə qabıqlı hil
  •     2-3 dəfnə yarpağı
  •     15 ml uksus

Davamı →

Təbii probiotik mənbəyi

İnsan birinci növbədə sağlam qidalanmalıdır ki, xəstələnməsin sağlam olmaq üçün qidalanmaya diqqət etməli və ondan sonra xəstəlik ağırlaşmaqda davam edərsə dərman bitkilərindən istifadə etməlidir. Sağlam olmaq üçün bəzən yeməli bəzən də yeməmək lazımdır. Probiotiklər insan oğlunun sağlam yaşaması üçün bağırsaq mikroflorasının qidasıdırlar. Bağırsaq mikroflorası nə qədər zəngin və sağlam olarlarsa insanda bir o qədər sağlam imuntetli  olar. Belə insanlarda allergiya olmaz, belə insanlar tez tez xəstələnməz, yolxucu xəstəliklərə qarşı dözümlü olarlar. Aşağıda hazırlayacağımız tərəvəz turşusunun tərkibindəki bütün məhsullar ayrı ayrılıqda və birlikdə də faydalıdırlar.
Davamı →

Faydalı turşu

Dünyanın ən faydalı qidalarından biri də kələm turşusudur. Məlumata görə, kələm turşusu xərçəngdən tutmuş bir çox ölümcül xəstəliyi müalicə edir.

Kələm maqnezium və kaliumla zəngindir. Bu minerallar ürək-damar xəstəliklərinin qarşısını alır. Kələm turşusunun tərkibində bağırsağın dostu olan bol miqdarda laktik turşu və probiotiklər var. Kələm turşusu çox yeməklə insanlar bağırsaq və mədə xərçəngi kimi xəstəliklərin qarşısını ala bilərlər.
Davamı →

Misirsayağı badımcan turşusu

Çoxumuzun soyuq qış günlərində isti yeməyin yanında sarımsaqlı, sirkəli, acı badımcan turşusundan ötrü ürəyi gedir… Bu dəfə sizə təqdim edəcəyimiz resept isə olduqca acı sevərlər üçün əla seçimdir. Misirsayağı badımcan şorabası süfrələrinizin bəzəyi olacaq!

Ərzaqlar:
Badımcan – 10 ədəd
Bolqar bibəri – 1 ədəd
Çili bibəri – 1 ədəd
Sarımsaq – 7 diş
Zeytun yağı – 200 ml.
Cəfəri – 1 dəstə
Sirkə – 1 x.q.
Limon şirəsi – 5 x.q.
Keşniş tumu (üyüdülmüş) – 1 x.q.
Karri (toz )– 1 x.q.
Cirə (toz) – 0,5 x.q.
Davamı →

Gündə bir xiyar turşusu yemək faydalıdır

“Smithsonian” elmi jurnalında turşunun nevroz və stressə təsir etdiyinə dair məqalə yayımlanıb. Alim Metyu Hilimeyrin apardığı tədqiqat nəticəsində məlum olub ki, xiyar turşusu qorxunu azaldan, stressi rahatlaşdıran, yuxunu normallaşdıran, gərginliyi aradan qaldıran, emosional vəziyyəti bərpa edən anksiolitik təsirə malikdir.

Turşu məhsulları probiotiklə zəngindir. Bu səbəbdən də onlar həzm sisteminə də müsbət təsir göstərir. Alimlər hesab edirlər ki, həzm sistemi sağlam olanda beyin də sağlam olur. Gərgin fikirlər xeyli azalır. Odur ki, özünü həyəcanlı hiss edən adamlar üçün gündə bir ədəd duzlu xiyar faydalıdır.
Davamı →

Çuğundur turşusu

İnqridientlər:
1 kq çuğundur
1 ədəd qırmızı soğan
3 stəkan sirkə
2 xörək qaşığı duz
2-3 diş sarımsaq
2 çay qaşığı
istiot
1 çay qaşığı keşniş toxumu

Hazırlanması:
Çuğundurları yuyun və qabıqlarını nazik şəkildə soyaraq, kub şəklində doğrayın. Daha sonra soğanı halqavari doğrayın. Sarımsaqları isə soyaraq bütöv saxlayın. Orta ölçülü bir ləyəndə çuğundurların üzərinə az miqdarda çıxacaq qədər su tökün. Turşunu hazırlayarkən həmin sudan istifadə edəcəyiniz üçün 5-10 dəqiqə çuğundurlarla birlikdə qaynayan bu suyu atmayın.
Davamı →

Kələm turşusu

Kələm turşusu ən sağlam və ləzzətli turşulardan biridir. Kələm turşusu xüsusilə soyuq aylarda hər yeməyin yanında sevilərək yeyilir. Kələm turşusunun qaraciyər yağlarını aradan qaldırdığı, bağırsaqdakı faydalı bakteriyaları qoruduğu deyilir.

Ərzaqlar:
1 kq kələm
1 ədəd kök
5 diş sarımsaq
2 ədəd acı və ya şirin bibər
1 dəstə cəfəri
1 stəkan sirkə
1 stəkan su
2,5 xörək qaşığı iri duz
4-5 ədəd noxud.
Davamı →