Yəmən

Yəmən respublikası Asiya qitəsinin cənub-qərbində, Ərəbistan yarımadasının cənubunda və orta şərqdə yerləşir. Səna Yəmənin ən böyük şəhəri olmaqla bərabər onun paytaxtıdır. Sahəsi 527,968 km2 -dir. İki əhmiyyətli sahilə malikdir; Qırmızı dənizin qərb sahilləri və Ərəb dənizinin cənub sahilləri. Yəmən 1990-cı ilə qədər bir-birilə qonşu olan iki ölkədən ibarət idi. 1990-cı ildə bu iki ölkə Yəmən respublikası adı altında birləşdi. 1994-cü ildə birləşmiş bu iki tərəf arasında müharibə baş verdi. Sonda şimallıların cənublular üzərində qələbə çalmasına baxmayaraq, təşkil olunmuş bu birlik qorunub saxlanılır. Yəmən respublikasının rəsmi dini İslamdır. Burada sayca cox az olan başqa dinlərin nümayəndələri tam azaddırlar. Müsəlmanlar bu ölkənin əhali sayına görə çoxluq təşkil edir. Ölkədəki müsəlmanların çox hissəsini təşkil edən (onikiimamçı şiəliyinə yaxın olan) Zeydiyyə məzhəbində olanlar şimali Yəmənin dağlıq yerlərində yaşayırlar. Əhli-sünnə sayılan şafeilər isə ölkə əhalisinin təqribən yarısını təşkil edir. Ölkənin cənub hissəsində yaşayanların çoxu bu məzhəbdədirlər. Yəmənlilər ənsar hesab olunurlar. Onların iftixar etdiyi şeylərdən biri də İslam Peyğəmbərinin(s) elçisi həzrət Əli(ə) Yəmənə çatan kimi və qan tökülmədən müsəlman olmalarıdır. Bu hadisə, yəni Yəmən xalqının müsəlman olması tarix kitablarında yazılmışdır.
Ardı →

Turizm Mədəniyyətin Təzahüru Kimi

Turizm mədəniyyətin ayrılmaz təzahür forması olub, fəal istirahətin ən əlverişli və səmərəli keçirilməsində yeni forma və metodlar seçir. İnsanların fiziki cəhətdən kamil və hərtərəfli inkişafında, mədəni asudə vaxtının mənalı təşkilində ən effektli vasitə kimi turizm, mədəniyyətlə qarşılıqlı əlaqədə olmuşdur.
Turizmin ilk tarixin əsas istiqamətlərindən biri, təhsil məqsədi ilə edilən səyahətlər olmuşdur ki, turistlər öz səyahətləri zamanı görkəmli adamlarla, tarixi mədəniyyət abidələri, qədim şəhərlər, incəsənət əsərləri ilə tanış olurlar.
Ardı →

Turizmin sosial-mədəni əhəmiyyəti

Turizm sahəsi bir növ ayrı-ayrı sahələrin birləşməsi nəticəsində formalaşan bir sahədir, yəni bir neçə ayrı peşələrə sahib olan insanların bir sahədə çalışması deməkdir. Bu da, turizmin səyahət olunan ərazidə yerləşən digər obyektlərə də müsbət təsirlərindən xəbər verir. Əraziyə gələn səyahətçi sayısındakı artma yeni yerləşmə, yiyəcək-içəcək, rekreasiya obyektlərinə, alış-veriş sahələrinə və digər sahələrə sərmayələrin qoyuluşuna olan gərəyi də artırır. Bütün bu fəaliyyətlər üçün özəl sektor, yerli idarəetmə orqanları və dövlət görüləcək işlər doğrultusunda yeni sərmayələrin qoyuluşunu hədəfə alırlar. Buna görə, turizmin iqtisadi təsiri sadəcə sektor içində özünü göstərmir.
Ardı →

Turizm

İnsanlar həmişə səyahət ediblər. Öz qəbiləsinin yaşadığı məskənlərin ətrafından başlanan ibtidai səyahətlər daha sonralar uzaq səfərlər, dəniz və çaylarla edilən səyahətlərlə əvəz olunmuşdur. Səyahət müəyyən məqsəddən asılı olmayaraq, insanların məkan və zaman çərçivəsində öz yerlərini dəyişməsidir. Hazırda dünyanın əksər dövlətlərində müasir turizm hərəkatı XX əsrin fenomeni adlandırılır. Həqiqətən də belədir, bu gün şahidi olduğumuz turizm, texnikanın, insanlar arasındakı humanitar münasibətlərin, təhlükəsizlik prinsiplərinə riayət etməklə, dünyanın hər yerinə səyahət etmək imkanının yaranmasının nəticəsidir. XX əsrin fenomeni sayılan turizm hazırda dünyanın bir sıra ölkələrində 240 milyondan çox insanın məşğuliyyətini təmin edən və demək olar ki, bütün sənaye sahələri (38 sənaye sahəsi) ilə əlaqəli fəaliyyət göstərən, geniş maddi bazaya malik və sürətlə inkişaf edən sahəyə çevrilmişdir. Turizm Fransız mənşəli söz olmaqla səyahət, səfər etmək deməkdir. Turist istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir. Dərketmə məqsədi ilə həyata keçirilən və müddəti 24 saata qədər olan səyahətə isə ekskursiya deyilir. İngiltərəli keşiş Tomas Kuk müasir turizmin banisi hesab olunur. O, 1841-ci ildə dəmir yolu vasitəsilə ilk kütləvi gəzinti təşkil etmişdir. Bu səyahətdə 600-ə yaxın adam iştirak etmişdir. Bu onun turizm fəaliyyətinin, həmçinin müasir turizmin, turizm sahəsinin başlanğıcı idi. Həmçinin dəmir yolları beynəlxalq turizmin gələcək inkişafı ilə bağlı bütün tədbirlərin və reklamın müəyyənləşdirilməsini də öz üzərinə götürmüşdü. Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə buna görə də, hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar. Aparılan sosioloji tədqiqatlardan məlum olmuşdur ki, hələ keçən yüzilliyin sonlarında turizm sahəsindən dünyada əldə olunan gəlirin həcmi ABŞ dolları ilə 450 milyardı ötüb keçmişdir. Onun inkişafının orta illik artım faizi isə 4,3 faizdən çox olmuşdur. Bunun əsas səbəbləri insanların dünyanın öyrənilməsinə artan tələbatı, əhalinin həyat səviyyəsinin artması, nəqliyyatın, texnologiyaların, o cümlədən informasiya kommunikasiya texnologiyalarının inkişafı, qloballaşma və sairədir. İlk zamanlarda əsasən zəngin insanlara xidmət edən turizm yalnız nəqliyyat və yerləşmə xidmətləri təklif edirdi. Bu hələ müasir «XX əsrin fenomeni» olan qonaqpərvərlik sənayesi olmasa da tədricən inkişaf edirdi. Turizmin beynəlxalq səviyyədə olması, yalnız ictimai münasibətlərin müəyyən inkişaf pilləsində, millətlər arasında yüksək inkişaf etmiş və davamlı iqtisadi, siyasi və mədəni əlaqələrin olması əsasında mümkün olmuşdur. Bu da beynəlxalq bazarın formalaşma dövrü, beynəlxalq ticarətin artması və yeni nəqliyyat vasitələrinin meydana çıxması ilə üst-üstə düşür. Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir.
Müəllif: Cavid Cəbiyev
Davamı →

Turizmin idarəedilməsinin əsas xüsusiyyətləri

Turizm — sirli, sehrli bir aləm yox, bu sahədə çalışan insanların məsuliyyət tələb edən, işguzar fəaliyyətinin məhsuludur. Bu, bir daha sübut edir ki, turizm özünəməxsus spesifikaya malikdir. O, fəal istirahət və əyləncənin əlverişli və səmərəli formalarından biri olub insanların fiziki cəhətdən kamil və hərtərəfli inkişafında, mədəni asudə vaxtının mənalı təşkilində ən effektli vasitələrindən biridir. Məhz elə buna görə də turizm özünəməxsus xüsusiyyətlərə malikdir. Turizm təkcə təbiəti seyr etmək, ondan mənəvi həzz almaqla bitmir. O eyni zamanda sosial hadisə kimi çox aktual və hərtərəfli sahə hesab edilir.
Ardı →

Turizmin tarixi

Turizmin tarixi inkişaf mərhələsi qədim keçmişə malikdir. Və kulturoloji aspektdə öyrənilməsi vacibdir.
Qeyd etmək lazımdır ki, ədəbiyyatlarda kütləvi turizmin ilk təşkilatçısı ingilis Tomas Kuk adlı şəxs hesab olunur. O, hələ, 1841-ci ildə Lankasterdən Dolnqboruqa qədər dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını qoymuşdur. O, həmçinin 1847-ci ildə səyahət və ekskursiyalar cəmiyyəti yaratmış, bir qrup zəngin ingilis vətəndaşlarının Aralıq dənizində səyahətini təşkil etmişdir.
Ardı →