HANSI DAHA VACİBDİR: AĞIL YOXSA TƏCRÜBƏ?


            
İnsanlarımızın nitq və düşüncələrində, hər zaman bir “təcrübə”, “yaş” «faktoru» müşahidə olunur; onlar, hər zaman “təcrübə”dən və “yaş”dan danışırlar. Bu durum, az qala bütün sosial status, peşə, kateqoriya və demoqrafik və gender xüsusiyyətlərə sahib insanlara aiddir: istər müəllimi olsun, istər həkimi, istər fəhləsi olsun istər jurnalisti, istər alimi olsun, istər siyasətçisi olsun ya da başqa bir sahənin nümayəndəsi olsun və ya istər qadını olsun istər kişisi olsun, istər yaşlısı olsun istər cavanı olsun; hər kəsin dilində və şüurunda bir “təcrübə”, “yaş” və ya “görmək“, “duymaq”, “eşitmək” fenomeni” var...
Bəs bu nə anlama gəlir?.. Doğrundanmı “yaş” və ya «təcrübə», ya da “görmək”, “duymaq”, “eşitmək”, belə avtomatik, həlledici və xüsusi bir anlama sahibdir?..
Davamı →

Cücələr də saymağı bacarırlar

Cücələr insandan daha tez, üstəlik heç kim tərəfindən öyrədilmədiyi halda saymağı bacarırlar.

Bunu İngiltərənin Bristol Universitetinin professoru Kristina Nikol 20 il ərzində apardığı araşdırmalara əsasən bildirmişdir.

Belə ki, onun apardığı elmi təcrübələrə əsasən məlum olub ki, cücə yumurtadan çıxandan cəmi bir neçə saat sonra 5-ə qədər saya bilir. Təcrübə zamanı cücələri 2 yuvanın yanına yerləşdirmişdilər. Yuvanın birində çox, digərinə isə nisbətən az sayda yumurta qoyulmuşdur. Cücələr yumurtanın çox olduğu yuvanı seçmişlər. Hətta cücələri çaşdırmaq üçün yuvaların yerini və yumurtaların sayını belə dəyişmişlər, amma nəticə eyni olmuşdur – yenə də yumurtanın çox olduğu yuvanı seçmişlər.


Ardı →

Sevginin ürəklə heç bir əlaqəsi yoxdur

«Mən onu bütün qəlbimlə sevirəm», «Filankəs filankəsə bir könüldən, min könülə vurulub» dilimizdəki bütün bu ifadələr insanın ürəyi ilə sevdiyi təsəvvürünü formalaşdırıb. Amma, bu mövzuda aparılan araşdırmalar göstərir ki, əslində sevginin ürəklə heç bir əlaqəsi yoxdur.
Yayılan məlumata görə, o, bilavasitə beyində yaranan və inkişaf edən hissdir. Bu fikir ilə çıxış edən mütəxəssislər məsələyə belə münasibət bildiriblər:
«Beynimizdəki eşq funksiyasına genlərimiz nəzarət edir. Bu səbəbə görə deyə bilərik ki, sevginin təməlində əslində genlərimizin nəzarət etdiyi sinir hüceyrələri dayanır».

Bəzilərimiz üçün anlaşılmaz olan bu fikirə aydınlıq gətirmək üçün alimlər bir təcrübə keçirib. Təcrübə zamanı bir-birini heç tanımayan cütlüklərə qarşı tərəfin fotoşəkilləri təqdim olunub və onlardan özlərinə yaxın, daha ürəyəyatımlı hesab etdikləri bir insanın şəklini seçmək istənilib. Daha sonra isə bir həftə ərzində həmin şəkilləri təqdim edilən insanların gündəlik geyindikləri köynəklər bir qutu içərisinə yığılıb.


Ardı →

Lənətlənmiş çörək

Fransanın cənubunda yerləşən Pont Saint Esprit kəndində, 1951-ci il, avqustun 16-sı səhər tezdən çox qəribə hadisə baş verdi. Yuxudan ayılan kənd əhalisi 1-2 saat içində dəli olmağa başladı. İnsanlar polisə tez-tez əjdaha gördüklərini, həmin əjdahanın onlara hücüm çəkdiyini söyləyirdilər.
Həmin gün bir nəfər “mən təyyarəyəm” deyərək, özünü ikinci mərtəbədən atdı. Qaçaraq həkimə gələn biri isə: 

-Həkim, ürəyim yerindən çıxıb, xahiş edirəm, onu yerinə taxın. — deyə yalvardı.
Küçələr dəli olan insanlarla dolu idi. Bu qəribə hadisə 5 nəfərin ölümü, 300 nəfərin yaralanması, 50 nəfərin isə dəlixanaya düşməsi ilə nəticələndi. Fransa tarixinə bu gün “lənətlənmiş çörək” adı ilə düşdü. Mütəxəssislər səbəb kimi, çörəyə qarışmış göbələyin keyləşdirici və hallüsinasiya yaradan təsirini göstərdilər.


Ardı →

Meymunlar üzərində maraqlı təcrübə

Bir qrup elm adamı 5 meymunu bir qəfəsin içinə salır. Həmin qəfəsdə  üzərində banan olan bir nərdivan yerləşdirilir. Nə zaman meymunlardan biri bananları götürmək üçün nərdivana dırmaşmağa qalxsa elm adamları digər meymunları soyuq suyla isladır. Bir müddət sonra nə vaxt meymunlardan biri nərdivana dırmaşmağa qalxsa digər meymunlar onu döyməyə başlayır. Aradan bir az daha vaxt ötür və nərdivandakı bananlar nə qədər cazibədar olsada meymunlardan heç birisi nərdivana dırmaşmağa cəsarət etmir.
Ardı →

Bir boşqab yoxsa iki boşqab?..

Psixologiya fakültəsinin bir tələbəsi əsgərlər arasında belə bir təcrübə aparmağı qərara aldı.Yemək vaxtı yeməkxanaya gəldi və əlində bir qutu ərik yemək paylanan yerin qarşısında dayandı.İlk gələn bir qrup əsgərdən: “Ərik istəməzdiniz,deyilmi?”- deyə soruşdu.


Ardı →

Təcrübə

Məhşur həkim Pol Raskin, tələbələrinə qocalığın psixoloji təsirlərindən mühazirə oxumalı idi. Raskin mühazirəyə aşağıdakı misallarla başladı: “Xəstə” nə danışır nə deyilənləri başa düşür.bəzən saatlarla anlaşilmaz şeylər söyləyir.Zaman, məkan və ya şəxs anlayışı yoxdur.Yalnız adı ilə çağıranda reaksiya verir.Onu həmişə kimsə yedirdir, yuyundurur, geyindirir. Dişləri yoxdur. Yeməklərini əzib verməkdən başqa çarə qalmır. Ağzından su axdığı üçün köynəyi həmişə ləkə icində olur. Yeriyə bilmir. Nə vaxt yatıb nə vaxt duracağı məlum deyil. Bəzən gecə yarısı durub qışqırır və heç kimi yatmaqa qoymur. Bəzən sakit, bəzən əsəbi olur. Kimsə gəlib onu yatızdırmayana qədər qışqırıb ağlayır. “
Ardı →