Bizim Britaniya diplomu verən bir illik magistratura proqramlarımız həm yerli, həm də əcnəbi tələbələr tərəfindən yaxşı qarşılanır

IBS_new_campus_Budapest

International Business School (Macarıstan) haqqında ali məktəbin Beynəlxalq Tələbə Qəbulu Şöbəsinin Müdiri Laslo Lendvainin müsahibəsi

1/ Zəhmət olmasa, özünüzü oxuculara təqdim edin.

Mən, Laslo Lendvai (László Lendvai), Beynəlxalq Biznes Məktəbinin (International Business School) Beynəlxalq Tələbə Qəbulu Şöbəsinin Müdiri və bu ali məktəbin məzunuyam.

2/ Bu ali məktəbi 3-4 cümlə ilə necə təsvir edərdiniz?

International Business School (IBS) 65 ölkədən tələbənin təhsil aldığı əsl beynəlxalq universitetdir. IBS təkcə müvafiq akademik biliklər tədris etmir, həmçinin tələbələrə praktik əhəmiyyətli və proqrama uyğun müasir biznes bilikləri və menecment metodlarını real biznes fəaliyyətində iştirak etməklə öyrətmək üçün əlindən gələni edir. Bizim seminarlarımız yalnız kiçik qruplarda olur, interaktiv formada keçir və tələbələri motivasiya edir. IBS tələbələrinin açıq və tənqidi düşünmə bacarığı işəgötürənlər tərəfindən yüksək dəyərləndirilir.


Ardı →

Getdikcə daha çox azərbaycanlı tələbənin BKF-də təhsili seçdiyi üçün məmnunluq hissi duyuruq

dobak_zoltan

Xahiş edirik özünüzü oxuculara təqdim edin.

Mən, Zoltan Dobak, BKF Tətbiqi Elmlər Universitetində Beynəlxalq Təlim Mərkəzinin rəhbəriyəm. BKF Universitetində təhsil ilə maraqlanan hər kəsi yüksək keyfiyyətli yardımla təmin etmək üçün burada çalışıram.

Qısa olaraq BKF Universitetini necə təsvir edə bilərsiniz?

BKF Tətbiqi Elmlər Universiteti daim artan beynəlxalq icması ilə Mərkəzi Avropada ən iri özəl universitetlərindən biridir. Bizim təklif etdiyimiz Avropa Birliyinin mərkəzində real qiymətlərə professional bilik və münasib yaşayış xərcləridir. Tələbələr BKF-də geniş çeşidli bakalavr və magistr proqramları tapa bilərlər. Məsələn, Turizm və iaşə, Kommunikasiya və media, Biznesin idarə olunması, Fotoqrafiya, Qrafik dizayn, Televiziya yaradıcılığı və digər bir çox maraqlı ixtisaslar.


Ardı →

Macarıstanın dövlət proqramı

                     Macarıstan hökuməti bu ildən etibarən Azərbaycandan olan 200 tələbənin Macarıstanın dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb.
Təqaüdlər aşağıdakı xərcləri qarşılayacaq: 
— təhsil haqqı;
— əsas kitablar və tədris materialları; 
— yataqxanada qalmaq haqqı və ya 30 000 macar forinti (təxminən 115 AZN) kirayə haqqının qarşılanması üçün yardım;
— tibbi sığorta xərcləri;
— aylıq təqaüd: bakalavr və magistratura tələbələri üçün 40 460 macar forinti (təxminən 155 AZN), doktorantura tələbələri üçün 100 000 macar forinti (təxminən 385 AZN).

Təqaüdlər aşağıdakı dərəcə proqramlarını əhatə edir: — bakalavr (adətən 3 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment. — magistratura (adətən 2 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment. — doktorantura (adətən 3 il): müxtəlif.

Bu proqrama müraciət edərkən ali məktəb və ixtisas seçimində, sənədlərin standartlara uyğun hazırlanmasında konsultasiyaya ehtiyacınız varsa, [email protected] ünvanına yazmaqdan çəkinməyin. Unutmayın ki, bizim Macarıstan ali məktəblərinə tələbə qəbulunda 3 ildən çox təcrübəmiz var. Təqaüdə müraciət etmək sənədləri 28 aprel tarixinə kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək lazımdır. Bu barədə artıq Təhsil Nazirliyinin saytındakı yerləşdirilmiş elanı bu keçiddən oxuya bilərsiniz. Sənəd qəbulu proseduru ilə maraqlananlar bu faylda şərtlərlə tanış ola bilərlər. Təhsil Nazirliyi həmçinin tez-tez verilən suallara cavabları da buradayerləşdirib.
Davamı →

Macarıstanın ən qədim universiteti Peç Universitetinin prorektoru Dr. Gyula Zeller ilə müsahibə

Gyula Zeller (1)

Zəhmət olmasa, özünüzü oxuculara təqdim edin.

Mənim adım Gyula Zeller, Peç Universitetinin (University of Pécs) Maliyyə, Strategiya və Əlaqələr üzrə Vitse-rektoruyam.

Qısaca Peç Universitetini necə təsvir edə bilərsiniz?

Peç Universiteti Macarıstanın ən qədim universitetidir və 1367-ci ildə təsis edilmişdir. On fakültə və təxminən 22 min tələbə ilə Peç Universiteti Macarıstanın ali təhsil sistemində mühüm rol oynayır.

Biz 60-dan çox müxtəlif ölkəni təmsil edən 2000-dən çox beynəlxalq tələbəmizin olmasından məmnunuq. Peç Universiteti bir sıra sahələrdə ingilis və alman dillərində geniş çeşidli beynəlxalq proqramlar təklif edir. Bu proqramlar tələbələrə bütün dünyanın hər bir tərəfində müxtəlif və maraqlı karyera imkanları yaradır.


Ardı →

Macarıstanın Duna Kollecinin rəhbəri: Anam və həyat yoldaşım Azərbaycanlıdırlar, ona görə azərbaycanlı tələbələri qəbul etmək mənim üçün şərəfdir

Matin_Hashem

Zəhmət olmasa özünüzü bizim oxuculara təqdim edin.

Mən Mətin Haşem, Budapeştdə yerləşən Duna Beynəlxalq Kollecinin (Duna International College) təsisçisi və direktoruyam. Mən kompüter elmləri üzrə mühəndislik oxumuşam, bununla bərabər Macarıstanda Beynəlxalq Biznes Məktəbində (International Business School) menecment üzrə magistraturada təhsil almışam. Mən əvvəl müəllim olmuşam və Macarıstana magistr təhsilimi başlamaq üçün gəlmişdim. Daha sonra bu yerin təhsil və karyera üçün gözəl olduğunu dərk etdim. Mən çox xoşbəxtəm və fəxr edirəm ki, Budapeşt şəhərində Duna Kollecini (Duna College) təsis etmək və başlamaq mənə nəsib oldu. Budapeşt mənim üçün sevimli bir şəhərdir, çünki həyatımdakı ən yaxşı dostları, həmkarları və unudulmaz anları məhz bu şəhərdə tapdım.


Ardı →

Budapeştdə 4 həftəlik ingilis dili kursu (yay məktəbi)

Bu kurs hər biri 45 dəqiqə davam edən 100 ingilis dili dərsindən ibarətdir və 2015-ci ildə 5 iyul-1 avqust tarixlərində Budapeştdə International Business School-da keçiriləcək. Kursun məqsədi ümumi və biznesyönümlü ingilis dili biliklərini bütün istiqamətlərdə (dinləmək, danışmaq, oxumaq və yazmaq) orta səviyyədə inkişaf etdirməkdir.  Kursun iştirakçıları üçün Budapeştdə əyləncə proqramı – muzeyləri gəzmək, filmlərə baxmaq, görməli yerlərə səyahət etmək kimi sinifdənkənar fəaliyyətlər də nəzərdə tutulub. Bundan əlavə həftədə iki dəfə Macarıstanın ən gözəl tarixi və təbiəti olan yerlərinə eksursiyalar da təşkil olunacaq.

Tələbələr International Business School-un (Beynəlxalq Biznes Məktəbinin) kampusunda yerləşən yataqxanada qalacaqlar. Tələbələrə gündə 3 dəfə yataqxananın restoranında yemək veriləcək. 4 həftə ərzində 100 dərsdən ibarət ingilis dili kursu + gündə 3 dəfə yemək + lüks şəraitdə qalmaq + səyahət etmək + əyləncə (kino, oyunlar, muzeylər, rəqs və s.) = hamısı cəmi 1550 avro. Budapeştə gediş və gəliş, eləcə də viza xərcləri göstərilən 1550 avroya daxil deyil və iştirakçı tərəfindən ödənməlidir. Cəmi 1550 avroya 1 ay ərzində həm ingilis dilini öyrənəcəksiniz, həm də Avropanın ən gözəl şəhərlərindən biri olan Budapeştdə dincələcəksiniz.

Ardı →

Budapeştə International Business School-a gəldikdə seçimimdə nə qədər düzgün olduğumun şahidi oldum

    IMG_3705  

Bugünkü müsahibimiz Macarıstanda yerləşən International Business School-un məzunu və Macarıstan-Azərbaycan Gənclər Birliyinin sədri İbrahim Səfərlidir. O, bizimlə Budapeştdəki tələbə həyatı və ictimai iş təcrübəsi barədə fikirlərini bölüşür.

  — Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi? 

İlk olaraq müsahibə üçün sizə öz təşəkkürümü bildirirəm. Bakalavrda təhsil alarkən belə, Avropada magistr təhsili haqqında düşünürdüm. Bir neçə variantı nəzərdən keçirdikdən sonra mənim üçün ən optimal variantın Macarıstan olduğunu qərara aldım. Əsas amillərdən biri seçdiyim universitetin məni Britaniyanın nüfuzlu diplomu ilə təmin etməsi, Budapeştin Avropanın ən gözəl şəhərlərindən biri olması ilə yanaşı, həm də əsl tələbə şəhəri olması idi. Bir məqamı da vurğulamaq istərdim ki, ümumi yaşayış qiyməti də tələbə üçün əsas faktorlardan biri hesab edilir. Bu nöqteyi nəzərdəndə Budapeştdəki qiymətlər digər Avropa şəhərlərindən xeyli ucuzdur.


Ardı →

Budapeştdə fəaliyyət göstərən ali məktəbimiz alman dilli bölgələrin xaricində yerləşən və tamamilə alman dilində fəaliyyət göstərən yeganə universitetdir

 Schützhold (1)

Zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edin.

Mən Peter Schützhold, Budapeştdə yerləşən Andraşi Universitetində (Andrássy University Budapest – AUB) marketinq və kommunikasiya departamentin rəhbəriyəm.

Qısaca Andraşi Universitetini necə təsvir edə bilərsiniz?


Ardı →

Budapest Business School-un Macarıstanda olması, xüsusi ilə də Budapeşt kimi gözəl şəhərdə yerləşməsi seçimim zamanı məni cəlb etdi

Orxan_11041332_404630936378846_934323380_n

Bu dəfəki müsahibimiz Macarıstanın ən böyük universitetlərindən olan Budapeşt Biznes Məktəbində maliyyə üzrə təhsil alan həmyerlimiz Orxan Hüseynzadədir. Biz onunla oxuduğu universitet, Budapeştdə tələbə həyatı və digər mövzularda söhbətləşdik. Həmin müsahibəni Sizə təqdim edirik.

-Təhsil aldığınız Budapest  Business  School (BBS) haqqında oxuculara qısa məlumat verə bilərsinizmi?

Budapest Business School (Budapeşt Biznes Məktəbi) xüsusi ilə maliyyə və mühasibatçılıq üzrə Macarıstanın aparıcı universitetlərindən biridir. 1857-ci ildə tacirlər və Avstriya-Macarıstan bankçıları tərəfdən əsası qoyulub və rəsmi olaraq dünyanın ən qədim ikinci biznes məktəbir.

 


Ardı →