Uğur Fəlsəfəsi

Uğur qavranılması ən çətin olan anlayışlardan biridir. Çünki uğurun mənası zamandan ,cəmiyyətdən və insanlardan asılı olaraq müxtəlif cür izah edilmişdir. Bəs uğur nəyi ifadə edir? Kimlər uğurlu hesab olunur? Bütün bu sualları cavablandırmaq isə olduqca çətindir.

Bu çətinliyə səbəb olan bir sıra amillər mövcuddur. İlk növbədə bunu qeyd etməliyik ki, keçmiş bir zamanda uğur kimi qəbul olunan bir fəaliyyət indiki vaxt üçün heç bir əhəmiyyət kəsb etməyə bilər. Çünki, öz dəyərini itirmiş ola bilər. İkincisi, uğur hər bir cəmiyyətdə müxtəlif formalarda qəbul oluna bilər. Çünki ictimai dəyərlər ayrı-ayrı cəmiyyətlərdə fərqlidir. Üçüncüsü, uğurun dəyəri müxtəlif şəxslər üçün fərqli mənaları ifadə edir. Bu, uğurun fərdiliyini göstərir.
Ardı →

Əlahəzrət uğur,sən haradasan?

İnsan həyata bir dəfə gəlir. Dünyanın əşrəfi, yaradılmışların ən kamili olan insan bu həyatı ləyaqətlə, şərəflə yaşamağa çalışmalıdır. Geri dönüb baxanda boş keçirdiyi günlər, heçə sərf etdiyi vaxt üçün peşmanlıq hissi keçirməsin deyə insan hər anın qədrini bilməlidir. ”Vaxt puldur — faydalı bir iş tutsan ölmüş vaxtın da dirilər.” (Safruh) Biz nə qədər optimist olsaq da, həyatın çox sərt qaydaları, qanunları var. Bəzən həyat bizi “Birisi uçuruma yuvarlanırsa, ona əlini uzatma, çıxa bilirsə, qoy özü çıxsın” (Nitşe) kimi amansız fəlsəfə ilə qarşı-qarşıya qoyur. İşlərimiz alınmayanda bunu ya taleyin, qismətin ayağına yazırıq, ya da “uğur məndən qaçır” deyirik. Bəs nə etmək lazımdır ki, uğur üzümüzə gülsün? Bəlkə uğursuzluğun səbəbini elə özümüzdə axtaraq?
Davamı →

Motivasiya və uğur qazanmaq üçün taktikalar

Hər bir iş, uğurlu alınması üçün bizdən yüksək enerji tələb edir. İşgüzar adam nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Məsələn, təsəvvür edin ki, çox tənbəl və daim mənfi enerji daşıyan bir müdiriniz var. Siz belə müdirin yaratdığı mühitdə nə qədər yüksək rüh yüksəkliyi ilə işləyə bilərsiniz? Bəllidir ki, bu, mümkün olan bir şey deyil. Ancaq daim böyük ruh yüksəkliyi ilə çalışan, qarşısındakı insanlara müsbət enerji verən insanlarla işləmək, uğur qazanmaq üçün çox yaxşı vasitədir.
Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır. Aşağıda təqdim edilən ipucları, özünüzü motivə etməyiniz və bunu qorumağınız üçün çox faydalı olacaq. Bunlar, praktik və nəticəyə yaxın tövsiyyələrdir. Tətbiq edilməyənə kimi, heç bir irəliləyiş gözlənilmir.
Davamı →