Meditasiya

Meditasiya – latıncadan “meditatio”, “meditor” – düşünürəm, ayırd edirəm mənasını  ifadə edir. Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni  başqa aləmə yönəldir.Meditativ məşqlər müxtəlif olur. Bəzən meditasiyanın bir neçə üslublarını birləşdirib mürəkkəb  meditasiya edirlər.



Ardı →

Maslounun tələbatlar piramidası və Azərbaycan cəmiyyəti

"İnsan kim olmağı bacararsa, elə o da olmalıdır. Əks halda o, özünə xəyanət edir". Bu sözlər humanistik psixologiyanın «ata»sı Abraham Maslouya məxsusdur.

Bu kəlmələri onu müasiri Sartrla yaxınlaşdırır. Sartr kimi, Maslou da təkrarlayırdı ki, insan seçdiyi yola və kim olduğuna görə özünə cavabdehdir. Bir dəfə Maslou auditoriyasına söyləmişdi: "Əgər siz qabiliyyətinizin imkan verdiyindən daha az əhəmiyyətli adam olmağa razılaşırsınızsa, xəbərdarlıq edirəm — sizi həyatınızda böyük bədbəxtliklər gözləyir". Digər mütəfəkkir — Erix Fromm kimi, Maslou da əmindi: Xoşbəxtlik — düzgün seçilmiş yolun "əlavə məhsulu«dur, seçimin doğruluğunun göstəricisidir. Maslou əksər filosof və psixoloqlardan fərqli olaraq, fikirlərini sadə dillə ifadə etməyi bacarırdı. Ona görə də əsərləri 100 minlərlə tirajla yayılırdı. Odur ki, 62 yaşında 1970-ci ildə vəfat etmiş alim peşəkar diqqətin çərçivəsindən kənara çıxaraq həm də qeyri-peşəkarların maraq obyektinə çevrildi. Bir sözlə, mədəniyyət sferasına daxil oldu və bu səbəbdən də fikirləri dəfələrlə təhrifə məruz qaldı.


Ardı →

Müsbət israr üçün gözəl nümunə

Çində Bambuk ağacının yetişməsi, müsbət israr üçün gözəl bir nümunədir. Çinlilər bu ağacı belə yetişdirir:
Əvvəl ağacın toxumu əkilir,sulanır və gübrələnir.
Birinci il toxumda hər hansı bir dəyişiklik olmaz.
Toxum yenidən sulanıb gübrələnir.
Bambuk ağacı ikinci ildə də torpağın xaricinə bəhrə verməz.
Ardı →

Tək qollu çempion

Bir çox insan əksik olduğu yönlərini göstərmək istəməz. Əksikliklərini hərkəsdən gizlətmənin daha böyük əksiklik olduğunu başa düşməz. Aşağıdakı hekayəni oxuduğunuzda bir əksikliyin necə üstünlüyə çevrilməsini görəcəksiniz.


Ardı →

Bu adamı heç kim dayandıra bilməz

Glenn Cunninghamın 5 yaşında ayaqları dəhşətli bir şəkildə yandıqdan sonra şikəst olmuş və həyatının qalanını əlil arabasına məhkum keçirər düşüncəsi ilə həkimlər tərəfindən öz halına buraxılmışdı. «Bir daha yeriməsi mümkün deyil. Heç şansı yoxdur» demişdilər. Həkimlər ayaqlarını yoxlamışdılar amma Glenin ürəyini diqqətə almamışdılar.
Ardı →