Uşaqlar arasında rəqabəti bəzən valideynlər yaradır

Ailədə böyüklərin, əsasən də valideynlərin münasibətləri uşaqların xarakterlərinin və dünyagörüşlərinin formalaşmasında  əsas yerlərdən birini tutur. Ailə daxili psixoloji mühit – uşağa təsir edən əsas emosional faktordur. Bu mühit uşağın ətraf aləmdə mövqeyini, onun müsbət və mənfi xüsusiyyətlərini müəyyən edir. Uşaqlar ailə daxili münasibətlərini ən çox öz çəkdikləri və ya gördükləri şəkillərdə və oyunlarında təzahür etdirirlər”.Bu fikirləri uşaq psixiatrı Vəfa Şirinova bildirib.            
 

Davamı →

Uşaqlar naminə həyat | Yanuş Korçak

Görkəmli polşalı pedaqoq, yazıçı, həkim və ictimai xadim Yanuş Korçak (Erş Henrik Qoldşmit) 1878-ci ildə Varşava şəhərində yəhudi ailəsində anadan olub. Henrik 11 yaşında ikən atası bərk xəstələnir və ailənin bütün qazancı onun müalicəsinə sərf olunurdu. Yaxşı təhsil alan oğlan 15 yaşında repetitor işləyir.

Az sonra onun pedaqoq kimi bacarığı üzə çıxır. Henrik nağıllarla, maraqlı söhbətlərlə darıxdırıcı məktəb fənlərini sanki dünyada bundan maraqlı bir iş yoxmuş kimi təqdim etməyi bacarır.

Artıq 18 yaşında o, pedaqogikanın problemlərinə həsr olunan “Qordi düyünü” adlı ilk məqaləsini dərc etdirir. Bu məqalədə gənc pedaqoq uşaqların təhsil və tərbiyəsindəki problemləri tam ciddiyyətlə ortaya qoyur. Məqalənin dərc olunduğu həftəlik qəzetin redaktoru ona əməkdaşlıq təklif etsə də, Henrik atasının ölümündən sonra ailəsini saxlamaq üçün tibblə məşğul olmaq qərarına gəlir və Varşava universitetinin tibb fakültəsinə daxil olur. Eyni zamanda, məqalə yazmağa davam edir.
Davamı →