Havayı çörək

Bir kəndli çəməndə ot biçirdi. Yorulub əldən düşdü və kolların yanında oturub dincini almaq istədi. Bağlamasını açıb yeməyə başladı. Elə bu vaxt meşədən ac bir canavar çıxdı. Gördü ki, kolların yanında bir kəndli oturub nəsə yeyir. Canavar ona yaxınlaşdı və soruşdu:
-Nə yeyirsən?
-Çörək, — deyə kəndli cavab verdi.
-Dadlıdır?
-Çox dadlıdır!
-Mənə də bir az ver dadına baxım.
-Buyur!

Kəndli çörəkdən bir parça kəsdi və canavara verdi. Çörək canavarın xoşuna gəldi. О dedi:
-Mən də hər gün çörək yemək istəyirəm.
Davamı →

Xanımböcəyi

Biri vardı, biri yoxdu, rəngbərəng dünyamızda balaca boz bir böcək vardı. Rəngi diqqəti cəlb etmədiyinə görə heç kim onun varlığını hiss etmirdi və böcək tənhalıqdan çox sıxılırdı. Bu balaca böcək çox zəhmətkeş idi. Hamıya kömək edirdi, amma heç kim onun əməyini qiymətləndirmirdi. Bütün həşəratlar parlaq rəngləri ilə öyünür, boz böcəyi saya salmırdılar. 

Balaca böcək qüssələnirdi: “Bu necə ola bilər! Allah çox müdrik və səxavətlidir. Yəni o mənə bir az rəng verməyəcək ?” Səhər boz böcək mehriban bir təmasdan oyandı. Günəş şəfəqləri ilə ona sığal çəkərək nəvazişlə deyirdi: “Əziz balam, sən özünə, öz gücünə inan! Sən qeyri-adi böcəksən. Hər şey yaxşı olacaq!”. 
Davamı →

Karlson kimin prototipidir?

Cizgi filmlərini kim sevmir ki… Hamımız sevirik, yaşımız neçə olur-olsun, baxırıq. Hələ bu uşaqlığımızın cizgi filmidirsə, qaça-qaça gəlirik ekran önünə. İndi də onlardan birindən danışacağıq – “Balaca və Karlson” cizgi filmindən, daha doğrusu onun qəhrəmanı Karlsondan.

Amma əvvəlcə bir az cizgi filminin özü barədə. Bu cizği filmini rejissor Boris Stepançev Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsəri əsasında çəkib. 

Filmdə Karlson obrazını Vasili Livanov, uşağı Klara Rumyanova səsləndirib. Cizgi filmi Soyuzmultfilm tərəfindən 1970-ci ildə çəkilib. Gələk Karlsona. Bu obrazın yaranma tarixcəsi, demək olar, ən ağlasığmaz və mifik olanlardandır. Ola bilsin, onun prototipi Herman Görinqdir. Astrid Lindqrenin qohumları, sözsüz ki, bu ehtimalı təkzib edirlər. Amma bu mövzu ətrafındakı müzakirə və mülahizələri bu günün özündə də bitib-tükənmək bilmir. 
Davamı →

Xeyirli məsləhətlər (Fin xalq nağılı)

Biri vardı, biri yoxdu, bir yetim oğlan vardi. О çox yoxsul idi, günlərlə ас qalırdı. Bir gün о səyahət etmək fikrinə düşdü. Bəlkə bəxti gətirdi, dolanacaq tapdı. Az getdi, çox getdi, axşama yaxın ac-yalavac, yorğun halda bir meşəyə çatdı. Gördü ki, cələdə bir meşə quşu özünü ora bura çırpır. Oğlan sevindi:

— İndi bu quşu qızardıb yeyərəm!
Bu vaxt quş insan kimi dilə gəldi:- Xeyirxah yolçu, mənə rəhmin gəlsin, cələdən çıxar.

Oğlanın ürəyi yumşaq idi, о quşu azadlığa buraxdı. Quş qanadlarını çırpdı və dedi:
— Yaxşılığının əvəzində sənə belə bir məsləhət vermək istəyirəm. Bu yolla get, böyük bir palıd ağacına rast gələcəksən, ağaca çıx və bütün gecəni ağacda keçir. Sonrasını özün görəcəksən.
Davamı →

Qızıl sap (Fin xalq nağılı)

Biri vardı, biri yoxdu, bir qadın vardı Bu qadının bir qızı vardı. Bu qız gözəl ip əyirmək qabiliyyəti ilə bütün mahalda məşhur olmuşdu. Onun əlindən elə zərif saplar çıxırdı ki, hörümçək toru onunla müqayisədə kəndirə bənzəyirdi. Xeyirxah qız isə hər bahar quşlara yun saplar bağışlayardı ki, onlar özlərinə isti yuva qursunlar.

Qızın sehrli əlləri haqqında eşidən krаl atına minib məharətli qıza baxmağa gəldi. Qızın anası çox sevindi və cani-dildən onu tərifləməyə başladı! Qızının əlindən hər iş gəldiyini söylədi. Qızı tərifləyərək elə qızışdı ki, özünü saxlaya bilmədi. Yalandan qızının samandan qızıl sap əyirdiyini də söylədi. Bunu deyən kimi duruxdu, amma artıq gec idi. Kral qıza hazırlaşıb onunla birlində saraya getməyi əmr etdi.
— Qoy о sarayda krаlın libasları üçün çoxlu qızıl sap əyirsin! — dedi o.
Davamı →

Heyvanların dili

Biri vardı, biri yoxdu, bir kənddə bir çoban vardı. O çox cavan və yoxsul idi, özü də nökərçilik edirdi. Bir dəfə о meşə kənarında qoyunlarını otarırdı və qulağına səs gəldi. О bu səsə doğru gedib gördü ki, meşə yanır. Yanğının tən ortasında isə bir ilan üzük kimi qıvrılaraq uzanıb və fışıldayır. Çoban dayandı.
— Mənə rəhmin gəlsin, — deyə ilan fışıldayaraq dilə gəldi, — məni xilas et, odun içindən çıxar!

Çoban yan-yörəsinə baxdı, bir ağac götürüb ilana uzatdı. О ağacla sürünüb çobanın qoluna, sonra isə boynuna dolandı.
— Sən neynirsən! — deyə çoban qışqırdı. — Mən səni xilas etdim, sən isə məni boğub öldürmək istəyirsən!
Davamı →

Alyonka

Biri vardı, biri yoxdu, bir baba ilə bir nənə var idi. Onların Alyonka adlı bir qızları var idi. Lakin qonşulardan heç kim onu öz adı ilə çağırmırdı, hamı ona Gicitkən kəpənəyi deyərdi. «Bax, — deyərdilər, — Gicitkən kəpənəyi Boz atı otarmağa apardı». «Bax, Gicitkən kəpənəyi Lıska ilə göbələk yığmağa getdi». Alyonka yalnız bunu eşidirdi: Gicitkən kəpənəyi, Gicitkən kəpənəyi...

Bir gün о evə gəlib anasına şikayətləndi:
— Niyə, anacan, heç kim məni öz adımla çağırmır?
Anası köksünü ötürüb dedi:
— Ona görə ki, sən bizim gözümüzün ağı-qarası, bircə qızımızsan, nə qardaşın var, nə də bacın. Sən də çəpərin dibində bitən gicitkən kimi böyümüsən.
Davamı →

Ağılsız Peykko

Çox qədim zamanlarda Реуkkо adlı troll yaşardı. Heç kim onun hardan gəldiyini bilmirdi. Biri deyirdi Реуkkо dənizlər sahibəsi Vellamo, meşələr şahı Tapio kimi təbiətin hakimidir, digərləri Реуkkоnun adi insan olduğunu və meşədə yaşadığını söyləyirdilər. Bir sözlə, heç kim onun haqda əməlli-başlı bir söz deyə bilmirdi.

Yalnız bir şey məlum idi: Реуkkо ən ucaboylu kişilərdən daha hündür və qüvvətli idi, üzü saqqallı, saçları pırtlaşıq, əl-ayağı sanki yonulmamış kötük kimi idi. Реуkkо qoca, varlı və ağılsız idi. Belə deyirdilər.
 
Реуkkо kəndə gəlməyinə bənd idi. Kənd sakinləri dərhal onu ələ salmağa başlayırdılar. Hamıdan da əvvəl gənc Matti.
Davamı →

Xoşbəxtlik | Koreya xalq nağılı

Bu əhvalat lap çoxdan olmuşdur. Bir kənddə ürəyi düz, namuslu bir qoca vardı. Bir dəfə o, yuxuda görür ki, xoşbəxtlik onun üçün göydən düşdü. Qoca bərk sevindi.

Növbəti gün qoca tarlada işləyəndə birdən onun dırmığı nəyəsə ilişdi. Tez yeri qazıb üstündə şəkillər olan çini bir küp tapdı. Küpün dibində balaca bir qızıl pul var idi. Qoca çox təəccübləndi:

— Dünənki yuxuya görə xoşbəxtlik mənə göydən düşməli idi, ancaq küpü yerdən qazıb tapdım. Demək, bu göy xoşbəxtliyi deyil, yer xoşbəxtliyidir. Görünür ki, bu xəzinə mənim üçün deyilmiş və təsadüfən bu mənim qabağıma çıxıb.
Davamı →

Şabalıdın meyvələri niyə tikanlı olur? | Əli Səmədli

Bir gün şabalıd ağacına belə bir sual verdilər:

-Ay Şabalıd ağacı, sən ki belə gözəlsən, belə qollu-budaqlı, xeyirxahsan. Bəs niyə dadlı meyvələrini tikanlı qərzəyin içində gizləyirsən?

Şabalıd ağacı əvvəl bu suala cavab vermək istəmədi. Ancaq ondan əl çəkmədilər. Hey soruşdular. Axırda şabalıd ağacı məcbur olub cavab verdi:

-Meyvələrimi dələlərin əlindən gizlədirəm, -dedi.

Davamı →