Oyunların təlimdə rolu

Məlumdur ki, əyləncəli oyun şəklində verilmiş bilik uşaqlar tərəfindən daha tez,  möhkəm və asan qavranılır.
Oyun elə bir təlim növüdür ki, burada şagird aktiv və yaradıcı şəkildə cəmiyyətin davranış qaydalarını və normalarını, insanların əməyə, ictimai əmlaka münasibətini, insanlar arasında qarşılıqlı münasibətləri öyrənir. Bu, elə bir fəaliyyət növüdür ki, şagirdlərin sosial davranışına, onların həyata və bir-birinə olan münasibətlərinin formalaşmasına əsaslı təsir edir.

Davamı →

Uşaqlarda oyun asılılığı artıq bir xəstəlik kimi qəbul olunur

Oyun oynama pozuqluğu, digər asılılıqlar kimi günlük rutin fəaliyyətlərin axsamağına səbəb olur, həyat səviyyəsi aşağı düşürür. Bu sözləri tanınmış psixoloq Ezgi Dokuzlu deyir.
Psixoloq Ezgi Dokuzlu, “Problem o qədər böyükdür ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunu artıq xəstəlik kimi qəbul edir. Xüsusən, uşaqları və gəncləri təsiri altına alan oyun asılılığı “Gaming Disorder” adı ilə qeyd olunur. Beynəlxalq Xəstəlik Təsnifatına (ICD) görə, bu, bir xəstəlikdir” dedi və bunun üç əlamətini qeyd etdi.

Davamı →

Rollu oyun nədir?

Rollu oyun uşaqların özlərinə rol təyin etdikləri, həmən rolu mənimsəyib canlandırdıqları bir oyun növüdür. Özünü başqa biri və ya başqa bir şey kimi göstərməkdir. Bu, nağıl qəhrəmanı kimi fərqli biri və ya ana rolu ola bilər. Uşaqlar bəzən real həyatda öz əksini tapmış, bəzən isə öz təxəyyüllərinin məhsulu olan rolları oynayırlar. Hər bir halda, reallığın bütün sərhədlərini qıran, təbii və eyni zamanda vacib oyun növüdür.

Davamı →

Uşaqlar üçün oyunun əhəmiyyəti


Oyun oynamaq; uşaqlar üçün yemək yemək və yatmaq kimi ən təbii ehtiyacdır. Uşağın psixoloji, sosial və zehni inkişafında oyunlar əvəzsiz rol oynayır. Oyun uşağın təxəyyülü, əyləncəsi və fərdi inkişafının ən əsas hissəsidir.

Oyun ən yaxşı öyrətmə metodudur. Çünki qalıcı davranış dəyişikliklərinə səbəb olur. Uşaqların real həyatla ilk əlaqələrini qurduqları oyunların qarşısının alınması nəticəsində sağlam ikişaflarına mane olduğumuzu unutmamalıyıq.
Davamı →

Qumla oynamağın faydaları

İstirahət mövsümüdür. Böyüklərin beyinlərinin dincəlməsi və uşaqları ilə daha uzun zaman keçirmələri üçün fürsətdir. Dəniz, günəş, qum stressin qarşısını alan ilk ünsürlərdir. Məsələn, çimərliyə getmisiniz və uşaq qumla oynayır. Bu zaman necə davranmalısınız?

Çimərlikdə vedrə və kürəklə oynayan uşaqların bundan necə xoşlandıqlarını görürük. Ümumiyyətlə, ətraf mühitdən asılı olaraq uşaqlarımız küçədə, bağçada, qum olan yerlərdə oynamalıdır. Müasir dövrdə uşaqlarımız hər cür oyuncağa sahibdirlər. Ancaq asan əldə edilən oyun vasitəsi olan qumdan məhrum olaraq böyüyürlər. Uşaq bağçalarında şərtlərə uyğun olaraq uşaqlar qum görmürlər. Yaşadığımız ərazilərdə də qum olan məkanlar tapmaq asan deyil. Lakin maddi baxımdan ən ucuz əldə edilən qum fayda dəyəri baxımından ən bahalı vasitədir.
Davamı →

Uşaqlarla evdə məşğul olmağın 5 yolu

Kiçik uşağınız varsa bu təkliflər tam sizə görədir.
Əgər 3 ilə 6 yaşları arasında uşağa sahib bir valideyinsinizsə, onlarla maraqlanarkən işinizə zaman ayırmağın nə qədər çətin olduğunu bilirsiniz. Hər iki fəaliyyət də bütün diqqətinizi istər amma ümumiyyətlə qazanan gülər üzlü kiçik mələklər olar.

Budur işə yaraya biləcək bəzi təkliflər:
Ona öz işini verin: Uşaqlar evin içində özlərinə verilən vəzifələri yerinə yetirməyi sevərlər. Xüsusilə də müstəqil bir şəkildə işi tamamlaya biləcəklərinə dair olsa. Məsələn çirkliləri rənglərinə görə ayırmasını ya da kitabxanadakı kitabları boylarına görə tənzimləməsini istəyə bilərsiniz. Səyini mükafatlandırmağı da unutmayın.

Ardı →

Uşaq oyunları

Övladınızla hansı oyunları oynamaq mövzusunda çətinlik çəkirsiniz?   Birlikdə doyunca əylənib, onunla yaxşı vaxt keçirmək, şənləndirmək, güldürmək və özünüzü xoşbəxt etmək üçün çoxlu oyunlar kəşf etməlisiniz. 

2-4 aylıq
2-4 aylıq uşaqla hansı oyunu oynamaq olar ki? Körpələrin altını dəyişdirəndə çox zaman ağlayırlar. Amma siz vəziyyəti öz xeyrinizə dəyişdirib onu güldürə bilərsiniz. İşarə barmağınızla göbək dəliyinin ətrafını dairə şəklində cızın, sonra ona şən bir mahnı oxuyun. Astaca uşağın göbəyinə toxunun və barmağınızı havada fırladıb “yaramazı tutdum” deyin.

5-8 aylıq
Bu oyunu məktəbəqədər uşaqlar çox sevir. Oyunun bəzi qaydalarını dəyişdirib 5-8 aylıq körpə ilə oynaya bilərsiniz. Çox hündür olmayan stola, ya da kresloya oturun. Uşağı dizlərinizin üstünə qoyub kreslonun kənarlarından tutun. Uşaqlara aid olan hər hansı bir mahnı oxuyun, ya da o şəraitə uyğun mahnı sözlərini özünüzdən uydurun. Mahnının nəqarətində ayaqlarınızla körpəni astaca yuxarı qaldırın.
Ardı →