Uşaqlarda burun qanaxması

Uşaqlarda kifayət qədət tez-tez burun qanaxmaları olur. Hətta bəzi hallarda qanaxma xeyli miqdarda olmaqla, uşağın sağlamlığı üçün təhlükəli də ola bilər. Burun qanaxmasının səbəbini müəyyən etmək üçün ilk növbədə aşağıdakıları aydınlaşdırmaq lazımdır:

  • travmanın olub-olmaması (əksər hallarda uşaqlar burunlarını “qurdalayaraq” onu zədələyirlər);
  • buruna yad cicmin düşüb-düşməməsi. Bu halda burundan qanla birlikdə pis qoxulu ifrazat da xaric olur. Bunu dəqiqləşdirmək üçün uşağı mütləq burun-boğaz-qulaq həkiminə göstərmək lazımdır;
  • uşağın uzun müddət ərzində günəş altında olması.

Uşağın bədənində tez-tez göyərmiş sahələrin yaranması ilə yanaşı burun qanaxmasının da baş verməsi  onun tez bir zamanda həkim hematoloq tərəfindən müayinə edilməsini tələb edir. Digər halda, burun qanaxması ilə yanaşı başda pulsasiya şəkilli baş ağrılarının olması arterial təzyiqin yüksəlməsinin əlaməti ola bilər.


Davamı →

Uşaqlarda doğum ləkəsinə diqqət edin

Bəzi uşaqların müxtəlif nahiyələrində anadangəlmə qəhvəyi rəngdə ləkələr olur. Bunlar adətən doğum ləkəsi adlanır və xüsusi diqqət yetirilmir. Lakin mütəxəssislər ləkələrin müəyyən nüansların xəbərçisi oduğuna diqqət çəkib.

Həkimlər belə ləkələrin sayının 6-dan artıq olduğu təqdirdə vaxt itirmədən nevroloqa müraciət edilməli olduğunu deyir. Məlumata görə, ləkələr genetik xəstəliklərdən xəbər verə bilər.
Davamı →

Uşaqlarda ayaq ağrıları

Bəzən azyaşlı uşaqlarda ayaq ağrıları ilə rastlaşırıq. Bunun isə nədən yarandığını anlamaq çətin olur. Təbii ki, bu hal valideynlərdə narahatlıq yaradır. Bəs görəsən uşaqlarda ayaq ağrılarına səbəb olan hallar hansılardır?

Pediatr Günay Rəsulova deyir ki, uşaqlarda ayaq ağrısı şikayəti eşidən kimi bəzi həkimlərin və valideynin ağlına ilk revmatizm xəstəliyi gəlir: “Qəbula gələn xəstələrin çoxu artıq evdən bu «diaqnozla» gəlir. Əllərində də qanda yoxlanmış və «təsdiqlənmiş» müsbət revmotestlər. Yalnız bu analiz cavablarına əsasən aylarla boşuna bicillin vurulan sağlam uşaqlar da gördük. Nəzərinizə çatdırım ki, revmatizm diaqnozu sadəcə qan analizi ilə qoyulmur, xüsusi diaqnostik kriteriləri var ki, onu da işinin mütəxəssisləri bilir”.
Davamı →

Uşaqlarda kiçik qusma

7 ayınadək olan uşaqlarda qidanın bir hissəsinin geri qaytarılması (“kiçik qusma”) fizioloji, yəni normal hal hesab olunur.

Qidanın bir hissəsinin fizioloji olaraq geri qaytarılması (kiçik qusma) qəflətən başlayır və qarın əzələlərinin cüzi dərəcədə iştirakı ilə baş verir. Bu zaman qidanın hissəvi olaraq geri qaytarılması qida qəbulundan sonra 1 saatadək olan müddət ərzində baş verə bilər, qusma “fontan” şəklində (yəni təzyiq altında, axar şırnaq şəklində kənara atılmaqla) olmamalıdır.

Uşağı yedizdirdikdən sonra onu 20 dəqiqə şaquli vəziyyətdə saxlamaq lazımdır. Bu zaman hava tıxacı gəyirmə ilə xaric olur və ağızın kənarlarından isə az miqdarda süd də xaric ola bilər. Qidanın hissəvi olaraq geri qaytarılması (kiçik qusma) uşağın bədəninin vəziyyətinin dəyişməsi zamanı və ya hər hansı bir nəzərəçarpacaq səbəb olmadan da təkrar oluna bilər. Bəzi hallarda elə görünə bilər ki, geri qaytarılan qidanın miqdarı çoxdur. Ancaq onun əlamətləri yuxarıda qeyd edilən fizioloji “kiçik qusmalara” uyğun gələrsə, uşağın çəkisinin artması da normal olarsa – bu, normal hesab olunmalıdır. Təxminən uşağın 7-ci ayına yaxın olan müddətdə, qidanın hissəvi olaraq geri qaytarılması (“kiçik qusma”) keçib getmiş olur. Valideynlər aşağıdakı hallara diqqət yetirməlidirlər:

— qəbul edilən qidanın “fontan” şəklində geri qaytarılması uşaqda olan nevroloji pozulmaların əlaməti ola bilər. Buna görə də uşağı ilk növbədə nevropatoloqa göstərmək lazımdır. Nadir hallarda, bunun səbəbi həzm sistemində olan spazmlar da ola bilər ki, bu halda həkim-qastroenteroloqa müraciət etmək lazımdır;


Ardı →