Uşağınız bağçaya gedəndə ağlayır?

Uşaqlarda 3-6 yaş arası dövrdə öz yaşıdlarına daha çox maraq yaranır. Öncəki illərdə valideynlərinə və ətrafındakı böyüklərə qarşı meyl zamanla yerini öz yaşıdlarına verir. Bu dönəmdə uşağın yaşıdları ilə təması vacibdir.

”Evdəyəm, niyə bağçaya getsin, elə özüm baxaram”, — deyə düşünən analar bəzən bu gözəl fürsəti onların əlindən almış olurlar. Bağça çalışan valideynlərin uşaqlarına baxım göstərmək üçün deyil, uşaqların sosiallaşması, ələlxüsus psixo — motor nitq inkişafında əvəzsiz rolu olan qurumdur. Valideyn uşağı ilk gün bağçaya apararkən uşağın ağlaması səbəbindən (bu, bəzən 1 həftə və daha çox davam edə bilir) nə etməli olduğunu bilməyərək, ya bağçadan imtina edir, ya da hər dəfə ağlaya-ağlaya bağçaya aparıb bir gün öyrəşəcək ümidi ilə günləri sayır. Hər uşağın stressə davamlılıq qabiliyyəti fərqli olduğu üçün çox zaman ağlayaraq bağçaya məcbur aparılan uşaqlarda “ağlayır, fikir verməyin, qoyub gedin” tövsiyəsi ağır alt islatma, kəkələmə, yuxu pozuntusu, davranış pozuntusu kimi fəsadlara gətirib çıxarır. Hər uşağın bağçaya bu şəkildə alışması metodu heç də ideal deyildir. Hər uşaq fərqlidir və fərdi yanaşılmalıdır. İlk öncə bu 3 suala aydınlıq gətirək:
Davamı →

Övladınıza paylaşmağı öyrədin


Övladınıza paylaşmağı bacarmağı öyrətməniz olduqca vacibdir. Paylaşmağı bacarmaq- övladınızın müxtəlif yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz?

Körpəlikdən övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn, yemək verərkən “biri sənin olsun, biri mənim”, paltar alarkən “ birini sənə alaq, birini qardaşına” və s. kimi ifadələr köməyinizə gələcək.

Övladınızla birlikdə alış –verişə gedərkən ona qardaşı və ya bacısı üçün nəsə seçməyinə icazə verin. Məsələn, paltar alarkən “Gəl, birini sənə alaq birini qardaşına. Qardaşın üçün hansını bəyənirsən?”, Oyuncaq seçərkən “Birini özün üçün, birini qardaşın üçün seç” və s. kimi ifadələr faydalıdır.
Davamı →

Cəsarətli övlad yetişdirmək

Hər bir valideyn övladını ideal böyütməyə çalışır və buna cəhd edir. Lakin bəzən bilmədən səhvlərə də yol verir. Psixoloqlar dəfələrlə bildirirlər ki, ilk növbədə uşağı qorxutmaq olmaz. Siz qorxutmaq üsulu ilə övladınızın düzgün böyüməsinə mane olursunuz.

Mütəxəssislər uşağın böyüməsində ona cəsarət verməyi ən mühüm amil hesab edirlər. Övladınızı həyata hazırlamaq üçün ona cəsarət verəcək 60 cümlə:
Davamı →

Montessori təlimi

Montessori təlimi. Bu adı son zamanlar çox eşidirik və şəhərin bir sıra bağçalarında bu təlim tətbiq edilir. Bəs Montessori təlimi nə deməkdir? Bu təlim Mariya Montessori tərəfindən yaradılıb. 

Montessori kimdir?
26 yaşında İtaliyanın ilk qadın həkimi olan Montessori 1896-cı ildə universitet xəstəxanasında (San Giovanni Hospital) həkim assistenti kimi işləməyə başlayır və ilk dəfə olaraq əqli geriliyi olan uşaqlarla qarşılaşır. Uşaqlar boş otaqlarda saxlanılırdı, onlarla demək olar ki, ünsiyyət qurulmurdu, oyuncaq və kitabları yox idi.

Bir dəfə Mariya qəribə bir hadisənin şahidi olur: nahardan sonra uşaqlar çörək qabığı tapırlar və onu əzirlər. Çörək qabığı onların yeganə oyuncağı idi. Bundan təsirlənən Mariya onlara sadə əşyalar – qutular, parçalar gətirməyə başlayır, tez bir zamanda uşaqların davranışında müsbətə doğru dəyişiklik müşahidə olunur. Beləliklə, Mariya Montessorinin metodikasının əsas ideyası yaranır: istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır. 
Davamı →

Uşağınızla yaşına uyğun davranın

Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır. Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir. 

0-2 yaşda sosial bacarıqların inkişafı. 2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir. 
Davamı →

Texnologiyanın uşaqlara zərəri

Aparılan araşdırmalara görə, uşaq və yeniyetmələr texnologiyadan daha çox əyləncə məqsədilə istifadə edirlər. Sözsüz ki, texnologiyanın zərərləri ilə yanaşı faydaları da var. Məsələn, gündə maksimum 1 saata yaxın kompüterdən istifadə etmək uşaqların öyrənmə sürətini artırır. Onlar texnologiya sayəsində öz təcrübələrini istiqamətləndirir, müəyyən proqram və oyunlarda çətinlik dərəcəsini seçirlər. Türkiyəli psixoloq Duyqu Almaz bildirir ki, texnologiyanın dərs və ev tapşırıqları edən uşaqlara böyük faydası var. 

Psixoloq internet sayəsində uşaqların məktəbin təqdim etdiyindən əlavə materiallar tapa bildiyini əlavə edir. Ancaq uzun müddət davam edən, məqsədindən yayınan internet və kompüter istifadəsinin zərərləri fiziki olaraq problemlər yaradır.
Davamı →

Uşaq rəsmləri nə deyir?

Bəzən biz qohumun uşağı evə gələndə şərait yarananda ona ailəsi haqqında suallar verərək (məs: “atanı çox istəyirsən yoxsa ananı?”) ailəsinə münasibətini öyrənməyə çalışırıq. Əslində isə onların hər etdiyi bizə böyük mesajlar verir. Gəlin sizə uşaqları əyləndirərək onların psixoloji durumunu və ailəsi haqqında məlumat almaqda yardımçı olaq. Bunun üçün biz uşağa ailəsinin rəsmini çəkməsini söyləyə bilərik.

Uşaq rəsm çəkərkən xüsusi bir müdaxilə ( hansısa ailə üzvün və ya orqanı çəkməyi unuda bilər) etməməli, istiqamət verməməliyik. Uşağın ana-ata, bacı-qardaşlarını çəkmə tərzi onlar arasındakı ünsiyyəti göstərir. Bədən üzvlərinin normadan kiçik və ya böyük çəkilməsi, ya da heç çəkilməməsi uşağın ailə fərdlərinə baxış tərzindən, ana-atanın ona olan yanaşma formasına qədər problemlərə işıq tutur. İstərdim əsas hissələri nəzərdən keçirək.
Davamı →

Qonaq gəlmişik olmaz, sakit ol!

— “Mama..

— Qonaq gəlmişik olmaz, sakit ol!.. “

Bəli, əksər uşaqlar ailəsi ilə qonaq getdikləri evlərdə bu kimi qadağalarla üz-üzə qalırlar. Belə reaksiyaların uşağa nə dərəcə təsir etdiyini həmin an onun üz ifadəsindən də anlamaq mümkündür. Getdiyi evdə oynaya biləcəyi yaşıdları belə olsa qızarmış, tutulmuş, utancaq üz ifadəsi olur….“quzu kimi”… Hələ bir də özünü əsl tərbiyə edici valideyn qismindən sayan ana-atası oldusa, uşağı digər otağa və ya hamama aparıb “anladığı dildən” izah edib geri gətirir.

Əksər halda isə sadəcə uşaq olduğunun günahını yaşayan balacanın üzündə barmaq izləri belə bir çox suala cavab verir. Bəzən valideynlər qonaq getdikləri evlərdə uşaqları o dərəcədə sıxa bilərlər ki, hətta uşaq ayaqyolu istəyi olduqda belə bunu dilə gətirə bilmir. Çox gümanki ana da əvvəlcədən ayıbdı deyə uşağı yetərincə tənbehləmişdir. Halbuki qapıdan çıxan kimi həyətdə münasib bir yerə bunu etmək yetərincə düzgün olmayan hərəkətdi…


Ardı →

Uşağı döymək olarmı?

Döyülən uşaqlar kinli olur. Döymək, uşaqları nəzarətdə saxlamaq üçün tez-tez istifadə edilən üsullardan biridir.

Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq əvəzinə daha asan olan fiziki güc tədbiq etməyi seçirlər.

Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda vicdan və əxlaqın zəif  formalaşmasına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə bilməli, hər vəziyyət uyğunlaşmağı bacarmalıdır. Döyülən uşaqlarda isə bu alınmır. Belə uşaqlar daha kinli olur.

Uşağın döyülərək cəzalandırılması vicdanının zəif formalaşmasına gətirib çıxarır. Çünki:

— Uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını artıq ödədiyini düşünür və bu zaman hərəkətlərini, davranışını düzəltmək üçün səy gostərməyi vacib saymır.


Ardı →

Uşaqlara tualet vərdişinin öyrədilməsi

Yeni doğulmuş uşaqlarda sidik kisəsini əhatə edən əzələlər qeyri iradi olur. Yəni uşaqlar sidik ifrazını böyüklər kimi nəzarətdə saxlaya bilmir. Lakin bir yaş yarımdan sonra uşaqlar artıq tualet vərdişınə yiyələnməyə hazır olurlar. Daha dəqiq desək qızlar 29 ayından, oğlanlar 30 aylığından etibarən bu vərdişə yiyələnə bilərlər. Bu yaşdan əvvəl uşağınıza tualet vərdişi öyrətməyə tələsməyin. Əvvəlcə istərdim onu qeyd edim ki, tualet vərdişinə başlamaq vaxtını necə müəyyən edə bilərsiniz:


Ardı →