Uşaqlar arasında qısqanclıq

Qısqanclıq həyatın hər dövründə yaşanan bir duyğudur. Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavabdır. Uşaqlıqda bu hislər artıq 2 yaşından etibarən baş qaldırır. 

Uşaq, hər kəsin özündən daha yaxşı olduğunu və özünün hər kəsdən daha az sevildiyini düşünməyə başlayır. Amma ailəyə ikinci uşaq gəldiyi zaman bu hislər daha da gərginləşir. Ailəyə yeni bir qardaş və ya bacının gəlməsi, bir uşaq üçün qəbul etməsi həqiqətən çox çətin olan bir vəziyyətdir. Uşağın yeni qardaş və ya bacısını qəbul edə bilməsi uşağın yaşı, ailənin uşaqla münasibəti və uşağın şəxsiyyətinin inkişafı və s. bu kimi bir çox faktorlardan asılıdır. Qardaş-bacı qısqanclığını tamamilə qarşısı alına bilməz. Çünki bu qisaqnclıq bir uşağın psixi inkişafı üçün önəmlidir. Buna görədə də bu qısqanclığı uşağın saglam inkişafı üçün sağlam rəqabətə çevirə bilərsiniz.

Əğər uşağınız yeni doğulmuş körpəyə müraciyətlə “kaş ki hec olmasaydın”, “sənə nifrət edirəm” və s. bu kimi ifadələr işlədirsə deməli artıq qısqanclıq baş qaldırıbdır. Bir çox hallarda uşaqlarda qısqanclıq reqresiya(geriyə dönüş) ilə müşahidə olunur, yəni uşaqlar körpə kimi sosqa əmmək,yatağını islatmaq, tək başına yemək yeməmək və s. kimi davranışlar göstərirlər.

Bəzi hallarda isə uşaqlar sevilmədiyini hiss edərək özlərinə qapanarlar. Heç kəslə ünsiyyətə girməzlər.Tez-tez müşahidə olunan davranış isə böyük uşaqların özlərindən kiçiklərə fiziki ziyan verməsidir(cimdikləmə,vurma, yerə atma və s).Uşağınızda bu cürə halları müşahidə edirsinizsə deməli artıq uşaqlar arasında qısqanclıq başlayıb.
Ardı →

Uşaqlarda depressiya

1. Pis əhval-ruhiyyə
Uşaq və ya yeniyetmə bir neçə həftə ərzində əgər qəmgindirsə və günün müəyyən saatlarında və ya müxtəlif günlərdə bu halı bir qədər dəyişirsə, bu, depressiyanın əlaməti deməkdir. Ümumi olaraq, onu əhatə edən mühitin dəyişməsinə baxmayaraq, onun qəmgin və bədbəxt halı hələ də qalmaqdadır.

Bəzən bu daimi xəstəliyi müəyyən etmək heç də asan olmur. Bəzən bu cür qız və ya oğlanlar onlarda olan bu dəyişikliyi boyunlarına almaq istəmirlər, onu gizlədirlər. Ola bilsin ki, depressiya bu cür oğlan və qızların ruhiyyəsində özünü başqa cür büruzə versin və qəmgin olmaqları çox da hiss edilməsin.

Məsələn, heç kimə yaxınlaşmamaq, heç nəyi bəyənməmək, sözə qulaq asmamaq kimi. Onu da demək lazımdır ki, hər sözə baxmayan və ya problem yaradan uşaq depressiyada deyildir. Ancaq yeniyetmələrin arasında bu xəstəliyə kifayət qədər çox rast gəlinir. Bəzən depressiya nigarançılıqla bir yerdə olur.

Bəzən də tibbin müəyyən edə bilmədiyi baş və ya mədə ağrısı kimi özünü göstərir. Bu zaman valideyn çox nigaran olur. Onlar çalışırlar ki, bu xəstəliyi uşağın orqanizmində axtarsınlar. Amma onun qəmgin olmasını heç nəzərə almırlar.
Ardı →

Uşaq “kaprizləri”nin səbəbi nədir?

Uşagın hər istədiyini yerinə yetirmək və davranışlarına sərhəd qoymamaq nə qədər düzgündür sualına çox zaman fərqli cavablar alırıq.
Xüsusilə, öz uşaqlıqlarını maddi sıxıntı və təzyiq altında keçirən ana-atalar “Mən çox sıxıntılar gördüm, uşaqlarım sıxıntı çəkməsin, sərbəst böyüsün .” kimi sözlər deyib uşaqlarının hər istədiyini yerinə yetirərlər; davranışlarına sərhəd qoymurlar. Belə olduqda düşünürlər ki, uşaqların gözü doyacaq və onlar xoşbəxt olacaqlar. Amma gözlədiklərinin tam əksiylə qarşılaşırlar.

Belə ki, uşaqlarının gözlərinin doymadıqlarını, əilndəkilərin qiymətini bilmədiklərini, söz eşitməyən, məsuliyyətsiz olduqlarını və ətrafdakı insalara hörmət qoymadıqlarını şahidi olurlar. Zamanla bu münasibəti özlərinə qarşı da hiss etməli olurlar. Bu zaman da “onlardan heç bir şey əksik etmədim, yemədim yedizdirdim, geymədim geyindirdim, onlara bir sillə belə vurmadım, niyə belə oldu?”- kimi paradoksal birsual ilə qarşı-qarşıya dururlar.

Çox vaxt belə uşaqlara “tərbiyəsiz” adını verirlər. Lakin bu düzgün olmayan tərbiyənin nəticəsidir. Ailə daxilində və xaricində nə etməli və nə etməməli olduqlarını ilk əvvəl uşaqlara valideynlər öyrətməlidirlər.
Davranışlarına sərhəd qoyulmayan uşaqlar, küçədə və dost çevrəsində adət etdiyi şəkildə sərbəst davranırlar, onlara qarşı verilən cavablara soyuq yanaşırlar.
Ardı →

Ailə münasibətlərinin pozulmasının uşaq psixikasına təsiri

Bir çox hallarda ailədə münaqişəli vəziyyət yaranır, bir-birini sevən iki insan müəyyən bir məqamda əks mövqelərdə olurlar. Bəzən bu məqamlar artmağa başlayır və nəticədə daimi xarakter alır. Bunları nə ilə izah etmək olar? Ailədə ixtilafların olması zəruridirmi? Görəsən elə ailə varmı, orada ixtilaf olmasın?

Birgə ailə həyatı zamanı fərqli ziddiyyətlər və ya problemlər yarana bilər. Bunlar iki fərqli insanların xarakterləri arasında formalaşan uyuşma üçün normal vəziyyətdir. Adətən belə hallar geyim tərzinin seçilməsində, ayrı mənzildə yaşamaq qərarında, uşağın təlim-tərbiyəsi zamanı, xanımın işə düzəlməsi istəyi ilə əlaqədar yaranır və onların həlli müəyyən ixtilaflarla bitir. Bu mənada el-oba içərisində deyirlər ki, söz- söhbətsiz ev olmaz.

Məsələnin psixoloji tərəfi ixtilafın mənəvi məzmunundadır. İxtilaf ailədə ünsiyyətin təzadlı tərəfi kimi meydana çıxır. Ərin, yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək istəyi, həyat yoldaşına təsir etmək, hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi qarşı tərəfin müqaviməti ilə qarşılaşdıqda ünsiyyət ixtilaf kimi görünməyə başlayır. Ailənin formalaşdığı ilk mərhələdə açıq və ya gizli ixtilafların müşahidə olunması da məhz bununla bağlıdır.
Ardı →

Pis xəbəri uşaqlara necə söyləməliyik?

Ailədə nə baş verirsə versin,əksər hallarda uşaqların həqiqəti bilmək hüququ var. Baş verənləri olduğu kimi qəbul etmək böyüklərin özü üçün çətin olduğu bir anda bunu gərəkdiyi şəkildə uşaqlara necə söyləmək olar…

“İnana bilmədiyiniz, qəbul etmədiyiniz hadisə və hallara uşağin reaksiyasi necə olacaq?“, ”Bunda bizi necə günahlandiracaq?” kimi suallara cavab axtarmaq mövcüd vəziyyətə elə dözülməzdir ki.

Ardı →

Rəsmlər xarakteri tanımağa kömək edir

Mütəxəssislərin sözlərinə görə, uşaqlar öz qabiliyyətlərini rəsm və xətlərlə ifadə edirlər. Uşaqların psixologiyasını daha yaxşı bilmək və daxili dünyasını anlamaq üçün rəsmlərə diqqət yetirmək kifayətdir.

Uşaqların xarakterində olan problemləri xətlər də asanlıqla göstərə bilir. Bunun üçün sadacə onun hansı rəngləri və şəkilləri seçdiyini bilmək lazımdır. 

Balaca uşaqlarda danışıq qabiliyyəti formalaşmadığı üçün oxuma-yazma öyrənənə qədər duyğularını sözlə ifadə edə bilmirlər. Lakin çəkdikləri rəsmlər müəyyən problemləri və düşüncə tərzini anlamağa imkan verir. İstifadə etdiyi kağızın böyüklüyü, fiqurların kağıza yerləşdirilməsi, rəng seçimi, onun psixi vəziyyətini müəyyənləşdirir.

Çəkilən rəsmlər qısqanclıq, kədər, sevinc, xoşbəxtlik və digər hisslər arasında qarşıdurmanı göstərir. Ev, insan, ağac şəkilləri uşaqların psixologiyası izah edə bilən ən yaxşı üsullardır. Uşaqların istifadə etdiyi rənglər onların vəziyyətini, dünya görüşünü və qabiliyyətini ifadə edir. Məsələn: rəsmlərdə sarı rəng əsasən xoşbəxtliyi, qəhvəyi rəng həssas və romantik qəlbə malik olduğunu göstərir. Özünə güvəni olanlar, sözəbaxanlar, tez adaptasiya olanlar və özünü xoşbəxt hiss edənlər yaşıl rəngdən istifadə edir. Duyğularını idarə etməyi bacaranlar əsasən mavi rəngi seçim edir. Ailəsi tərəfindən sevilən uşaqlar sarı rəngə, ana və atanın dəstəyinə ehtiyac hiss edənlər isə bənövşəyi rəngə üstünlük verir.
Davamı →

Uşaqlarda dırnaq yemə

Dırnaq yemə vərdişinə əksəriyyət uşaqlar 3-4 yaşlarından sonra başlayırlar. (Çox nadir olaraq 5 aylıq kimi erkən bir dövrdə rast gəlinə bilər). Uşaqların 33%-də dırnaq yemə davranışına rast gəlinir.Bu nisbət erkən yetkinlik çağına qədər davam edir.

Yetkinlik çağında dırnaq yeyən uşaqların sayı 40-45%-ə qədər yüksəlir. Yəni yetkinlik çağına doğru uşaqların az qala yarısı dırnaq yemə davranışı göstərir. Bunun səbəbi olaraq gənclərin ətrafdan təsdiq görməmələri ilə qiymətləndirilir. Ayrıca dırnaq yeyən uşaqların ailələrinin çoxunda dırnaq yeyənlərə rast gəlinməkdədir. Bunun içində dırnaq yemənin bir təqlid olduğu və böyükləri təqlid etmək surətiylə öyrənildiyi irəli sürülməkdədir. Yetkinlik çağında ictimai təsdiq görənlərin çoxu bu vərdişi tərk edir.

Dırnaq yemək bəzən ayaq barmaqlarını dişləməklə və ayaq dırnaqlarını əl barmaqlarıyla tutma ilə əlaqəli görülür. Ayaq barmağı dırnağının yeyilməsi və dişlənilməsi demək olar yalnız qızlarda rast gəlinir.

Dırnaq yemə davranışının səbəbləri
Dırnaq yemə davranışından çox bu davranışa səbəb olan hadisələri təyin etmək lazımdır.
Bu davranışın altında yatan səbəblər barmaq əmmədə olduğu kimi əksəriyyətlə psixoloji narahatlıqlardır.


Ardı →

Uşaqlarda heyvan qorxusu

Qorxu insanın  həyatını davam etdirə bilməsi üçün lazımlı duyğulardan biridir. Lakin, hər bir qorxu məntiq çərçivəsində nəzarət altına alınmalıdır. Normal inkişafını davam etdirən bir uşaq üçün alışılmamış olan hər şey kimi heyvanlarla da ilk qarşılaşma narahatlıq verici ola bilər.

Burada  uşaq üçün valideynin yeni olan varlıqlarla qarşılaşdıqlarında verdiyi  reaksiya vacibdir. Bir çox valideynlər  uşağının özünə güvənmədiyindən, müəyyən qorxuları olduğundan  şikayətlənir. Ancaq ana və atalar, nənələr, babalar, xalalar, bibilər bir intizam vasitəsi olaraq uşaqları  heyvanlarla qorxutma üsukundan  bol-bol istifadə edirlər.

 “Hav-hav gəlir “,” dinc dayanmasan  səni aslanlara verərəm “, ” şkafları qarışdırma böcək var dişləyər “kimi tez-tez müraciət edilən tərbiyə etmə üsulu doğru deyil. Əslində burada  böyüklər artıq öz qorxuları ilə  uşaqlara  örnək olurlar.

Uşaqlardakı qorxuları aradan qaldırmaq üçün  ilk  əvvəl ailələr öz qorxularının  öhdəsindən gəlməlidirlər. Heç bir heyvan növü özünə qarşı yönəlmiş və ya yönələ biləcək bir təhdid hiss etmədiyi müddətcə insana zərər verməz. Təbiətdə min bir heyvan olduğu üçün də bir uşağın bir heyvanla qarşılaşmamaq şansı yox kimidir.


Ardı →

Hiperaktiv uşaqlar

Fəal uşaq yaxşıdır. Yəni bu o deməkdir ki, uşaq ilk növbədə sağlamdır.  O qacır, tullanır, yıxıb-dağıdır, dalaşır, dişləyir, rəqs edir, mahnı oxuyur və s. Belə uşağın anası ancaq uşaq yatanda sevinir.hiperaktiv uşaq

Sən nə gözəl yatırsan!

Hər bir valideyin dünyaya sağlam övlad gətirmək arzusu ilə yaşayır. Təəssüf ki, bir sıra uşaqlar bu və ya digər fiziki, psixi travmalarla, problemlərlə doğulur. Həkimlər bunun səbəbini müasir ekoloji mühitin qadın orqanizmində əmələ gətirdiyi fəsadlarla əlaqələndirir. Bəziləri isə bunu hətta müasir uşaqların spesifik problemləri kimi qəbul edir.

Reallıq budur ki, hazırda qiperaktiv və diqqətsiz uşaqların sayı günü-gündən artmaqdadır. Simptomlarına və əlamətlərinə görə bu uşaqlar  nə psixikası pozulmuş, nə də sağlam kateqoriyaya aid edilmirlər. Sanki aralıq mövqedə dayanaraq həm valideyinlər, həm də müəllimlər üçün problemlər yaradırlar.


Ardı →

Uşaqların tərbiyəsi nədən korlanır?

«Ot kökü üstə bitər» — deyib atalarımız. Və bu qəbildən olan atalar misalımız çoxdur. Bu zərb-məsəllər hər dəfə yerinə düşəndə doğru söz yenə təptəzə görünür.
   
   ...Həyətə çıxmaqla bayırdan eşitdiyim sözlərə elə diksindim ki, mat-məəttəl qaldım. On dörd-on beş yaşında oğlan uşaqları hündür səslə elə tərbiyəsiz sözlər danışırdılar ki, eşidən qulaqlarına inanmaq istəməz. Amma neyləyəsən ki, bu həqiqətdir və ətrafımızda bu cür övladının tərbiyəsindən bixəbər nə qədər valideyn var. Qarşıdan yeni təhsil ilinin başlaması ilə bağlı yazı yazmaq fikrim olsa da, düzü mövzunun belə istiqamət alacağını bilmirdim. Axı uşaqlarımız məktəbə təlimlə birgə, həm də tərbiyə almaq üçün yollanırlar. Amma söyüşlərini, yaşlarına uyğun olmayan dəhşətli sözlərini eşitdiyim uşaqlar artıq neçə ildir ki, parta arxasında əyləşirlər. Onlar həm evdə, həm də məktəbdə tərbiyə almalıdırlar, amma…
Ardı →