Körpə qoxusu niyə insanı xoşbəxt edir?

Emosional və fiziki cəhətdən 5 duyğu insanlara fərqli hisslər yaşadır. Xüsusi ilə hadisələrin yada salınması, xatırlanması üçün ətirlər əvəzsizdir. Bir insanın qoxusu əsasən də körpə qoxusu tam fərqli olur. Bu ətir bizi xoşbəxt edir. Bəs bunun səbəbi nədir?


Emosianal duyğularımızdan biri olan qoxlamaq, psixoloji baxımdan hərşeyi hiss etmə gücünə sahibdir. Xüsusi ilə yeni doğulan körpənin qoxusu anaları xoşbəxt edir. Ana olmayanlara belə bu ətir müsbət təsir edir. Anatomiya üzrə psofessoru Johannes Frasnelli mötəşəm qoxunu araşdırıb.
Davamı →

Uşaq qaranlıqdan qorxursa

Qaranlıqdan, yüksək səsdən, heyvanlardan, həşəratlardan, hətta insanlardan da qorxan bir çox uşaq tanıyırıq. Bu qorxuların miqdarı həddi keçməzsə, müsbət hal sayılıb, hətta onların üzləşəcəyi xətərlərin qarşısını almaqda gözəl amillərdən sayılır. Deməli, uşaqlarda məntiqi olmayan, həddi aşan qorxularla mübarizə aparmaq lazımdır.
Uşaqlarda qorxu hissi 1-3 yaşlarından etibarən yaranmağa başlayır. Bu qorxular valideyndən ayrılma qorxusu, yüksək səslər (göy gurultusu, tozsoran və s.), tanımadığı insanlarla qarşılaşmaq və sair kimi səbəblərdən yaranır.
 
4-6 yaşlı uşaqlar div, şeytan, qaranlıq, gecələr eşitdiyi qəribə səslərdən qorxmağa başlayırlar. Həmçinin 6 yaşdan etibarən uşaqlar məktəbdən, təbii hadisələrdən (sel, zəlzələ və s.), xəstəlik və uğursuzluqdan çox qorxurlar.
Davamı →

Uşaqların qorxu hissini dəf etməsi üçün bəzi tövsiyələr

Mütəxəssislər deyirlər ki, insanın yaşı artıb qabiliyyətləri inkişaf etdikcə qorxuların səbəb və məzmunu da dəyişir. Əvvəl ancaq xəyali şeylərdən qorxan uşaq, daha sonra xəstəlik, ölüm, sevdiyi insanları itirmək və s. hallardan qorxmağa başlayır. Lakin ailədə uşaqlara düzgün yanaşılarsa, müəyyən müddətdən sonra bu qorxuluq yox olar.

Uşaqlar hansı yaş dövründə nələrdən qorxurlar?
Ardı →