Həkimlər çöp və çöpçülər haqqında nə fikirləşir?

Çöpçülərin gördüyü işin elmi əsası var, amma onların çoxu fırıldaqçılardır. “Çöpçü”lər ağızdan və burundan üfürməklə həmin qalığı təmizləyə bilir. Valideynlər isə başa düşmür ki, bu zaman “çöpçü”də olan bütün infeksion xəstəliklər uşağa da keçir.

Pediatr Vaqif Qarayev özünün feysbuk hesabında "çöp” mövzusuna toxunub. Bu məsələni yenidən gündəmə gətirən həkim valideynlərə tövsiyə edir ki, onları çöpçüyə yönləndirən həkimin diplomunu cırıb atsınlar: «Bütün normal doğulan uşaqların burun-udlağı anatomik baxımdan eyni quruluşdadı… Nə üçün çöp ancaq bizim uşaqlarda olur? Rusda, çukçada, ingilisdə olmur?!”.
Davamı →

Sağlam qidalanma uşaqları xoşbəxt edir

Sağlam qidalanma çəkidən asılı olmayaraq uşaqların daha sakit olmasına səbəb olur. İsveçin Höteborq Universitetinin nəzdində fəaliyyət göstərən Salqrensika Akademiyasının alimlərinin apardığı araşdırma nəticəsində rafinə edilmiş şəkər və yağın istifadəsinin məhdudlaşdırılması və meyvə-tərəvəz istehlakının artırılması uşaqlarda özünəhörmət duyğusu yaratdığı məlum olub.

Bununla yanaşı, həmin qidalar sayəsində balacaların özlərini güclü hiss etməsi, emosional problemlərlə üzləşməməsi, yaşıdları və ailələri ilə daha yaxşı münasibət qurduğu aşkarlanıb.
Davamı →

Uşaqlarda doğum ləkəsinə diqqət edin

Bəzi uşaqların müxtəlif nahiyələrində anadangəlmə qəhvəyi rəngdə ləkələr olur. Bunlar adətən doğum ləkəsi adlanır və xüsusi diqqət yetirilmir. Lakin mütəxəssislər ləkələrin müəyyən nüansların xəbərçisi oduğuna diqqət çəkib.

Həkimlər belə ləkələrin sayının 6-dan artıq olduğu təqdirdə vaxt itirmədən nevroloqa müraciət edilməli olduğunu deyir. Məlumata görə, ləkələr genetik xəstəliklərdən xəbər verə bilər.
Davamı →

Uşaqlarda ayaq ağrıları

Bəzən azyaşlı uşaqlarda ayaq ağrıları ilə rastlaşırıq. Bunun isə nədən yarandığını anlamaq çətin olur. Təbii ki, bu hal valideynlərdə narahatlıq yaradır. Bəs görəsən uşaqlarda ayaq ağrılarına səbəb olan hallar hansılardır?

Pediatr Günay Rəsulova deyir ki, uşaqlarda ayaq ağrısı şikayəti eşidən kimi bəzi həkimlərin və valideynin ağlına ilk revmatizm xəstəliyi gəlir: “Qəbula gələn xəstələrin çoxu artıq evdən bu «diaqnozla» gəlir. Əllərində də qanda yoxlanmış və «təsdiqlənmiş» müsbət revmotestlər. Yalnız bu analiz cavablarına əsasən aylarla boşuna bicillin vurulan sağlam uşaqlar da gördük. Nəzərinizə çatdırım ki, revmatizm diaqnozu sadəcə qan analizi ilə qoyulmur, xüsusi diaqnostik kriteriləri var ki, onu da işinin mütəxəssisləri bilir”.
Davamı →

Pediatrdan 12 məsləhət

1. Evdə otaqların havasını tez-tez dəyişin.

2. Açıq havada uşaq burnu ilə nəfəs almalıdır (profilaktik olaraq buruna Oksolin məlhəmi çəkmək olar).

3. Açıq havada uşağın ağzını və boğazını bərk bağlamayın (şərflə yüngül bağlamaq lazımdır).

4. Uşağı çox qalın geyindirmək (bir neçə qalın paltarı üst-üstə) düzgün deyil.

5. İctimai yerlərə daxil olarkən qalın paltarının düymələrini açın, imkan varsa, həmin paltarı orda olduğunuz müddətdə soyundurun.

6. Uşaq hər gün gimnastika ilə məşğul olmalıdır.
Davamı →

Uşaqlarada yuxu pozğunluğu

Qadjetlərin insan yuxusuna təsiri istiqamətində aparılmış tədqiqatların əksəriyyətinin nəticələrinə görə, uşaq və yeniyetmələrin sağlamlığına ən çox zərər verən smartfonlar, noutbuklar və planşetlərdir. 

«Beynimizin əsas xronometri işıqdır. Axşam saatlarında işığın gözümüzün tor qişasına daxil olması nəticəsində melatonin qatılığı kəskin şəkildə azalır və beləliklə yatmaq istəyi aradan qalxır, dövri ritmlərdə pozğunluq baş verir. Uşaqların göz bəbəyinin böyüklərə nisbətən daha iri, göz büllurunun isə daha şəffaf olduğu üçün, uşaqlarda işığa qarşı həssaslıq daha çoxdur», — tədqiqatın müəlliflərindən olan, Boulderdə yerləşən Kolorado universitetinin fiziologiya bölməsinin dosenti Monik LeBurjua (Monique K. LeBourgeois) izah edir.
Davamı →

Yeməkləri seçən uşaqlar

Uşaqlar böyüdükcə onların dad hissiyatı da inkişaf edir, buna görə də artıq iməkləməyə başlayan uşaqların hər veriləni yeməsi normal haldır. Bir müddət keçdikdən sonra uşaqlar yeməkləri seçməyə başlayır. Bu dövrdə uşaqların yeməyi istədikləri şeylər daha azkən, yeməyi istəmədikləri şeylər daha çox ola bilər. Xüsusən, anaların uşaqlara yemək mövzusunda təzyiq göstərməsi zaman keçdikcə əks reaksiyaya səbəb ola bilər.

Əziz analar, övladınız qabındakı son tikəni bitirənə qədər masadan qalxmasına qadağa qoymağınız heç də yaxşı bir fikir deyil. Yemək üçün məcbur etmək uşaqlarda stress yaradır və valideynlərinə qarşı mənfi bir fikir formalaşdırır.
Davamı →

Uşaqlarda dizartriya

Praktikada uşaq yaşda olan dizartriyaya uşaq serebral iflicinin qalığı kimi baxılır, böyüklərdə isə klinik paraliclə əlaqələndirirlər. Dizartriya- tez-tez rast gəlinən nitq qüsurlarının bir qrupunun adıdır. O, bir neçə formaya malikdir ki, hərəsidə öz nevroloji və nitq simptomatikası ilə xarakterizə olunur. “Dizartriya” termini ilə nitqin tələffüz tərəfinin pozulmasını təmsil edirlər ki, bu halda da səs tələffüzü və səs axınının prosodik təşkili əziyyət çəkir.

Mərkəzi Sinir Sisteminin zədələnmə səviyyəsindən asılı olmayaraq dizartriya zamanı hər dəfə ekspressiv nitqyaranmanın funksional sisteminin tamlığı pozulur. Bu zaman səsin tonu, ucalığı və gücü tələffüzün ritmik intonasiya səviyyəsi nitq səslərinin fonetik çaları təhrif olunur; ümumilikdə nitqin fonetik düzülüşü yalnış reallaşır.

Nitqin bu cür patologiyasını əsasən, periferik nitq apparatının əzələ innervasiyasının pozulması ilə əlaqələndirirlər ki, bunun nəticəsində Mərkəzi Sinir Sisteminin orqanik və funksional zədələnməsi ilə şərtləşən əzələ tonusunun neyromotor pozulması baş verir. Neyromotor pozulmalar nitqyaradıcı sistemin fəaliyyətinin patologiyasına səbəb olur.
Davamı →

Uşağınızla birlikdə idmanın 10 faydası

Valideynlər etdikləri idmanla öz sağlamlıqlarını qorumaqla yanaşı eyni zamanda uşaqlarına da sağlam həyat tərzi keçirmək fikrini aşılamış olurlar. Hər zaman validyeni özünə nümunə götürən uşaq onun faydalı və sevimli vərdişini də təkrarlamağa çalışacaqdır.

Valideynlərin uşaqla birlikdə idmanın aşağıdakı faydaları mövcuddur:
1. İdman sayəsində daha çox vaxt keçirib, daha çox əylənə bilərsiniz.

2. Ailənizin komanda ruhunu inkişaf etdirərsiniz.

3. Onu kompüterin qarşısından qaldırmaq və təbiətə çıxmaq üçün cəlbedici səbəbdir.

4. İdman onu həyatı boyu daha çox özünə inamlı və intizamlı, dərslərinə də eyni intizamla yanaşmağa sövq edəcəkdir.
Davamı →

Övladınıza üzməyi öyrədin

Havalar isti keçir. Nə etmək lazımdır? Təbii ki, üzmək. Əgər dənizə gedə bilmirsinizsə pis olmayın, çünki şəhərdəki üzmə hovuzlarından yararlana bilərsiniz. Üzmək həm sizin, həm də uşağınız üçün mükəmməl bir fəaliyyətdir. Balaca yaşından düzgün şəkildə üzməyi öyrənməsi uşaqların sudan qorxmalarının qarşısını alır və asan şəkildə bu fəaliyyəti öyrənmələrinə şərait yaradır.

Araşdırmalara görə, kiçik yaşlarından uşağı üzməyə öyrəşdirmək onun həm fiziki, həm də mənəvi inkişafına təsir göstərir.
Davamı →