Əmzik nə vaxt tərgidilməlidir

Uşaq doğulduqdan sonra yeni anaları sual qarşısında qoyan məsələlərdən biri də uşaqlara əmzik verilib-verilməməsi ilə bağlıdır. Çünki əmziklərlə bağlı həkim və valideynlərin fikirləri haçalanır. Bəzi həkimlər əmziyi uşağın ağız və dişlərinə zərərli hesab edir. Analar isə rahatlığına görə əmziyə üstünlük verirlər.

Həkim Mehmet Ali Talay bildirir ki, uşağın əmmə refleksi həyatda qalmaq üçün ana bətnində öyrəndiyi və yuxuda, oyanıq olarkən təkrar etdiyi bir hərəkətdir: "Əmmək uşağı sakitləşdirir. Uşaqlarda əmmə ehtiyacı ən çox ilk 3-4 aylıq ikən çox bəlli olur. Uşağın anaya alışması və əmmə alışqanlığını anadan öyrənməsi üçün doğuşdan sonra bir neçə həftə uşağın əmziklə tanış olmaması əhəmiyyətlidir.
Davamı →

Uşağı yelləməyin!

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı?
Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.

Uşaqları yelləmək nələrə səbəb olur?
Bədən yelləndiyində gözlər bir nöqtəyə baxdığından beyinə hərəkət olmadığı siqnalı gedir. Bu siqnal gicəllənmə ilə yanaşı yuxu gətirir. Yuxu isə tam olaraq beyninin ehtiyacı kimi ortaya çıxır. Buna görə körpə beşikdə yırğalanaraq yatızdırılarkən hipnoz halında olur. Nevroloq Aynur Zeynalova deyir ki, körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmaq olmaz. Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem — vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye — labirint mayesi olur.
Davamı →

Uşaqla bir dildə danışın

Hazırda günümüzün problemlərindən və valdeynlərin ən çox şikayət etdiyi məsələlərdən biri də iki dillilik problemidir. Valideynlərin şikayətləri isə əsasən bu yöndədir: «Uşağım danışa bilmir və 2 yaşı var. O, daha çox evdə yalnız mənimlə əlaqədə olur. Mən rus dilində danışıram. Uşağımla da bu vaxta qədər rus dilində danışmışam. Nənə, baba azərbaycan dilində danışır.

Uşağın danışmasında problem olduğu üçün, loqopedə müraciət etmişik. O arada hər iki dildə sözlər deyir. Mən nə etməliyəm? Hansı dildə bağçaya və loqopedə aparmalıyam...”

Belə hallarda isə mənim məsləhətim o olur ki, ümumiyyətlə hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, uşağın yaşadığı mühitdə hansı dil üstünlük təşkil edirsə, uşağa həmin dil öyrədilməlidir. Çünki dil irsi deyil, irqidir. Mütəxəssis kimi məsləhət görürəm ki, uşağın dili açılıb nitqi formalaşana kimi, bir dil seçimi etmək daha uyğundur. Əgər ata, ana rus dilli, lakin nənə, baba azərbaycan dilini istifadə edirsə, bu o deməkdir ki ailəni iki dillidir və uşağınızın nitqində bu problem yarada bilər və nitqinə mənfi təsir edə bilər.
Davamı →

Zəhərli çiçək

Bir çox evlərdə difenbahya, yəni xalqa arasında “ağlayan çiçək” kimi tanınan bu bitkini görməyə vərdiş etmişik. Ona qulluq edir, su verir və yarpaqlarını əlimizlə yuyuruq. Amma aparılan araşdırmalara əsasən bu çiçəyin zərərli ola biləcək əlamətlərinin də mövcudluğu ortaya çıxıb. Belə ki, türkiyəli uşaq həkimi Ümid Sarıcısı bu ev bitkisinin xüsusən uşaq böyüyən evlər üçün təhlükəli olduğunu bildirib.

Həkim və qrupu tərəfindən aparılan araşdırmalara görə, difenbahyaya əllə toxunmaq və iyləmək belə, zərərlidir: “Difenbahyanın səbəb olduğu zəhərlənmə hallarında gülün yarpaqlarının əllə ovulması, qoparılması və tapdalanması nəticəsində əl, dil və dodaqlarda şişmə, yanma, ağrı meydana gələ bilər. Eyni zamanda, nəfəs yolu tıxanıqlığı, tənəffüs çatışmazlığı kimi ciddi problemlər də ortaya çıxır:
Davamı →

Uşaqlara çörək yedirtməyin!

“Çörək bol olarsa, basılmaz vətən!” Demək olar ki, Azərbaycanda hər kəs bu deyimdə də vurğulandığı kimi çörəyin bol olması tərəfdarıdır. Biz həmişə çörəyə müqəddəs bir nemət kimi yanaşmış, yerə düşdükdə dərhal öpüb gözümüzün üstünə qoymuşuq. Yaşlı nəslin nümayəndələri isə çörəyə qarşı daha həssas davranırlar.

1941-45-ci illər müharibəsini görən hər bir yaşlı çörəyə qarşı hansısa hörmətsizlik edən gənc görəndə mütləq məzəmmətlə belə deyir: “Ay bala, çörəyi ziyan etməyin. Vaxt vardı biz bir tikə çörəyi dilimizin altına qoyurduq ki, eləcə dadını duyaq, bəlkə aclığımız az da olsa keçər”...

Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə “canımıza yatmır” elə bil. Hətta aramızda elələri var ki, plovu, makaronu, hətta xəngəli də çörəklə yeyir. Biz uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıyıq. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirik: “Çörəklə ye ki, doyasan”.
Davamı →

Uşaqlar üçün beyin inkişafına faydalı qidalar

Diqqəti və yaddaşı gücləndirən, uşaqların zehni inkişafına böyük fayda verən qidaların nələr olduğunu sizin üçün araşdırdıq.

Uşaqların inkişafı üçün düzgün qidalanmağın vacib olduğunu bütün ata-analar bilir. Bəzi qidalar xüsusilə beyin funksiyalarının yaxşı işləməsini təmin edir və uşaqların məktəbdə diqqətinin artmasına, yaddaşlarının güclənməsinə kömək edir. Uşaqların gündəlik olaraq qəbul edəcəyi faydalı qidaları məqaləmizdən oxuyun.

Yumurta
Gündəlik qidalanmada mütləq yumurtaya yer vermək lazımdır. Çünki yumurta çox zəngin bir qidadır. Yumurta içərisində ola kolin, omega-3 yağ turşuları və sinkin köməkliyi ilə uşaqların diqqətini gücləndirir. Kolin xüsusilə beyin inkişafı və diqqət üçü vacibdir. Həmçinin kolin beynin bədənlə və digər orqanlarla əlaqəsini təmin edir.
Davamı →

Ağlayıb, ağlayıb, yatacaq

Yatana qədər uşağın ağlamasına göz yummaq çox pis fikirdir. Bu cür ideya, bu cür məsləhət uşağa və onun inkişafına qəti lazım deyil. Uşaqlar məyus olduqda, həyəcan keçirdikdə və ya bihudə yerə (istədikləri şey olmadıqda) ağladıqda, onlar özlərinə görə məsuliyyət daşıyan böyüklərin qucağında ağlamalıdırlar. Düzdür, uşaqlar ağlaya-ağlaya yuxuya gedə bilərlər, məsələn, təzə doğulmuş körpələri analarından ayrı otağa yerləşdirdikdə bu baş verir. Amma bu həqiqi yuxu yox, psixoloji müdafiədir. Uşaq üçün ən çətini – ayrılıqdır. “Yaxşı, bəsdi, söhbəti qurtaraq, mən qapını bağlayıram” dedikdə, biz uşağı ayrılıq və həyəcanla üzləşdiririk. Bu uşaqda psixoloji müdafiə əmələ gətirir və uşaq bu səbəbdən yuxuya gedir. Lakin, bu doğru yatızdırma üsulu deyil.
Davamı →

Körpələr bütün gecəni yatmalıdırmı?

Yəqin ki, bütün dünyada yeni doğulmuş körpələrin ailəsini və valideynlərini narahat edən ikinci ən vacib məsələ körpənin yuxusudur. Birinci narahatlıq əlbəttə ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox eşitdikləri suallar isə “ Uşaq gecəni necə yatır?”, “Uşaq gecə neçə dəfə oyanır?” “Uşağın yuxusu necədir?” suallarıdır. Cavablardan asılı olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş valideynlər “məsləhətlər” atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir qisminin məsləhəti “Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaqdır!”, “Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın”, digər qisminin isə məsləhəti “Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!”, “Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş istəməsin!” olur.
Davamı →

Vegetarianlıq və veqanizm uşaqlara faydalıdırmı?

Dünyada heyvan mənşəli məhsullardan tamamilə və ya qismən imtina etmək getdikcə populyarlaşır. Vegetarianlıq özü-özlüyündə bir neçə növə bölünür- süd içən vegeterian və ya yumurta yeyən vegeterian. Həqiqi vegetarianlar, onları veqanlar da adlandırırlar, ümumiyyətlə heyvan mənşəli heç bir qida qəbul etməyib, balıq, yumurta, süd məhsulları və baldan da imtina edirlər.

Bir qayda olaraq, vegetarian həyat tərzi seçmiş valideynlərin övladlarının da rasionunda ət və ət məhsulları olmur. Lakin, son zamanlar vegetarian ailələrdə böyüyən uşaqların pis qidalanma səbəbilə xəstəxanaya yatırılma halları artıb.
Davamı →

Uşaqlarda dırnaq yemə

Uşaqlarda dırnaq yemə vərdişi əsasən 3-4 yaşlarından tez başlaması,(nadir olaraq 5 aylıq olarkən rastlaşmaq olar).Uşaqların 33%-də dırnaq yemə vərdişinə rast gəlinir. Bu hal erkən yeniyetməlik dövrünə qədər davam edir. Yeniyetməlik dövründə dırnaq yeyən uşaqların sayı 40-45% -ə qədər yüksəlir. Yəni yeniyetməlik çağına doğru uşaqların demək olar ki,yarısı dırnaq yemə davranışı göstərir. Bunun səbəbi kimi isə gənclərin ətrafındakılar tərəfindən dəstəklənməmələri kimi görülür. Həmçinin dırnaq yeyən uşaqların ailələrin çoxunda da bu vəziyyət hökm sürür. Belə göstərilirr ki, uşaqlar sanki dırnaq yeməklə böyükləri təqlid edirlər. Yeniyetməlik dövründə ətrafdan sosial dəstək görənlərin çoxu bu vərdişi tərgidir.
Davamı →