Uşağınızın saçlarını sıx yığmayın!

Hər bir ana qızının gözəl görünməyini istəyir. Bunun üçün analar qızlarına gözəl donlar geyindirir, müxtəlif qeyri-adi saç düzümləri edirlər. Lakin «gözəllik qurban tələb edir» şüarını uşaqlara şamil etmək düzgün deyil.

Belə ki, bəzi analar kiçik yaşlı qızlarının başında quyruqcuqlardan və xörükcüklərdən ibarət olan qəribə «konstruksiyalar» düzəldir. Uşağın nazik ipək kimi olan saçları, baş dərisi dartılır, çox sıx vəziyyətdə qalır. Bu isə müxtəlif pozulmalara səbəb olur.

Dünya trixoloqları (saç xəstəlikləri ilə məşğul olan mütəxəssislər) məhz «quyruq» və hörük tipli saç düzümləri saçlar üçün ən ziyanlı hesab edir. Fikir verin ki, burada söhbət böyüklərdən gedir. Hətta böyüklərin saçları belə gərginliyə tab gətirə bilmir, korlanır, tökülməyə başlayır. Uşaqların saçları isə qat-qat nazik və zəifdir ki, onların saçları üçün bu tip saç düzümləri daha da ziyanlıdır.
Davamı →

Uşağa ayaqqabı seçərkən nələrə diqqət etməli?

Uşağın ilk ayaqqabısının doğru seçilməsi ayaq sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Mütəxəssislər 2 yaşından qabaq uşağa ayaqqabı alınmasının yersiz olduğunu vurğulayırlar. Çünki uşaqlara təsadüfi alınan ayaqqabılar uşağın ayaq sağlamlığı və inkişafına mənfi təsir edə bilər.

Bu mövzuda türkiyəli həkim Əhməd Doğanın uşaq ayaqqabıları seçimi ilə bağlı fikirləri olduqca faydalıdır. Həkim deyir ki, uşağın ayaqyalın gəzməyindən narahat olmağa dəyməz: “Uşaqların böyük əksəriyyəti on iki aylıqdan yeriməyə başlayır. Ancaq bu müddətdən əvvəl və sonra yeriyənlər az deyil. Bu inkişaf ana və atalarda uşaqlarına ilk ayaqqabını almaq təlaşına səbəb olur. Halbuki uşaqların, xüsusilə, iki yaşına qədər yalın ayaq və ya corabla yerimələrinə icazə vermək lazımdır. Beləliklə, həm ayaqların normal böyüməsi, həm sağlam əzələ inkişafı, həm də barmaqların hissiyatı kimi bir çox qabiliyyətlərin inkişafı təmin edilər”.
Davamı →

Uşağın yad cismi udması təhlükəli ola bilər

Bu problemlə kiçik yaşlı uşaqların analarının əksər hissəsi üzləşir. Kiçik yaşlı uşaqlar hər bir şeyin «dadına» baxmağı xoşlayırlar.

Adətən uşaqlar kiçik əşyaları — xırda oyuncaqlar və ya oyuncaqların hissələri, xırda pul, düymə, muncuq,daş, meyvə çəyirdəkləri və s. kimi əşyaları udurlar. Əksər hallarda bu uşağın 1 yaşından 3 yaşına kimi baş verir. Məhz bu səbəbdən kiçik hissələri olan oyuncaqların üzərində «3 yaşından yuxarı olan uşaqlar üçün» yazılır.

Adətən kiçik ölçüdə olan, hamar yad cisimlər uşaqda heç bir narahatçılığa, ağrılara və s. pozulmalara səbəb olmur. Əksər hallarda belə yad cisimlər 2-3 gündən sonra özü-özündən nəcis ifrazı zamanı uşağın bağırsaqlarından çıxır. Həkimlə məslətləşdikdən sonra uşağa işlətmə dərmanı vermək olar.

İti və kəsici əşyalar (iynə, sancaq, şüşə və s.) isə çox təhlükəlidir. Onlar mədə-bağırsaq traktında ilişə bilər, onun divarını deşə və ya kəsə bilər. Bu isə ağır fəsadlara gətirib çıxardacaq. Bu səbəbdən əgər uşaq iti və ya kəsici əşya udubsa, dərhal «təcili yardım» çağırın. Uşaq özünü yaxşı hiss edə bilər, lakin bu heç də o demək deyil ki, təhlükə yoxdur. Həkim gələnə kimi uşağa yemək və maye verməyin, uşağı uzandırın.


Ardı →

Uşaqların sümüklərinin möhkəmləndirilməsi

Sağlam və möhkəm sümük sistemi insanın ümumi sağlamlığında böyük rol oynayır. Möhkəm sümük sistemin təməli uşaqlıqda qoyulur. Bu səbəbdən uşağın sümüklərini daim möhkəmləndirmək lazımdır.

Kalsium sümüklərimizin əsas tikinti materialıdır. Bu elementin çatışmazlığı nəticəsində uşağın sümükləri daha zəif və kövrək olur. Bunun nəticəsində isə uşaq sınıqlara meyilli olur, sümüklər gec bitişir, boyatma ləngiyir və s.

Bu səbəbdən doğulduğu andan başlayaraq uşaq orqanizminin kalsiumla normal təmin olunmasına ciddi fikir vermək lazımdır.

1. Ana südü
Körpələrdə ana südü ilə qidalandırma böyük rol oynayır. Ana südündə olan bütün faydalı maddələr (o cümlədən, kalsium elementi) çox asanlıqla uşağın orqanizmi tərəfindən mənimsənilir. Ana südü ilə qidalandırma mümkün olmadıqda uşağa donor südü verilməlidir. Bu da mümkün olmadıqda isə uşaq müasir süni süd qarışıqları ilə qidalandırılmalıdır.
Ardı →