Abortlar

  • Qadın
Ana 3 günlük körpəsini Kür çayında boğdu… Masallıda boş qəbirdən yeni doğulmuş qız uşağı tapıldı… Zibildaşıyanlar Alatava zibilliyi yaxınlığında bələkdə ağlamaqdan bayılmış körpə tapdılar… On dörd günlük çağanı məscidin həyətinə atdılar...

Həmişə bu cür xəbərləri eşidəndən sonra həmin körpələrin qatillərini, günahlarını üstündə daşıyan anaları (əgər onlara ana demək mümkündürsə), sahib çıxmayan atalarını lənətləyirik. Göz yaşlarımız səssizcə içimizə axır. İnanmıram ki, evində körpəsi olan və ya nə vaxtsa olmuş insanlar bu xəbərləri sıradan bir xəbər kimi oxuyub keçsinlər. Bu tipli xəbərlər həmişə uzun müddət insanları öz təsiri altında saxlayır. Təəssüflə «niyə» sualını veririk. Ardınca da müxtəlif cavablar gəlir:
Davamı →

Körpənin günahı nə?

Gənc qadın, körpənin gözəlliyi qarşısında ovsunlanmış kimi idi. Buruq sarı saçları, iri mavi gözləri, kicik bir burun və kiçik qırmızı dodaqları, qadının indiyə qədər gördüyü ən şirin qız uşağı idi. Onun ipək yanaqlarını doya doya öpmək və Cənnət qoxusunu içinə çəkmək üçün əyildiyində:
-Toxunma mənə!.. deyə bir səs eşitdi. Məni oxşamağa haqqın yox sənin.
Qadın, qorxuyla diksinib ətrafına baxdı. Körpə ilə özündən başqa içəridə kimsə yox idi. Eyni səsi təkrar eşitdiyində körpəyə döndü. Aman -Allahım!.. Yeni doğulmuş kimi görünməsinə baxmayaraq danışan oydu. Körpə:
-Mənə yaxınlaşmağını istəmirəm, deyə davam etdi. Dərhal uzaqlaş məndən.
Ardı →