Uşaqlarda 2 yaş sindromu

Uşaqların inkişaf dönəmlərində 2 yaş valideynlərin çətinlik çəkdikləri yaş dövrlərindən biridir. Özlərini ifadə etmək və hər şeyin özlərinə aid olmasını istəyərlər. 0-3 yaş dövründə həm də güvən hissi inkişaf etməyə başlayır.

2 yaşda uşaqlar fiziki, zehni, dil, sosial, emosional və cinsi inkişaflarında bir qisim özəlliklərə sahibdirlər. 2 yaşlı uşaqlar hoppanar, tullanar, dırmaşar, qaçar – həmişə hə-rəkətlidirlər. Tək başına pillələri enib qalxar, barmaq uclarında yeriyə bilər, əl-üzlərini yuya bilər, köynəkləri düymələyərlər. 2 yaş uşaqları ad və soya-dını söyləyə bilərlər, tek cümlə və ya sadə sözlərlə danışarlar, bəsit suallar verərlər, danışdıqları rahat başa düşülər, “niyə ?” sualını çox istifadə edərlər.

Davamı →

2 yaş sindromu

2 yaş sindromu adətən 18-36 ay aralığında yaşanır. Bu dövrdə uşaqlarda danışıq irəliləyir, dünyanı kəşf etmək marağı çoxalır, söz və cümlə ehtiyatları artır, özgüvənləri ən üst səviyyəyə çatır, müstəqil şəkildə davranmaq, valideynlərdən asılı olmaq istəməmək, istəklərini yeritmək və s. davranışlar qabarıq formada özünü büruzə verir. Nəticədə əvvəllər uşağınızda görmədiyiniz xeyli dəyişikliklər müşahidə edilir. 2 yaş sindromunda bu cür sürətli dəyişikliklərin olmasının ən başlıca səbəbi körpəlikdən uşaqlığa keçiddir. Bütün uşaqlı ailələr bu vəziyyəti az və ya çox dərəcə yaşayır. Bir çox uşaq isə bu müddəti olduqca çətin keçirdir.

Bu sindromu yaşayan uşaqlarda müşahidə edilən davranışlar: Tərslik, neqativlik, eqoistlik, bacarıqlarında sürətli irəliləyiş, yeni kəşflər etmək istəyi, özünü xüsusi bir fərd kimi görmə, «mən»ini ortaya qoyma, anadan uzaqlaşma, duyğu və istəklərini qabarıq şəkildə göstərmə, «xeyr» deməyi və etiraz etməyi öyrənmə və s. Bu dəyişikliklər onun fərd və şəxsiyyət kimi formalaşmasına atılmış addımlardır. Bu müddəti psixoloji cəhətdən zədəsiz aşması çox vacibdir.
Davamı →