Oxumaq istəmirəm!

«Dərsdən gələndən sonra televizorun qarşısından qalxmır”. “Dostları ilə futbol oynadığı üçün dərs oxumağı yaddan çıxarır».«Saatlarla internetdən əl çəkmir”...

məktəbə getmək istəmirəm...Bu cür şikayətləri, demək olar ki, hər evdən eşitmək olar. Əgər uşaq “dərs oxumaq məsuliyyətindən” qaçırsa, bu onun artıq dərs oxumağa həvəsi olmadığından xəbər verir. Bütün bunlardan sonra ona sərt bir şəkildə: “Dərs oxu!”  deyə xəbərdarlıq etmək isə uşağı düşdüyü yoldan çəkindirməyəcək, əksinə, onu dərsdən daha da uzaqlaşdıracaq. Çünki övladınıza televizora baxarkən və ya dostları ilə futbol oynayarkən bu cür xəbərdarlıqlar edilsə, uşaqda dərslərin onu ən sevdiyi işlərdən ayırması bəradə fikir formalaşacaq. Bundan sonra isə ondan dərslərində hər hansı bir müvəffəqiyyət gözləmək faydasız olacaq. Digər tərəfdən, bu xəbərdarlıqlar nəticəsiz qalırsa, deməli, uşağınızla sizin aranızda ünsiyyət zəifliyi var. Buna görə də, uşağınızla əvvəlcədən razılığa gəlməli və ya onda dərslərinə qarşı maraq oyadacaq oyunlar təşkil etməlisiniz. Əgər dərs oxumaqla bağlı hər hansı bir xəbərdarlığa ehtiyacınız varsa, bu məsələdə uşağınızın müəllimindən də kömək istəyə bilərsiniz.

Davamı →

Estetikləşdirilmiş sadizm

Bu yaxınlarda Rusiya televiziyada yayımlanan uşaq verilişləri və mültfilmlərə münasibətini köklü surətdə dəyişdi. Həmin qanuna görə daim siqaret tüstülədən və dovşanın gününü qara edən «Nu, poqodi» qəhrəmanı uşaqların psixikasına zərər vura biləcək deyə yalnız gecə 11-dən sonra göstərilə bilər. Çeburaşka da eybəcər qulaqlarına görə bu kateqoriyaya aid edilib. Amma bir-birini güllələyən, partladan, didişdirən, çeynəyən, dağıdan pakemonlar, bakuqanlar, qeyri mütənasib quruluşlu, üçbucaq sifətli, piramida bədənli, kubik şəkilli adamabənzərlər televizorlardan yığışdırılmadı. Olaylara kənardan baxanda uşaqların psixikasına mənfi müdaxilənin sanki hansısa əmr ilə, bilərəkdən edildiyi təəssüratı yaranır. 


Ardı →

Hiperaktiv uşaqlar

Hər bir valideyin dünyaya sağlam övlad gətirmək arzusu ilə yaşayır. Təəssüf ki, bir sıra uşaqlar bu və ya digər fiziki, psixi travmalarla, problemlərlə doğulur. Həkimlər bunun səbəbini müasir ekoloji mühitin qadın orqanizmində əmələ gətirdiyi fəsadlarla əlaqələndirir. Bəziləri isə bunu hətta müasir uşaqların spesifik problemləri kimi qəbul edir. Reallıq budur ki, hazırda qiperaktiv və diqqətsiz uşaqların sayı günü-gündən artmaqdadır. Simptomlarına və əlamətlərinə görə bu uşaqlar nə psixikası pozulmuş, nə də sağlam kateqoriyaya aid edilmirlər. Sanki aralıq mövqedə dayanaraq həm valideyinlər, həm də müəllimlər üçün pröblemlər yaradırlar.
Davamı →

Uşağı tərbiyələndirmək üçün qaydalar

Uşağı düzgün tərbiyə etmək böyük elmdir, onların gələcəyi isə  valideyinlərin  elmi biliyindən aslıdır. Ona görə də əgər siz, xoşbəxt, müstəqil, özünə inamlı uşaq tərbiyə etmək istəyirsinizsə,  öz məsuliyyətinizi dərk etməli və  valideyin hüquqlarınızdan sərt istifadə etməməlisiz. Unutmayın ki, gələcəyimizin təminatı olan uşaqlarımızı kamil şəxsiyyət kimi yetişdirmək əsas vəzifəmizdir.   
Beləliklə sizə tərbiyənin əsas prinsiplərini özündə birləşdirən 9 qayda təqdim edirik.
Davamı →

Uşağınızın yük norması

Mütəxəssislərin fikrincə, 12 yaşına qədər olan uşaqlar 3 kiloqramdan artıq yük götürməməlidirlər. Amma hazırda dərs yükü çox olduğundan ibtiadi siniflərdə oxuyan 6 — 10 yaşlı uşaqların daşıdığı məktəbli çantasının çəkisi bu normalara qətiyyən uyğun gəlmir. Məsələn, 3-cü sinifə gedən 8 yaşlı məktəbli dərs qrafikinə uyğun olaraq çantasına hər gün 4 kitab, 4 iş dəftəri, 4 test kitabı, 4 qiymətləndirmə kitabı, yazı dəftəri, karandaşlar, rəsm albomu və digər əlavə dərs vəsaitləri qoymalıdır. Nəzərə alsaq ki, valideynlər çantaya yemək və su da əlavə edirlər, onda çantanın ağrlığı 7 kiloqrama çatır və 8-9 yaşlı uşaq hər gün bu yükü çiyinlərində daşmağa məcburdur.
Ardı →

Uşaq tərbiyəsində bəzi tövsiyələr

Körpənizə yasaqlar qoymağın və onu yaxşı əməllərə sövq etməyin tez olduğunu zənn etməyin. Əksinə, indidən uşağınıza düzgün davranış öyrətməyə çalışın. Deyək ki, bir yaşlı uşağınız şirniyyatdan ötrü çığır-bağır salır və ya marketdə səbətə qoyduğunuz paketləri sağa-sola dağıdır. Bu zaman siz onun hərəkətlərinə necə reaksiya vermək barədə düşünürsüz. Sizə elə gəlir ki, bu yaşda uşağı tərbiyə etmək çox tezdir, elə deyilmi? Doğrudur, etdiyi hərəkətlərə görə düşünməsi üçün otağına göndərmək, yaxud, bəzi imtiyazlardan məhrum etmək kimi taktikalar bu yaşda olan uşaqlar üçün faydalı deyil.
Ardı →

Beş aldın, yoxsa dörd?

   Məktəbə gedən uşağımızın həyatı bizim gözümüzlə başqa cür görünür, uşağımızın gözü ilə başqa. Biz: " Artıq böyüdü, mütləq yaxşı oxumalıdır " deyir, bunun üçün əlimizdən gələni edirik. Öz aləmimizdə fədakarlıq edir, yeməyib yedirir, içməyib içiririk. Yeganə istəyimiz isə övladımızın bu fədakarlıqların qiymətini bilməsi və canını dişinə tutaraq oxumasıdır. Ancaq nə fayda! Oğlumuz dəcəl, qızımız tənbəl… Beş gözlədiyimiz dərsdən dörd alırlar və üstəlik bunu heç özlərinə dərd də etmirlər!
Ardı →

Bölüşməyi bacarmalıyıq

4-6 yaş arasındakı uşaqlarda «mənlik» (eqoizm) duyğusu ön plana çıxır. Onlar hər şeyə " mənim " deyirlər, öz oyuncaqlarına kiminsə əl vurmasına isə əsla razı olmurlar. Öz əşyalarını kiminləsə bölüşmək də istəməzlər. Bu yaş həddi onlara səxavətli olmağı öyrətməyin tam zamanıdır. Eqoizmin onların içində tam yerləşməməsi üçün gecikmədən bu istiqamətdə iş aparmalıyıq. Bunun üçün onun dostları ilə tez-tez görüşməsini təmin etməliyik. Əgər qardaş və ya bacı varsa, onlardan da istifadə etmək mümkündür. Onun üçün aldığınız yeməkdən bacı-qardaşına da pay ayırmasına təşviq edin. Hər səxavətli davranışını alqışlamalı, lazım gəlsə, başqalarının yanında onu tərifləməliyik.
Ardı →

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı

1. Uşaqlarda liderlik keyfiyyətlərini necə inkişaf etdirməli?

Ümumiyyətlə, uşaqlarda liderlik keyfiyyətlərinin inkişafına erkən dövrlərdən başlanılması tövsiyə olunur. Çünki bu keyfiyyətlərin bir çoxunun əsası elə məhz körpəlik dövründə qoyulur. Məsələn: lider üçün zəruri olan təşəbbüskarlıq, qətiyyətlilik, məqsədyönümlülük, məsuliyyətlilik, özünəinam və müstəqillik hissi kimi xüsusiyyətlərin formalaşdırılması əsasən mühit və tərbiyənin psixoloji təsirlərin sayəsində mümkün olur.

Valideynlərin bəzən bu qəbildən olan məsələlərə laqeyd yanaşması gələcəkdə övladlarının taleyində həlledici rol oynaya bilir. Uşağın əldə etdiyi nailiyyətlərin böyüklər tərəfindən emosional şəkildə rəğbətləndirilməsi onda özünəinam hissini, təşəbbüskarlığı artırır, öz etdiyinə görə qürur hissi yaşamasını şərtləndirir. Əksinə, uşağın fəaliyyətinin nəticələrinə laqeyd və ya mənfi münasibətin təzahürü uşaq tərəfindən emosional baxımdan çox neqativ yaşanır. Bu faktın özü isə gələcəkdə onu hansısa təşəbbüslərdən çəkindirərək, onda özünəinamsızlıq hissi formalaşdıra bilər. Adətən özünəinam hissi zəif olan uşaqlarda özünüqiymətləndirmə aşağı, özünütənqidi münasibət isə yüksək səviyyədə olduğundan nədəsə müvəffəqiyyət qazanmaq, mübarizə aparmaq üçün onlar, bir o qədər cəhd göstərmirlər.
Ardı →

Çətin uşaqlar

1. Uşaqları cəzalandırmaq lazımdırmı?

Cəmiyyətdəki davranış qaydalarını öyrətməyin müxtəlif üsulları var. Bunlardan biri də cəzadır. Bu baxımdan uşağın tərbiyəsində cəzalandırmadan bir vasitə kimi istifadə olunur. Müəyyən mülahizələrə görə, uşağın cəzalandırılması onun psixi inkişafına mənfi təsir göstərir, onu daha aqressiv edir, şəxsiyyətini “cırlaşdırır”, özünüreallaşdırma üçün şərait yaratmır. Praktiki olaraq 10 yaşına qədər cəzalandırılmayan uşaqlar öz arzu və istəklərinin əsiri olur, onları idarə edə bilmir, nəticədə “ipə-sapa yatmırlar”, özlərini “pis” aparırlar. Lakin hər hansı bir cəzanı tətbiq etməzdən əvvəl onun mənasını dərk etmək lazımdır.
Ardı →