Uşağa cinsi bilgilər hansı yaşdan aşılanmalıdır?

Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi üçün hər bir valideyn əlindən gələni etməyə çalışır. Həmçinin onlara qayğı göstərmək, qorumaq da valideynlərin ümdə vəzifələrinbdən biridir. Amma son zamanlar uşaqların təhlükəsizliyi ilə bağlı bir-birinin ardınca baş verən neqativ hadisələr onlara yetərli diqqətin olmamasından xəbər verir. Ölkə mediasında yer alan xəbərlərdən bəlli olur ki, məhz valideyn məsuliyyətsizliyi, yaxud diqqətsizliyi səbəbindən azyaşlı uşaqlar nəzarətsiz qalırlar. Onları yad adamlar aldadaraq aparır, cinsi zorakılığa, şiddətə məruz qoyurlar, yaxud özləri azaraq günlərlə ac-susuz, tənha qalmalı olurlar. Bəs görəsən uşaqlara necə nəzarət etmək lazımdır? Onları kimlərəsə etibar etmək olarmı? Valideynlər bu məsuliyyəti necə yerinə yetirirlər? Ümumiyyətlə, uşağa hansı yaşdan etibarən özünü qoruma vərdişləri aşılanmalıdır.
 
Bütün bu suallarla bağlı  psixoloq Vəfa Əkbər bildirdi ki, indiki uşaqlar çox aktivdirlər və onları nə iləsə təəccübləndirmək, marağını cəlb etmək çox çətindir. Onlar daim axtarışdadır. Bunu isə valideynlər mütləq bilməlidir: “Valideyn bilməlidir ki, uşağı hara gedə bilər, maraqları necədir, itərsə, harada tapmaq olar. Buna görə də bu barədə uşaq daim maariflənməlidir ki, itəndə nə etmək lazımdır.
Davamı →

Oğlan uşaqlarının fərqli xüsusiyyətləri

Oğlunuzu böyüdərkən oğlan uşaqlarına xas vəziyyətlərlə qarşılaşa bilərsiniz. Oğlanlar qızlardan fərqlidirlər. Hər uşaq eyni təməl sevgiyə, qayğıya ehtiyac duysa da, qızların və oğlanların maraq duyduqları mövzular fərqli ola bilər.

1. Riskli davranışlara meyllidirlər
Oğlunuz dünyaya gəldikdə ilk öyrənəcəyiniz şeylərdən biri onun riskli davranışlara meylli olmasıdır. Sərhədləri aşmağı çox sevirlər. Yıxılmazdan əvvəl kənara nə qədər yaxınlaşa biləcəklərini görmək istəyirlər. Təbii ki, bütün bu davranış şəkilləri anaların sinir böhranı keçirmələrinə səbəb ola bilər. Bədənlərindəki sıyrıqlar və göyərmələr, hətta bəzən də qırıqlara hazır olmalısınız, bu, onların təbiətində var.
Davamı →

Ana bətnində uşağı necə tərbiyə etməli?

Ümumiyyətlə, ilk anda qəribə gələn bu anlamı gəlin bir az sadələşdirək. İstəyərdim söhbətimizə Məhəmməd Peyğəmbərin hədislərindən biriylə başlayım. “Bir gün ailə 40 günlük uşağı S.Ə.S. Məhəmməd Peyğəmbərin yanına gətirib onun vətənə, xalqa, ailəsinə xeyirli övlad olması üçün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər. Peyğəmbərimiz isə “aparın bu uşağı artıq onun üçün gecdi” demişdi.

Çox vaxt biz bu hekayəni eşidəndə düşünürük ki, uşağı ilk doğulduğu andan etibarən tərbiyə etməliyik. Əslində dövrünün filosofu olan Məhəmməd Peyğəmbər burda uşağın ana bətnində olan tərbiyəsini nəzərdə tutmuşdu.
Davamı →

Ağıllı uşaq yetişdirmək üçün məsləhətlər

Çox perfeksionist ya da əsassız davranmayın. Demokratik bir ailə olmağa çalışın.

Uşağınızda görmək istədiyiniz hərəkətləri özünüz də edin. Ona nümumə olun. Məsələn, kitab oxumasını istəyirsinizsə, siz də kitab oxuyun.

Uşaqa sərhədləri göstərin. Harda dayanması lazım olduğunu öyrədin. Ona istədiyi hər şeyi edə biləcəyini söyləməyin.

Uşaqlarınızı bir-biriləri ilə müqayisə etməyin. Uşaqları həmyaşıdları ya da bacı, qardaşları ilə müqayisə etməyin, hər kəsin özünə görə bir bacarığı olduğunu yaddan çıxartmayın.
Davamı →

Uşaqla oyun oynayın

“Əziz valideynlər, komplekslərinizi atın! Körpələrinizlə oynayın!”
Son vaxtlar mütəxəssislər tərəfindən iki anlayış istifadə edilir. Bunlardan biri erkən inkişaf, digəri isə erkən müdaxilədir. Erkən müdaxiləni ləngimə hiss edilən körpələrimizlə bağlı, erkən inkişafı isə körpələrimizin yeni doğulduqları çağalıq dövründən etibarən istifadə edirik.

Əziz valideynlər, uşaqlarınızın erkən inkişafı üçün körpələrinizə oyuncaqlar alın. Oyuncaqları seçərkən körpələrinizin yaş göstəricisini mütləq nəzərə alın.
Davamı →

Bir insanın ana vətəni uşaqlığıdır

Bir gün seminara başlamazdan öncə orta yaşlı bir kişi gəldi.
— Müəllim, əlinizi öpmək istəyirəm, dedi. Əl öpdürməkdən xoşum gəlmədiyi üçün qoymadım, amma soruşdum:
— Xeyir ola? Niyə öpmək istəyirsən əlimi?
— Müəllim, 3 il öncə seminarınıza gəldim və bütün həyatım dəyişdi. İndi daha xoşbəxt bir ailəm var və bunu sizə borcluyam.
— Nə oldu ki? Necə oldu?

— 3 il öncə şirkətimizin təşkil etdiyi 2 günlük seminarda bizimlə bərabər idiniz. O seminarda dediniz ki, «Bir insanın ana vətəni uşaqlığıdır. Uşaqlığını doya-doya yaşamamış bir insanın xoşbəxt olması çox çətindir. Bir ananın, atanın əsas vəzifəsi övladlarının uşaqlığını düzgün yaşamasına şərait yaratmaqdır.»
Davamı →

Uşağın yalan danışması nəyə işarədir?

Uşaq yalanı bir əyləncə də ola bilər, amma adətən daha ciddi problemlərə işarədir və buna diqqətlə yanaşmaq lazımdır. Əgər uşaq yalan danışırsa, bu zaman hansı fikirlər yarana bilər? Uşaq psixoloqu Lorens Katner uşağı yalana motivasiya edən 5 əsas səbəbləri sadalayır:

Cəza qorxusu
Uşaqlar cəzalanmaqdan qorxurlar. Əgər valideynlər uşaqlarını doğrudan da cəzalandıra və onlardan real olmayan nə isə gözləyirlərsə. Məsələn, valideyn istəyir ki, 8 yaşlı oğlu əla oxusun və hər gün əla qiymət alsın, ancaq bu, belə olmayan halda uşaq cəzalanır və futbol oynamaq üçün həyətə buraxılmır. Təbii ki, belə vəziyyətdə futbola böyük həvəsi olan uşaq yaxşı qiymət almadığı halda bunu valideyndən gizlədəcək, yaxud «yaxşı cavab verdim, amma müəllim qiymət yazmadı» kimi yalanlar danışacaq.
Davamı →

Uşaqlarda “özüm” anlayışı

Bunu hər kəs müşahidə etmiş olar. Azyaşlı uşaq başını harasa soxur, bədəni açıqda qalır və hesab edir ki, gizlənib, onu heç kim görmür. Yaxud, əlləri ilə gözlərini qapadır və görünməz olduğunu düşünür. Yaxın zamanlaradək bu məsələnin izahı belə idi: uşaq hesab edir ki, mən görmürəmsə başqaları da görmür və deməli məni görmürlər.

2012-ci ildə Kembric universitetinin professoru J.Rasselin araşdırma nəticələri dərc olundu. Rassel 3 yaşadək uşaqları test-sorğu etmişdi. Birinci etapda uşaqlara belə bir sual vermişdi: sənin gözün bağlıdırsa, başqa adamlar səni görə bilərmi?
Davamı →

Erkən yetkinliyin qarşısını almaq olarmı?

“Erkən yetkinlik“ müasir dövrün ən böyük problemləri arasında mühüm yer tutur. Bir çox ailənin mübarizə etdiyi erkən yetkinlik probleminə xüsusilə, qız uşaqlarında daha tez rastlandığına diqqət çəkən həkimlər qarşılaşılan problemlərlərlə valideyinləri tanış etməyə çalışırlar.

Yetkinlik- uşaqlıqdan yetkinliyə addım atılan dövrdür. Uşağın fizioloji, psixoloji və ictimai baxımdan bir sıra dəyişikliklərə uğradığı müvəqqəti bir prosesdir- erkən yetkinlik.

Yetkinlik yaşı normalda qız uşaqlarında 8-13, oğlan uşaqlarında isə 9-14 yaş arasıdır. Əgər yetkinliyə aid əlamətlər qızlarda 8, oğlanlarda isə 9 yaşından əvvəl görülürsə uşaq erkən yetkinliyə çatmış deməkdir. Normalda yetkinliyin qızlardaki ilk əlaməti döş toxumasının böyüməsidir. Nəhayət ilk aybaşının başlamasıyla da tamamlanmaya doğru gedər.
Davamı →

2 yaş sindromu

2 yaş sindromu adətən 18-36 ay aralığında yaşanır. Bu dövrdə uşaqlarda danışıq irəliləyir, dünyanı kəşf etmək marağı çoxalır, söz və cümlə ehtiyatları artır, özgüvənləri ən üst səviyyəyə çatır, müstəqil şəkildə davranmaq, valideynlərdən asılı olmaq istəməmək, istəklərini yeritmək və s. davranışlar qabarıq formada özünü büruzə verir. Nəticədə əvvəllər uşağınızda görmədiyiniz xeyli dəyişikliklər müşahidə edilir. 2 yaş sindromunda bu cür sürətli dəyişikliklərin olmasının ən başlıca səbəbi körpəlikdən uşaqlığa keçiddir. Bütün uşaqlı ailələr bu vəziyyəti az və ya çox dərəcə yaşayır. Bir çox uşaq isə bu müddəti olduqca çətin keçirdir.

Bu sindromu yaşayan uşaqlarda müşahidə edilən davranışlar: Tərslik, neqativlik, eqoistlik, bacarıqlarında sürətli irəliləyiş, yeni kəşflər etmək istəyi, özünü xüsusi bir fərd kimi görmə, «mən»ini ortaya qoyma, anadan uzaqlaşma, duyğu və istəklərini qabarıq şəkildə göstərmə, «xeyr» deməyi və etiraz etməyi öyrənmə və s. Bu dəyişikliklər onun fərd və şəxsiyyət kimi formalaşmasına atılmış addımlardır. Bu müddəti psixoloji cəhətdən zədəsiz aşması çox vacibdir.
Davamı →