Uşağınızı mənfi duyğulardan xilas edin

Uşaqlarınızla vaxt keçirin
Uşaqlarınızla tez-tez vaxt keçirməlisiniz. Problemlərini dinləməli və onların xoşladığı işlərə maraq göstərməlisiniz. Ən əhəmiyyətlisi isə danışarkən uşağa biganə yanaşmayın, onu diqqətlə dinləyin. Bununla övladınızın şəxsiyyəti haqqında məlumat toplayarsınız. Sizin bu davranışlarınız sayəsində digərlərinə dəyər verməyi və maraq göstərməyi öyrənəcək.

Sizin üçün nə qədər qiymətli olduğunu deyin
Psixoloqların araşdırmalarına görə, bir çox uşaq valideyni üçün nə qədər əhəmiyyətli olduğunun fərqində deyil. Sizin üçün nə qədər qiymətli olduqlarını hiss etdirmək kifayət deyil, bunu onlara söyləməlisiniz. Əks təqdirdə uşağınız dəyərli olduğunu və ya sevildiyini hiss etməz.
Davamı →

Niyə uşaqlar böyüyür, amma yetişmir?

Yetişməmək – tez-tez rast gəlinən və bir çox valideynlərin şikayət etdiyi problemdir. Lakin, bu problemin kökləri mədəniyyətimizdə qaynaqlanır. Biz, uşağa fərdiləşmə prosesində necə kömək edə biləcəyimizi anlamırıq.

Bu məsələnin cavabı uşağın hər yaşında aktualdır. Bu, ilk növbədə tələblərin yox, ehtiyacların ödənməsidir. Ehtiyacların ödənməsi öz növbəsində zəruri səviyyəni keçməlidir. Biz həmişə uşağa ehtiyacı olduğundan artığını verməliyik. Əgər onun qucağa ehtiyacı varsa, onu daha sıx qucaqlamalıyıq.
Davamı →

Qışqırmaq döyməkdən yaxşıdırmı?

Son zamanlar bir çox valideynlər arasında belə bir tendensiya dəb halını alıb – “Uşağı vurmuram, əvəzində qışqırıram. Bu ki, vurmaqdan yaxşıdır”. Türkiyəli psixoloq Adəm Günəşin sözlərinə əsasən, çox sərt və yüksək səslə bağırmaq uşağın ürəyində çox dərin yaralar açır. Odur ki, bu cür bağırmağın döyməkdən heç bir fərqi yoxdur. Döyüldükdə də uşaq döyüldüyü üçün deyil, ürəyi ana-ata tərəfindən qoparıldığı və içinə qorxu düşdüyü üçün ağlayır.

Bir anlıq düşünün: övladımız bir kəsdən qorxduqda və ya kimsə tərəfindən incidildikdə bizim üstümüzə qaçır. İncidən şəxs özümüz olduqda isə biz uşaqlarımızın ümidsizliyə qapılmasına səbəb ola bilərik.
Davamı →

Uşaqları planşetdən uzaqlaşdırmağın yolları

Evdə, restoranda, parkda, alış-veriş mərkəzində və ağılınıza gələ biləcək hər yerdə uşaqların əlində netbuk, telefon, planşet görürük. Bəzi valideynlər uşaqları müasir smartfonlardan uzaqlaşdırmaqda çətinlik çəkirlər. Elmi texniki tərəqqi uşaqları öz aludəçisinə çevirib. Lakin qurtuluş yolu var. Bunun üçün uşaqlarınızla birlikdə oyunlar oynaya bilərsiniz.

Mahnını tap
Uşağa bildiyi bir mahnını zümzümə edin, hansı mahnı olduğunu tapıb desin.

Hansı var, hansı yoxdur?
Masanın üzərinə bir neçə əşya qoyun. Uşağa diqqətlə baxmasını deyin. Sonra gözlərini bir bezlə bağlayın və əşyalardan birini gizlədin. Sonra gözlərini açın və ondan hansı əşyanın olmadığını soruşun.

Mən kiməm?
Ağılınızda bir heyvan seçin. Uşaq sizə o heyvanın xüsusiyyətləri haqqında suallar versin. Cavablarınıza əsasən hansı heyvan olduğunu təxmin etməyə çalışsın.
Davamı →

Uşağın inkişafı ilə bağlı maraqlı faktlar

Yeni uşaq sahibi olmuş analar sıx-sıx uşaqlarının sürətli inkişafı qarşısında nə qədər çaşdıqlarını dilə gətirirlər. Həqiqətən də uşağın həyatının ilk 3 ili, insan beyninin zehni inkişafının ən sürətli olduğu mərhələdir. Bu yazıda, qısaca sizlərə uşaqların inkişafı ilə əlaqədar 10 vacib məlumatı paylaşacağıq.

Çox maraqlıdır əslində fərdin zehni inkişafının ən sürətli olduğu mərhələdə, uşaqları bu mövzuda ən az məlumatlandırılmış və az öyrədilmiş insanlara, dayələrə təslim edirik. Amma uşaq böyüdükcə, məktəbə getdikcə xüsusilə isə universitet zamanında, məlumatlı insanlara əmanət edilir. Uşaq inkişafına baxdığımızda əslində bunun tam tərsi olması lazımdır.
Davamı →

İzlə və nəticə çıxar

Yaxşı uşaq tərbiyə etmək ətrafda gördüyüm bir çox ailəli dostlarımın əsas narahatçılıqlarındandır. Məsuliyyətli və daha yararlı nəsil yetişdirmək amalında olanlar da indidən gərək bu çətin hazırlıqlara başlasınlar ki, vətənə millətə xeyirli fərdləri yetişdirə bilək.

Məşhur fizik Riçard Feynman həmişə atasının onun yetişməsində necə böyük rol oynadığından yazıb. Feynman uşaq yaşlarında parkda dostları ilə oynarkən bir uşaq ondan soruşur.
— Bu quşu tanıyırsanmı?
— Yox, tanımıram
— Demək atan sənə heç nə öyrətməyib, bu qəhvərəngli boğazı olan quşdur.

Əksinə, Feynmanın atası ona çox şey öyrətmişdi. Bu quşun Spencey bülbülü olduğunu, italyanca, portuqalca, çincə, yaponca bu quşun necə adlandığını.
Davamı →

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşağın tərbiyəsi hövsələ, sevgi, müəyyən güc tələb edən kifayət qədər mürəkkəb və uzun sürən prosesdir. Amma tərbiyə zamanı valideynlər sonradan düzəlməyən nəticələrə gətirən bir çox səhvlərə yol verirlər. Tərbiyə prosesini düzgün təşkil etmək üçün uşaq psixoloqları tərəfindən tətbiq olunmuş prinsiplər var.

1. Uşağı şərtsiz qəbul etmək lazımdır. Yəni onu gözəl, bacarıqlı, ağıllı, köməkçi olduğuna görə deyil, sadəcə var olduğu üçün sevmək lazımdır.

2. Əgər uşaq sizdən xahiş etmirsə, onun gördüyü işə qarışmayın. Bununla siz ona bildirmiş olursunuz ki, “sən bacaracaqsan!”.

3. Əgər uşaq çətinlik çəkirsə və köməyinizi qəbul etməyə hazırdırsa, ona mütləq yardım edin. Bu zaman yalnız onun bacarmadığını edin, digər işləri ona buraxın.

4. Bu gün sizinlə birgə etdiklərini sabah təkbaşına edəcək.
Davamı →

Oğul böyüdən anaların 7 səhvi

Sirr deyil ki, bəzən böyüməkdə olan oğlan uşağının yeganə tərbiyəçisi ana olur. Bunun çoxsaylı səbəbləri ola bilər. Ancaq psixoloqların fikrincə, belə analar bir qayda olaraq eyni səhvlərə yol verirlər.

Birinci səhv – həddən artıq qayğı göstərmək. “Ana uşağı” ifadəsi də məhz buradan yaranır. İfrat dərəcədə qayğı və “hiperhimayə” oğlan uşağını böyük həyat üçün tamamilə yararsız edir.

İkinci səhv – əgər ana təkrarən öz xoşbəxtliyi naminə deyil, yalnız uşağının atası olsun deyə ərə gedirsə, bu, böyüməkdə olan oğlan uşağında ailə haqqında təsəvvürlərin formalaşmasına təsirsiz ötüşə bilməz. Hətta ola bilər ki, qeyri-səmimi münasibətlər fonunda bu təsəvvürlər təhrifə məruz qalsın.
Davamı →

Uşaqlarla birgə yemək bişirməyin faydaları

Uşaqla bir yerdə yemək hazırlamaq onun koqnitiv (idrakının) inkişafına yardım edir. Anaya mətbəxdə kömək etməklə balaca həyat üçün vacib təcrübə qazanmış olur: məsuliyyətli və sərbəst olmağı öyrənir. Mətbəxdə balanızla birgə keçirilən vaxtın əyləncəli və sevincli olmasını istəyirsinizmi? Məqalədə bu haqda danışacağıq. Mətbəxdə uşağın olması bir çox analar üçün dəhşətli yuxu kimi təsəvvür edilə bilər. Onlar qorxurlar ki, birdən uşaq nə isə qırar və ya dağıdar.

“Mətbəx uşaqlar üçün oynamaq yeri deyil” fikrində olub düşünürlər ki, balacanın “yardımından” sonra bütün günü mətbəxi təmizləməyə məcbur olacaqlar. Ən rahat yolu uşaqları cizgi filmlərinin qarşısında oturdub özləri hər şeyi tezbazar hazırlamaqda görürlər. Lakin analar uşaqla birgə yemək hazırlamağın nə qədər faydalı və əyləncəli olduğunu bilsələr, arada bunu təcrübədən keçirərlər.
Davamı →

Bağça seçərkən nələrə diqqət edək?

Uşaqların inkişafında bağçaların rolu əvəzolunmazdır. Bəs uşaqlarımızı hansı bağçaya əmanət edəcəyimizə necə qərar verək? Uşaq inkişafı üzrə mütəxxəssislərin fikrinə əsaslanaraq, bağça seçərkən aşağıdakılara diqqət edilməyi məsləhət olunur:

Bağçada neçə uşaq var? Standartları nələrdir?
Bir çox yeri gəzib bunları öyrənməli ona görə qərar verməlisiniz. Orada bir neçə saat qalıb müşahidə edə bilsəz daha yaxşı olar. Beləliklə bağçayla əlaqədar daha dəqiq bir məlumat əldə edərsiniz. Uşağınızın nələrə ehtiyac duyacağını açıq şəkildə bağça rəhbərliyinə bildirin və bağçanın bu ehtiyaclara cavab verib verə bilməyəcəyini soruşun. Əgər uşağınız enerjili və hərəkətlidirsə həyətdə geniş oyun sahəsinin olub-olmamasına diqqət edin.
Davamı →