Uşağı yelləməyin!

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı?
Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.

Uşaqları yelləmək nələrə səbəb olur?
Bədən yelləndiyində gözlər bir nöqtəyə baxdığından beyinə hərəkət olmadığı siqnalı gedir. Bu siqnal gicəllənmə ilə yanaşı yuxu gətirir. Yuxu isə tam olaraq beyninin ehtiyacı kimi ortaya çıxır. Buna görə körpə beşikdə yırğalanaraq yatızdırılarkən hipnoz halında olur. Nevroloq Aynur Zeynalova deyir ki, körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmaq olmaz. Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem — vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye — labirint mayesi olur.
Davamı →

Ağlayıb, ağlayıb, yatacaq

Yatana qədər uşağın ağlamasına göz yummaq çox pis fikirdir. Bu cür ideya, bu cür məsləhət uşağa və onun inkişafına qəti lazım deyil. Uşaqlar məyus olduqda, həyəcan keçirdikdə və ya bihudə yerə (istədikləri şey olmadıqda) ağladıqda, onlar özlərinə görə məsuliyyət daşıyan böyüklərin qucağında ağlamalıdırlar. Düzdür, uşaqlar ağlaya-ağlaya yuxuya gedə bilərlər, məsələn, təzə doğulmuş körpələri analarından ayrı otağa yerləşdirdikdə bu baş verir. Amma bu həqiqi yuxu yox, psixoloji müdafiədir. Uşaq üçün ən çətini – ayrılıqdır. “Yaxşı, bəsdi, söhbəti qurtaraq, mən qapını bağlayıram” dedikdə, biz uşağı ayrılıq və həyəcanla üzləşdiririk. Bu uşaqda psixoloji müdafiə əmələ gətirir və uşaq bu səbəbdən yuxuya gedir. Lakin, bu doğru yatızdırma üsulu deyil.
Davamı →

Körpəni asan yatırtmağın qızıl qaydaları

Kim Uestin məşhur amerikalı yazıçı və yuxu mütəxəssisidir. O, körpələrə yuxu tərbiyəsini inkişaf etdirmə mövzusunda mütəxəssisdir. K. Uestin bildirib ki, körpələrin yatmasından əziyyət çəkən analar özlərini çarəsiz hiss etməsinlər. Bəs yaxşı yatmayan körpənin öhdəsindən necə gəlmək olar? 

Yuxu mütəxəssisi, ilk növbədə, “uşağım olsun, onu heç vaxt yelləyərək yatırtmaram”, — deyən analardan bəhs edib. O bildirir ki, məhz həmin analar körpə yatmayanda az qala evin hər yerində yelləncək qururlar. Odur ki, əvvəldən danışmaq olmaz. Çünki uşaq baxımında ən çətin məsələlərdən biri onun yatmasıdır: “Uşaq ağalayarkən səbrli olun.
Davamı →

Uşaq yatızdırmanın yolları

Körpələrin ən böyük problemlərindən biri də yuxu problemidir.
Yatızdırdığınız körpənin gecə nə vaxt oyanacağı bəlli deyil. Hətta gecə 4-5 dəfə yuxudan oyana bilərlər. Buna görə analar yuxusuz gecələr keçirməli olur.

Yatmaq vaxtı gələndə nə qədər etsəniz də, yuxuya getməyən bir körpəniz varsa, onda bu məsləhətlərə əməl edin.

Axşam saatlarında yatmadan öncə körpəni çimizdirmək onu sakitləşdirəcək. İlıq bir duş körpənizə yuxu gətirəcək. Ancaq körpələri gündüz saatlarında yatızdırarkən hər dəfə çimizdirib yatızdırmayın. Bunu yalnız axşam yatmadan öncə edə bilərsiniz.

Körpənin yatdığı otaqda diqqətini çəkəcək nəsnələr olmamalıdır. İşıq çox aydın olmasın, televizor işləməsin və böyük uşaqlar olmasın. Elə siz özünüz də evdə adam olarkən, televizorun səsi gələrkən yata bilmirsiniz. Körpələr də belədir.

Körpənin yatması üçün istilik önəmlidir. Yatdığı otaq nə çox isti, nə də çox soyuq olmamalıdır.

Körpənizi yatızdırarkən alçaq səs tonunda musiqilər söyləyə, həm də sakit səslə hekayələr oxuya bilərsiniz.
Davamı →