Bütün oğruların-doğruların ilk beşiyi

Bizdə də doğru tərbiyə formaları var, lakin biz daha çox uşaq başı aldatmaqla məşğuluq
llər öncə Yasamalın məhəlləarası ərazilərindən birində gəzişirdim. Qarşıda gənc bir rus qadın, yanındakı 5-6 yaşlarındakı oğlan uşağı ilə yol gedirdi. Birdən uşaq yandakı yarıtikili hasarın üstünə çıxaraq, qadına paralel şəkildə addımlamağa başladı.
Mən tez irəli atılaraq uşağı aşağı düşürmək istədim, amma qadın əli mənə «müdaxilə etmə» işarəsi verdi və sonra uşağa tərəf çevrildi: «Oğlum, hasar qarşıda daha da hündürləşir, bir qədərdən sonra sən oradan düşə bilməyəcəksən, məcbur atlanacaqsan, o zaman da xəsarət alacaqsan».

Davamı →