Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir?

Uşaqların "əla" və ya «zəif» qiymət almaq qorxusu ilə yox, öyrənmək həvəsi ilə oxumalarına nail olmaq gözəl bir xəyal kimi görünə bilər. Amma bu, xəyal olmaya da bilər.
Davranışları yönləndirən ilk faktor daxili (təbii maraq), digərləri isə xarici (mükafat və ya cəza) motivasiyalardır. Bəs, uşaqların yaxşı oxumalarını hansı daha yaxşı təmin edər? Onların mükafatlandırılmadan zövq almasına nail olmaq mümkündürmü?
Davamı →

Uşaqlara pul yığmağı necə öyrədək?

Uşağa erkən yaşlarından pul xərcləməyi və pula qənaət etməyi necə öyrətmək lazımdır?
1. Oyunlarla alış-verişi öyrədin
Uşaqlar ilk əvvəl pulun mənasını başa düşməlidir. Sonra isə oyunlarla alış-verişi onlara öyrədin. Pulu necə istifadə edəcəklərini görsünlər. Oyunlarla öyrənmək həm maraqlı, həm öyrədici olacaq.
Davamı →

Uşaq tərbiyəsinə dair qızıl qaydalar

Əsl adı Aqnes Qonca Boyaçı olan katolik rahibə, “Şəfqət” ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı Tereza Ana katolik kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilən tarixi şəxsiyyətdir. Həyatı boyunca dünyada çox sayda xeyirxah və əhəmiyyətli işlər görüb, müxtəlif mükafatlara sahib olan bu müqəddəs qadının uşaqlara sevgi və mərhəmət hissi xüsusilə seçilirdi.
Tereza Ananın valideynləri müdrik, xeyirxah və vicdanlı övlad yetişdirmələrinə kömək etmək üçün hazırladığı doqquz vacib məsləhətlə tanış edir:
Davamı →

Uşaqlar üçün idmanla məşğul olmağın faydası

Uşaqların böyümə və inkişaf dövründə hüceyrələrinin böyüməsi və çoxalması nəticəsində bədən hüceyrələrində artım görülür. İnkişaf dövründə isə toxuma quruluşları və hüceyrə quruluşları böyüdükcə formalaşır. Bu dövrlərdə düzgün qidalanma qədər keçirilən idmanın uşaqlar üzərində həm fiziki, həm də zehni və ruhi müsbət təsirləri olur.Kiçik yaşda əldə edilən vərdişlər həyat boyu qalıcı ola. İdman etmək də bu vərdişlərdən biridir.

Davamı →

Kaprizli uşaqlar

Uşaqların istədiklərini və istəmədiklərini bilmək çətindir. Onların dünən sevdikləri yeməyi bu gün sevməmələri olduqca adi haldır. Əgər uşağınız kaprizli yemək mərhələsindən keçirsə, yemək vaxtları həqiqi imtahana çevrilə bilər.
Uşaqların demək olar yarısı kaprizlidirlər və bir çox uşağın bəhanəli günləri olur. Bunun təbii olmasına və sizin bu mövzuda tək olmadığınıza baxmayaraq, üzünü hər şeydən çevirən uşağı idarə etmək müxtəlif, balanslı pəhrizi təmin etməyə çətinlik yarada bilər.
Davamı →

Uşaqlar üçün sağlam pəhriz

Uşağınız körpə olmaqdan uşaq olmağa keçdiyi zaman, intensiv fiziki və zehni inkişaf mərhələsi baş verir. Körpənizin əzələləri gücləndikcə, onun beyni yerimək və danışmaq kimi daha inkişaf etmiş fəaliyyətlər yerinə yetirməyə başlayır. Sağlam böyümə və inkişafı təmin etmək üçün, balanslı uşaq pəhrizi vacibdir.
Uşağın qidalanma ehtiyacları sizinkindən fərqlidir
Valideynlər bilməlidilər ki, sağlam uşaq yeməyi üçün onlar uşaqlarının xüsusi qidalanma ehtiyaclarını qarşılamalıdırlar. Bu ailə yeməyi planlaşdırılarkən nəzərə alınmalıdır. Nümunə olaraq:

Davamı →

Ağıllı uşaq böyütməyin sirri

“Dallas Mavericks” basketbol komandasının sahibi və biznesmen Mark Kyuban (Mark Cuban) uşaqları pulla ərköyünləşdirməyin qəti əleyhinədir. O, hesab edir ki, uşaqlar bir şey istəyirsə, bir işə düzəlib özləri həmin şeyi almalıdırlar. Qeyd edək ki, 62 yaşlı milyarderin 10 yaşlı oğlu, 13 və 16 yaşında iki qızı var.
“Mən onlara deyirəm: sizin sağlamlığınızdan sonra mənim üçün ən vacibi odur ki, sizi axmaq adlandırmasınlar”, — “STEVE on Watch” şousunda Mark Kyuban məşhur komediyaçı Stiv Harviyə (Steve Harvey) uşaqları ilə ünsiyyət haqqında danışarkən vurğulayıb. “Mən sizə çek yazıb verən deyiləm. Siz kredit kartını da elə-belə almayacaqsınız. İstədiyiniz hər şeyi ala bilməzsiniz”.
Davamı →

Cinsi bilgilər uşağa necə çatdırılmalıdır

Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi üçün hər bir valideyn əlindən gələni etməyə çalışır. Həmçinin onlara qayğı göstərmək, qorumaq da valideynlərin ümdə vəzifələrinbdən biridir. Amma son zamanlar uşaqların təhlükəsizliyi ilə bağlı bir-birinin ardınca baş verən neqativ hadisələr onlara yetərli diqqətin olmamasından xəbər verir. Ölkə mediasında yer alan xəbərlərdən bəlli olur ki, məhz valideyn məsuliyyətsizliyi, yaxud diqqətsizliyi səbəbindən azyaşlı uşaqlar nəzarətsiz qalırlar.

Davamı →

Uşaqlarda əl yuma vərdişini necə və nə zaman yaratmaq lazımdır?

«Uşaqlara əl yumaq vərdişi məktəbdən öncə aşılanmalıdır. Uşaqlar müntəzəm olaraq əl yumaq vərdişinə yiyələnsələr, bu onları qrip, Hepatit A, vərəm və ishal kimi bir çox xəstəliklərdən mühafizə edər».
Bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.
Uşaqların əl yumaq vərdişinə yiyələnməyini istəyirsinizsə, ilk olaraq özünüz ona nümunə olmalısınız. Bundan da əhəmiyyətlisi bunu onlar üçün əyləncəli bir hala gətirməlisiniz.

Davamı →

Uşaqları bələməyin

Böyük Britaniya alimləri köpənin ani ölümü sindromu ilə bağlı yeni araşdırma aparıblar.
Körpənin ani ölümü sindromu nadir, lakin çox faciəli fenomendir — tam sağlam uşaq səbəbsiz olaraq qəfildən yuxuda ölür. Bu sindroma yalnız 1 yaşına qədər olan körpələndə rast gəlinir. Oğlanlarda qızlarla müqayisədə ani ölüm sindromuna daha tez-tez rast gəlinir.
Davamı →