Uşaq tərbiyəsində dayələrin rolu

Hər doğulan körpə valideynlər üçün bir sevinc və sevgi qaynağı olmanın yanında bəzi məsuliyyətləri də özü ilə bərabər gətirir. Valideynlər doğulan körpələrinin sağlam və qüsursuz olduğunu görüncə rahatlanır, lakin uşağı necə böyütmək və tərbiyə etmək mövzusunda zərrə qədər narahatçılıq keçirmirlər. Əslində, körpənin ən təhlükəsiz və etibarlı yeri ana bətnidir. Körpə dünyaya göz açdığı gündən etibarən isə artıq onun maddi, mənəvi və ruhi inkişafı üçün diqqətli baxıma və doğru tərbiyə edilməyə ehtiyaci var.

Uşaq tərbiyəsində ən mühüm iş, tətbiq ediləcək metod və prinsipi düzgün seçməkdir. Uşaq ata-anasına əmanətdir. Onun təmiz qəlbi hər cür əyrilik və şərdən uzaq, saf və bərraqdır. Uşaq xeyrə alışdırılar, yaxşılıq təlqin edilərsə, xeyirli bir nəslin nümayəndəsi olaraq yetişər. Əksinə, ətraf mühitdən gördüyü mənfi xislətlər və davranışlar onun gələcək inkişafı üçün təhlükə yarada bilər. Bunda əsas faktorun ata-ana və dayələrin üzərinə düşdüyünü vurğulamaq lazımdır. 
Davamı →

"Smes"in uşağa düşmədiyini necə bilmək olar?

Pediatrlar ana südünü uşağa vacib qida olaraq bilirlər. Onlar bildirir ki, körpə ilk 6 ay ancaq ana südü ilə qidalanmalıdır.

Ancaq ana südü kifayət etməyəndə hazır qidalar tövsiyə edilir.
Son zamanlar isə həkimlər firma reklamı ilə bağlı istədikləri yeməyi anaya məsləhət görürlər. Bəzən isə smes uşağa düşmür və bunu ananın anlaması bir az çətin olur.

Bəs smesin vücuda düşüb-düşmədiyini necə anlamaq olar?
Mövzu ilə bağlı pediatr Xəyalə Quliyeva smesin düşmədiyini göstərən əlamətləri açıqlayıb: "Əsasən smeslər inək südü ilə hazırlanır. Bəzən uşaqlarda bu, allergiya verə bilər. Təbii ki, uşağın südə allergiyası varsa, bu? meydana çıxacaq.
Davamı →

Övladlar arasında ideal yaş fərqi nədir?

Bu mövzuda dəqiq birşey söyləmək çətindir. New England journal of Medicine tərəfindən yayımlana bir çalışma bir doğumdan sonra təkrar hamiləlik üçün 18 – 23 ay gözlənilməsi lazım olduğunu təklif edir. Amerikada bacı – qardaşlar arasındakı yaş fərqinə baxdıqda bunun 2,5 yaş olduğunu görə bilərik.

Uşaqlar arasındakı yaş fərqinin az olmasının üstünlükləri;
  • Uşaqlar bərabər böyüyər, bərabər oynayar, həyat boyu bir – birilərinə dost olarlar. Yaşları çox yaxın olduğu üçün oyuncaqları, geyimlərini bölüşərlər.

Davamı →

Uşaqları hansı yaşda sünnət etdirməli?

Doğulan hər oğlan uşağı üçün vacib məsələlərdən biri sünnətdir. Bəziləri sünnət etdirmək üçün ilk ayları seçsə də, bir qisim valideyn bunun üçün uşağın böyüməyini gözləyir.

Bəs sünnət üçün ən uyğun yaş hansıdır?
Uşaq cərrahı Fuad Hüseynovun sözlərinə görə, bu əməliyyat üçün ən uyğun yaş seçimi 6 ay -2 yaş arası və ya 5 yaşından sonradır. Cərrah, 2-5 yaş arası uşağın fikrinin cinsiyyət orqanında olduğu üçün psixoloji travma ala biləcəyini bildirib.
Davamı →

Həkimlər çöp və çöpçülər haqqında nə fikirləşir?

Çöpçülərin gördüyü işin elmi əsası var, amma onların çoxu fırıldaqçılardır. “Çöpçü”lər ağızdan və burundan üfürməklə həmin qalığı təmizləyə bilir. Valideynlər isə başa düşmür ki, bu zaman “çöpçü”də olan bütün infeksion xəstəliklər uşağa da keçir.

Pediatr Vaqif Qarayev özünün feysbuk hesabında "çöp” mövzusuna toxunub. Bu məsələni yenidən gündəmə gətirən həkim valideynlərə tövsiyə edir ki, onları çöpçüyə yönləndirən həkimin diplomunu cırıb atsınlar: «Bütün normal doğulan uşaqların burun-udlağı anatomik baxımdan eyni quruluşdadı… Nə üçün çöp ancaq bizim uşaqlarda olur? Rusda, çukçada, ingilisdə olmur?!”.
Davamı →

Ana nənənin uşaqların həyatında rolu

Alimlər müəyyən edib ki, ana nənə uşağın həyatında ən mühüm insandır.

Nənə çox sehirli sözdür. Çünki xoş uşaqlıq xatirələri əsasən onunla bağlıdır! Ən dadlı kökəni hər zaman nənə bişirir, unudulmaz yay macəraları və bir çox başqa unudulmaz anlarımız var. Nənələr bizdə nağıl, qayğısız yay tətili, xeyirxahlığı, nəvazişi, ləziz şirniyyatları və ya mürəbbəsi ilə assosiasiya edilir.
Davamı →

Uşağı bu yaşdan sonra dünyaya gətirin

Koimbra Universiteti (Portuqaliya) alimləri araşdırma zamanı aşkar ediblər ki, 33 yaşından sonra ilk uşağını dünyaya gətirən qadınlar daha cavan yaşlarda uşaq sahibi olan qadınlarla müqayisədə daha çox yaşayır.

The Hindistan Times xəbər verir ki, 33 yaşdan sonra uşaq doğan qadınlarda uzunömürlülüklə bağlı olan genetik markerlərə cavan yaşlarda doğan qadınlarla müqayisədə 3 dəfə daha tez-tez rast gəlinir.

Bundan əvvəl Ohayo Universiteti (ABŞ) alimləri tərəfindən aparılmış araşdırma göstərib ki, 30 yaşa yaxın uşaq dünyaya gətirən qadınlar 15-24 yaşlar arası doğan qadınlarla müqayisədə 40 yaşında daha sağlam idi və özünü daha yaxşı hiss edirdi.
Davamı →

Uşaqlara saatı öyrətməyin asan üsulu

Saat əsasən dərslərdə izah edilir. Bu isə çox zaman onlarda çaşqınlıq yaradır. Lakin siz özünüz də evdə uşağınıza saat öyrədə bilərsiniz.

Çiçəkli saat üsulu
Bu üsul üçün lazım olan vəsaitlər normal dairəvi divar saatı və rəngli kartondur. Əvvəl kartondan çiçəyin gövdə hissəsini və iki yarpağını hazırlayın. Uzun yarpaq dəqiqə, qısa olan əqrəb simvolu olsun. Qısa yarpağın üzərinə saatı, uzun yarpağın üzərinə dəqiqəni yazın. Beləliklə, uşağınızın əqrəb və dəqiqə anlayışları asanlaşacaq.
Davamı →

Uşaqlar arasında yaş fərqi nə qədər olmalıdır?

Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərqini çox vaxt nəzərə almırlar. Psixoloqların fikrincə, uşaq dünyaya gətirməyi düşünərkən onlar arasındakı yaş fərqi də nəzərə alınmalıdır. Əks halda uşaqlar arasında münasibətlərin qurulmasında problemlər qaçılmaz olur.

Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, valideynlər uşaqlar arasında yaş fərqi məsələsinə diqqətlə yanaşmalıdırlar: «Uşaqlar arasında yaş çox önəmlidir. 3-4 yaş uşağın eqosentrizm yaş dövrüdür. Uşağın eqosentrizm dövründən sonra ikinci uşağı həyata gətirmək daha rahat olar. Bu, ana üçün də, birinci uşaq üçün də sıxıntı yaşamaması baxımından rahat olur. Belə ki, birinci uşaq bu yaş dövründə yeni doğulacaq körpəni qısqanacaq. Uşaq qısqanclıq hissini çox yaşamasın deyə, onun 3-4 yaşı tamam olandan sonra ikinci uşağı dünyaya gətirmək daha ideal vaxt hesab olunur» deyən müsahibimiz bildirir ki, ana bu yaşa qədər artıq anlayan birinci uşağını ikinci uşağın dünyaya gəlməsinə hazırlaya bilər. Uşağı bacı və ya qardaşının olacağına psixoloji hazırlamaq lazımdır. Uşaqlar arasında 3-4 yaş fərqin olması daha məqsədəuyğundur.
Davamı →

Uşaq rəsmləri nə deyir?

Bəzən biz qohumun uşağı evə gələndə şərait yarananda ona ailəsi haqqında suallar verərək (məs: “atanı çox istəyirsən yoxsa ananı?”) ailəsinə münasibətini öyrənməyə çalışırıq. Əslində isə onların hər etdiyi bizə böyük mesajlar verir. Gəlin sizə uşaqları əyləndirərək onların psixoloji durumunu və ailəsi haqqında məlumat almaqda yardımçı olaq. Bunun üçün biz uşağa ailəsinin rəsmini çəkməsini söyləyə bilərik.

Uşaq rəsm çəkərkən xüsusi bir müdaxilə ( hansısa ailə üzvün və ya orqanı çəkməyi unuda bilər) etməməli, istiqamət verməməliyik. Uşağın ana-ata, bacı-qardaşlarını çəkmə tərzi onlar arasındakı ünsiyyəti göstərir. Bədən üzvlərinin normadan kiçik və ya böyük çəkilməsi, ya da heç çəkilməməsi uşağın ailə fərdlərinə baxış tərzindən, ana-atanın ona olan yanaşma formasına qədər problemlərə işıq tutur. İstərdim əsas hissələri nəzərdən keçirək.
Davamı →