Müasir Məcunlar

Bugünkü gündə fərqli təsirə malik bitkilərdən və bitki qarışıqlarından ibarət məcunlara maraq daha çoxdur. Bitkiləri ayrı-ayrılıqda dəmləməyə vaxtı olmayanlar və rahat şəkildə fitoterapiyadan yararlanmaq istəyənlər bitki tərkibli təbii məcunları yemək şəklində istifadə edirlər.  Bir sıra xəstəliklərdə praktikamda da tətbiq etdiyim  məcunlarla sizi tanış edəcəm.

Boy-inkişafı artırmaq üçün məcun:

Bal – 1 kq,  Çiçək tozu – 100 q, Arı südü – 20 q, keçibuynuzu meyvəsi tozu – 200 q və Şirin biyan kökü – 100 q. Bir-birinə qarışdırlır və 2 gün qaldıqdan sonra istifadə etməyə başlamaq olar.

Bu təbii məcunun tərkibi sink, kalsium və mis kimi elementlərlə zəngindir və bu maddələr  boy uzanması üçün olduqca lazımlı mikroelementlərdi. Boy üçün lazım olan vitamin və mineralları cəmləyən bitki mənşəli boy və inkişaf məcunu yaşa uyğun boyun korreksiyasını həyata keçirir.

10 yaşa qədər 1 çay qaşığı 3 dəfə yeməkdən sonra.

10 yaşdan sonra 1 xörək qaşığı 3 dəfə yeməkdən sonra.

Qızlarda 15 yaşa, oğlanlarda isə 18 yaşa qədər təyin edilir. Orqanizmdə boyatma imkanının olması rentgenoloji təsdiq olunan hallarda təbii məcun qızlarda 18 yaşa, oğlanlarda isə 20 yaşa qədər təyin edilə bilər.

 


Ardı →

Uşaqlıq

Uşaq vaxtı çox tələsik, ütələk və diqqətsiz olduğumdan başım çox əziyyət çəkib. Yadımdadır, «Uşağı buyur, dalınca yüyür!» atalar sözünü nənəm uşaq yerinə birbaşa adımı deyirdi. Pilləkənləri bir-bir qalxmağa hövsələm çatmır, iki-üç addımı birdən qalxırdım. Hətta bunu inkişaf etdirmişdim. Evdəki pilləkanları sayıb, uyğun rəqəmə bölüb, addımları minimuma endirirdim. Bir dəfə babam məni yanına çağırıb:
  — Ay bala çox diqqətsizsən. Bir az gözüaçıq ol, ətrafına fikir ver!
 Biraz keçəndən sonra:
  — Bir de görüm balkona neçə pilləkən var?
 Heç fikirləşmədən:
  — 7
  — Yaxşı bəs həyətdən tövləyə?
  — 7
  — Ondan sonrakı?
  — 5
  — Yaxşı get işinlə məşğul ol.
Davamı →

Uşaqlar arasında ədalətli olmaq

Ailədə uşaqlar arasında fərq qoyulmaması, birinin digərindən üstün tutulmaması əsas prinsiplərdən biridir. Bəli, bu məsələdə valideynin kiçik bir qüsuru uşaqların yanında hörmətdən düşməsinə kifayət edir. Rəsuli-Əkrəm (s.ə.s) bir hədisində bizə yol göstərir:

Numan ibn Bəşirin (r.a.) atası, yəni Həzrət Bəşir Rəsulullahın (s.ə.s) hüzuruna gəlib belə dedi:

– Ya Rəsulullah, başqa uşaqlarım da var, amma Numanın yeri ayrıdır. İzindirsə, mal-mülkümün filan qədərini Numana verim.

Allah Rəsulu (s.ə.s.):

– Digər övladlarına da o qədər verirsən? – deyə soruşdu.

Bəşir:

– Xeyr, – dedi.


Ardı →

Tarixə Yazılan Baxışlar

Bu fotoların hər biri məhz baxışlara həsr olunub. Şəkillər insanda qorxu, heyrət yaradır, təəccübləndirir, heyran edir. Onlara sadəcə biganə qalmaq mümkün deyil. 

Sülh: Şəkildəki naməlum amerikalı əsgərdir. Kadr 18 iyun, 1963-cü ildə Cənubi Vyetnamda çəkilib. 

 


Ardı →

Uşağın yad cismi udması təhlükəli ola bilər

Bu problemlə kiçik yaşlı uşaqların analarının əksər hissəsi üzləşir. Kiçik yaşlı uşaqlar hər bir şeyin «dadına» baxmağı xoşlayırlar.

Adətən uşaqlar kiçik əşyaları — xırda oyuncaqlar və ya oyuncaqların hissələri, xırda pul, düymə, muncuq,daş, meyvə çəyirdəkləri və s. kimi əşyaları udurlar. Əksər hallarda bu uşağın 1 yaşından 3 yaşına kimi baş verir. Məhz bu səbəbdən kiçik hissələri olan oyuncaqların üzərində «3 yaşından yuxarı olan uşaqlar üçün» yazılır.

Adətən kiçik ölçüdə olan, hamar yad cisimlər uşaqda heç bir narahatçılığa, ağrılara və s. pozulmalara səbəb olmur. Əksər hallarda belə yad cisimlər 2-3 gündən sonra özü-özündən nəcis ifrazı zamanı uşağın bağırsaqlarından çıxır. Həkimlə məslətləşdikdən sonra uşağa işlətmə dərmanı vermək olar.

İti və kəsici əşyalar (iynə, sancaq, şüşə və s.) isə çox təhlükəlidir. Onlar mədə-bağırsaq traktında ilişə bilər, onun divarını deşə və ya kəsə bilər. Bu isə ağır fəsadlara gətirib çıxardacaq. Bu səbəbdən əgər uşaq iti və ya kəsici əşya udubsa, dərhal «təcili yardım» çağırın. Uşaq özünü yaxşı hiss edə bilər, lakin bu heç də o demək deyil ki, təhlükə yoxdur. Həkim gələnə kimi uşağa yemək və maye verməyin, uşağı uzandırın.


Ardı →

Uşaq yatızdırmanın yolları

Körpələrin ən böyük problemlərindən biri də yuxu problemidir.
Yatızdırdığınız körpənin gecə nə vaxt oyanacağı bəlli deyil. Hətta gecə 4-5 dəfə yuxudan oyana bilərlər. Buna görə analar yuxusuz gecələr keçirməli olur.

Yatmaq vaxtı gələndə nə qədər etsəniz də, yuxuya getməyən bir körpəniz varsa, onda bu məsləhətlərə əməl edin.

Axşam saatlarında yatmadan öncə körpəni çimizdirmək onu sakitləşdirəcək. İlıq bir duş körpənizə yuxu gətirəcək. Ancaq körpələri gündüz saatlarında yatızdırarkən hər dəfə çimizdirib yatızdırmayın. Bunu yalnız axşam yatmadan öncə edə bilərsiniz.

Körpənin yatdığı otaqda diqqətini çəkəcək nəsnələr olmamalıdır. İşıq çox aydın olmasın, televizor işləməsin və böyük uşaqlar olmasın. Elə siz özünüz də evdə adam olarkən, televizorun səsi gələrkən yata bilmirsiniz. Körpələr də belədir.

Körpənin yatması üçün istilik önəmlidir. Yatdığı otaq nə çox isti, nə də çox soyuq olmamalıdır.

Körpənizi yatızdırarkən alçaq səs tonunda musiqilər söyləyə, həm də sakit səslə hekayələr oxuya bilərsiniz.
Davamı →

Gəlincik və ağ qızılgül

Bir dəfə dükanda satıcı ilə balaca bir oğlanın danışığının şahidi oldum:
— Təəssüf edirəm, amma bu gəlinciyi almaq üçün sənin pulun çatmır.
Bu zaman oğlan üzünü mənə çevirib dedi:
— Əmi, doğrudanmı pulum çatmır?
Pulları saydım və dedim ki, həqiqətən pul çatmır.
Bazarlığın xərcini ödədikdən sonra uşağa yaxınlaşdım. O hələ də gəlinciyi əlində tutmuşdu.
Soruşdum:
— Bu gəlincik sənin nəyinə lazımdır?
— Bu gəlinciyi mənim bacım arzulayırdı. Bunu ona hədiyyə etmək istəyirdim. Lakin indi gəlinciyi anama verməliyəm ki, bacımın yanına gedəndə ona versin.
Gözləri çox qəmgin idi.
— Bacım Allahın yanına gedib. Atam dedi ki, anam da tezliklə onun yanına gedəcək.
Ardı →

Uşağa qulluq

Doğuş otağında mama-tibb bacısı artıq uşağın tualetinə başlayır: onun cifti işlənilir, yenidoğulmuşların gözlərinə göz xəstəliklərinə tutulmaması üçün sulfasil-natrium məhlulu tökür, sonra onun dərisini yumşaq salfetlərlə qandan və selikdən təmizləyir, onu steril əsgilərə və yorğana bükür, ayaqlarının altına qızdırıcı qoyur.Həyatın 5-ci günü bütün uşaqlara, yalnız əks-göstərişi olanlar istisna olunmaqla, vərəm əleyhinə peyvənd vurulur. Peyvənd çiyin nahiyəsinə dəri altına vurulur. Gənc valideynlər peyvənd yerində əmələ gələn qabıqdan qorxmamalı və həmin yeri “zelyonka” ilə silməməlidir.


Ardı →

Uşaqları ekrandan uzaq tutun

Tibb alimlərinin apardığı yeni araşdırmalar zamanı məlum olub ki, 3 yaşından balaca uşaqların televizor izləməsi onlarda bir çox problemlər yaradır.Tibb jurnalı olan «Archives of Disease in Childhood»da nərc olunan elmi məqalədə bildirilir ki, uşaqların televizor və kompüterə olan asılılığı onlarda uzun müddətli fiziki narahatlıq yaradır.
Ardı →

Uşaq yuxusu

Yuxu (xüsusən gecə yuxusu) uşaq üçün çox vacib hesab olunur. Məhz gecə saatlarında uşağın immun sisteminin mükəmməlləşməsi baş verir. Gecənarahat yatan və ağlayan uşaqların immun sistemi rahat yatan uşaqlara nisbətən daha ləng şəkildə formalaşır. Məhz buna görə ana, uşağın gecə saatlarında normal vaxt ərzində rahat yatmasını təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.Əgər uşağın 5 yaşınadək, onun gecə yuxusu ilə müəyyən problemləri qalmış olarsa, bu o deməkdir ki, yaşa dolduqca onda yuxusuzluğun olması ehtimalı daha çox olur. Bu isə, əlbəttə ki, onun immunitetinin zəifləməsi, sinir və digər sistemlərinin fəaliyyətində müxtəlif problemlərin yaranması ilə nəticələnə bilər.

Somnoloqlar (yuxu üzrə mütəxəssislər) təsdiq edirlər ki, valideynlər uşağı yatmağa öyrətməlidirlər. Bəs bunu necə etməli?


Ardı →