Balqabaq- çiy və bişmiş, istənilən halda uşaqlar üçün xeyirlidir. Hətta tumlarının da xeyri var. Bu tərəvəz sentyabr-oktyabr aylarında yetişir. Qabaq və badimcan, pomidor və xiyarın mövsümü bitərkən balqabağın mövsümü hələ yeni başlayır. Onun məti çoxlu sayda pektin, kalium, kalsium, fosfor və maqnium ilə zəngindir. Balqabağın tərkibində həmçinin C, PP və B qrupu vitaminləri var. Bu tərəvəz ilə siz körpənizin rasionunu daha xeyirli və zəngin edə bilərsiz. Və əgər siz balqabağı düzgün saxlaya bilsəniz, körpənizi sevimli balqabağlı yeməklərlə hətta fevral ayında da sevindirə bilərsiz.
Balqabağın xeyirli xüsusiyyətləri
Uşaqlar üçün bolqabaq əvəzolunmaz qidadır. Dietoloqlar onu uşaqların mədə-bağırsaqları pozulan zaman verməyi məsləhət görurlər. Balqabağın çiy məti mədə-bağırsaqın düzgün işləməsinə kömək edir.
Uşaqlara qəbizlik zamanı balqabaq verin: Qəbizlikdə və köp zamanı balqabaqın çiy şirəsi tövsiyyə edilir. Şirəni uşaqa içirtdikdən sonra qısa vaxtda köp və ağrı keçir.
Uşaqlarda yuxu pozqunluğunda balqabaq ilə yeməklər: Balqabaq şirəsi və bal sakitləşdirici effektə malikdir. Əgər uşaq narahatdırsa və heç cür yatmırsa bu dadlı içkidən ona içirdin.
Uşaqlarda anemiyada (qan azlığı) balqabaq ilə yeməklər: Balqabaq anemiyada uşaqların qidasında hər gün olmalıdır. Siz ondan şirə çəkə, salat və ya desert hazırlaya bilərsiz. Altı aylıq körpələrə baqabaq puresi vermək olar.
Balqabağı hazırlamaq üçün çox vaxta ehtiyac yoxdur. Bir dilim balqabaqı bişirin, blenderdən keçirin, bir xörək qaşıqı ana südü və ya həll edilmiş korpə smesi əlavə edib qarışdırın. İlk dəfə üçün bu qədər kifayətdir. Əgər uşağın xoşuna gələrsə, və heç bir allergik reaksiya olmazsa, rahatlıqla porsiyanı artıra bilərsiz.Daha böyük uşaqlar üçün çiy balqabaq və almadan salat hazırlaya bilərsiz. Daha da dadlı olması üçün yoqurt, kişmiş və xırdalanmış qoz əlavə etmək olar.
Ardı →