Uşaqlara pulla düzgün rəftarı öyrətməyin yolları


Statistikaya görə büdcəsini planlaşdırmayanlar qazanclarının 1/10 hissəsindən 1/4 hissəsinə qədər gözlənilməyən istəklərə xərcləyirlər: “əhval düzətmək” üçün tort, dostlarla gəzinti, xoşuma gələn don və s.

Əgər övladınızın belə bədxərc olmasını istəmirsinizsə, ona uşaqlıqdan pulla düzgün rəftar etməyi öyrətməlisiniz. Kiçik yaşlarda (2-4 yaş) uşaqlarla pul ilə bağlı oyunlar oynayın. “Xüsusi” pullar vasitəsilə uşaqlar həm saymağı, həm hesablamağı daha asan öyrənəcəklər.
Davamı →

Övladınıza paylaşmağı öyrədin


Övladınıza paylaşmağı bacarmağı öyrətməniz olduqca vacibdir. Paylaşmağı bacarmaq- övladınızın müxtəlif yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz?

Körpəlikdən övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn, yemək verərkən “biri sənin olsun, biri mənim”, paltar alarkən “ birini sənə alaq, birini qardaşına” və s. kimi ifadələr köməyinizə gələcək.

Övladınızla birlikdə alış –verişə gedərkən ona qardaşı və ya bacısı üçün nəsə seçməyinə icazə verin. Məsələn, paltar alarkən “Gəl, birini sənə alaq birini qardaşına. Qardaşın üçün hansını bəyənirsən?”, Oyuncaq seçərkən “Birini özün üçün, birini qardaşın üçün seç” və s. kimi ifadələr faydalıdır.
Davamı →

Uşaq ailənin güzgüsüdür

Çox eşitdiyimiz bir deyim var: Hər bir uşaq ailəsinin güzgüsüdür.

Həqiqətən də demək olar ki, bütün hallarda insan  xarakterinin formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində ailə başlıca rola sahibdir.

Ailələr isə öz növbələrində tərbiyə stilinə görə 4 əsas qrupa bölünürlər: avtoritar, liberal, xaotik və hiperqoruyucu ailələr. Hər bir insanın xarakterində də  böyüyüb başa çatdığı ailənin hansı tərbiyə stilinə üstünlük verdiyi mühüm şərtdir. Odur ki, gəlin bu  4  tərbiyə stilinin əsas   xüsusiyyətlərini ayrı-ayrılıqda nəzərdən keçirək.

Avtotitar tərbiyə stilində adətən  valideynlər iş adamları olurlar və uşaqlarla çox az zaman keçirirlər.  Bütün qərarları özləri qəbul edir və hesab edirlər ki, uşaqlar yalnız onlara tabe olmalıdırlar. Səhvlər bağışlanmır, onlara görə cəza verilir və cəzanın səbəbi izah olunmur. Uğurlar isə “belə də olmalı idi “ prinsipi ilə qarşılanır. Böyüklər tərəfindən daha çox “otur”,”sus”,”mən dedimsə olacaq” tipli cümlələr istifadə olunur. Belə uşaqlar düzgün olduğu üçün yox, lazım olduğu  və cəzadan qorxduqları üçün hər hansı bir işi görür və ya dərs oxuyurlar. Nəticədə məsuliyytdən qorxan, özünə güvənsiz, işdə və cəmiyyətdə belə yalnız cəza almamaq üçün iş görən və davamlı olaraq başqalarını məmnun etməyə çalışan fərdlər yetişir.


Ardı →