Uşaqlarınızın xoşbəxtliyi sizdən asılıdır

Demək olar ki, hər birimiz  məşğuluq və kifayət qədər stresli həyat yaşayırıq. Bir valideyn olaraq isə sonsuz qayğılarımız var.  Bütün həyat şərtlərinin çətinliklərinə baxmayaraq üzərimizə düşən ən vacib işlərdən biri isə övladlarımıza qarşı sevgi göstərib, onlara vaxt ayırmaqdır. Son on ildə aparılan araşdırmalar da uşaqlıqdakı sevgi ilə gələcəkdəki sağlamlıq və xoşbəxtlik arasında önəmli bir əlaqənin olduğunu ortaya qoyur.
ABŞ Child Trends tədqiqat mərkəzinin uşaqların, gənclərin və onların ailələrinin həyat və perspektivlərini yaxşılaşdırmağa istiqamətlənmiş tədqiqatlarının nəticələri də valideynlərin uşaqlarına qarşı göstərdiyi isti münasibət və məhəbbətin onların həyatında ömür boyu müsbət nəticə verməsi fikrini dəstəkləyir.
Davamı →

Sizə bir məktub var...

Hansı kollecin məzunu olmaq istəyərsiniz?
Atanız ananız sizə hansı marka kompyuter alsın?
O biri sinifə keçsəniz kameralı mobil telefonumu istəyirsiniz?
Aman ha məktəbinizdəki balet kursuna davam edin..
Kollec formalarınız neçə növ olsun?
Məktəb avtobusunuz gec gəlsə hirslənərdinizmi? Amma doğurdan da… Siz nə anlayarsınız, şam işığıyla səhər açanlardan..
Sizə bir məktub var! yoxsulluqdan məktəbə gedə bilməyib, divarlarda yazı yazanlardan.. 


Ardı →

Uşaqların xoşbəxtliyi

Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz mərhəmətini göstərir. Hətta valideynləri Allaha şərik qoşan müşrik və ya Onu inkar edən ateist və digər günah sahibləri olsalar belə Rəhman olan rəbbimiz onların körpələrini pak yaradır. Bu barədə Allah təala buyurur: "(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur..." (Rum, 30)

Ardı →