Uşaq tərbiyəsinə dair qızıl qaydalar

Əsl adı Aqnes Qonca Boyaçı olan katolik rahibə, “Şəfqət” ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı Tereza Ana katolik kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilən tarixi şəxsiyyətdir. Həyatı boyunca dünyada çox sayda xeyirxah və əhəmiyyətli işlər görüb, müxtəlif mükafatlara sahib olan bu müqəddəs qadının uşaqlara sevgi və mərhəmət hissi xüsusilə seçilirdi.
Tereza Ananın valideynləri müdrik, xeyirxah və vicdanlı övlad yetişdirmələrinə kömək etmək üçün hazırladığı doqquz vacib məsləhətlə tanış edir:
Davamı →

Cinsi bilgilər uşağa necə çatdırılmalıdır

Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi üçün hər bir valideyn əlindən gələni etməyə çalışır. Həmçinin onlara qayğı göstərmək, qorumaq da valideynlərin ümdə vəzifələrinbdən biridir. Amma son zamanlar uşaqların təhlükəsizliyi ilə bağlı bir-birinin ardınca baş verən neqativ hadisələr onlara yetərli diqqətin olmamasından xəbər verir. Ölkə mediasında yer alan xəbərlərdən bəlli olur ki, məhz valideyn məsuliyyətsizliyi, yaxud diqqətsizliyi səbəbindən azyaşlı uşaqlar nəzarətsiz qalırlar.

Davamı →

Uşaqlarınızın xoşbəxtliyi sizdən asılıdır

Demək olar ki, hər birimiz  məşğuluq və kifayət qədər stresli həyat yaşayırıq. Bir valideyn olaraq isə sonsuz qayğılarımız var.  Bütün həyat şərtlərinin çətinliklərinə baxmayaraq üzərimizə düşən ən vacib işlərdən biri isə övladlarımıza qarşı sevgi göstərib, onlara vaxt ayırmaqdır. Son on ildə aparılan araşdırmalar da uşaqlıqdakı sevgi ilə gələcəkdəki sağlamlıq və xoşbəxtlik arasında önəmli bir əlaqənin olduğunu ortaya qoyur.
ABŞ Child Trends tədqiqat mərkəzinin uşaqların, gənclərin və onların ailələrinin həyat və perspektivlərini yaxşılaşdırmağa istiqamətlənmiş tədqiqatlarının nəticələri də valideynlərin uşaqlarına qarşı göstərdiyi isti münasibət və məhəbbətin onların həyatında ömür boyu müsbət nəticə verməsi fikrini dəstəkləyir.
Davamı →