Qoru onu

mənim mələyim
Anası bir yaşı yenicə tamam olan Muradın üstünə çəmkirir. Balaca Murad bu rəftarı gözləmədiyindən təəccüblə anasının üzünə baxır və baxışları ilə, sanki, “mənim günahım nədir axı?” demək istəyir, gözləri yaşarır, ağlamağa başlayır. Muradın bacısı Şəbnəm qardaşının ağlamağına dözmür, qardaşının boynunu qucaqlayıb, doluxsuna-doluxsuna anasına: “Ana, qışqırma da qardaşımın üstünə, yazıqdır, qorxur axı?” — deyə gileyini bildirir...

Bəzən uşağa dəxli olmayan, evdə, ailədə, yaxud işdə hansısa bir səbəb üzündən əsəbiləşəndə də acığımızı körpənin üstünə tökürük, istəyirik hirsimizi, hikkəmizi ondan çıxaq. Hətta qəlbimiz sızlamadan əl də qaldırırıq, bir-iki sərt şillə, şapalaq vurduqdan sonra sakitləşirik. Axı o, körpədir, bapbalaca ürəyi hələ təzə-təzə döyünür, dünyanı yenicə duyur, dərk edir, toppuş ayaqlarını torpağa hələ bərk basa bilmir, daş-divarı yumşaq əllərinin toxunuşu ilə hiss edir. Onu vurmağa necə əlin gəlir? O, dünyanın ən zərif məxluqu, müqəddəs mələyidir.
“Mənim mələyim”, — deyə qoru onu, qoru, göz bəbəyin kimi…  


Davamı →

Allahın valideynlərə əmanəti | Uşaqlar

Yaxşı övlad böyütmək valideynin borcu olmaqla yanaşı, həm də sabahının zəmanətidir. Yaşlı valideynindən imtina edən, bəzi hallarda isə onu küçəyə atan övladı Allah heç kəsə qismət eləməsin.
Yaxşı övlad böyütmək hər kəsin arzusu olsa da, hər kəsin qisməti deyil. Ola bilsin valideyn övladının tərbiyə işində doğru-düzgün davranır, hər şeyi olduğu kimi yerinə yetirir, amma nəticə istədiyi kimi olmur. Bəziləri isə övlada çəkilən zəhməti gələcəyə verilmiş borc kimi dəyərləndirir, yəni “bu gün mən sənə baxaram, sabah sən mənə baxarsan”. Bu baxış  kökündən yanlışdır. Çünki sabah kimin nə edəcəyi səni düşündürməməlidir, bu gün sən öz boynuna düşən borcu layiqincə yerinə yetirməlisən. Axı övlad əmlak deyil, əmanətdir. Bu həqiqəti dönə-dönə düşünmək və öz ruhuna, duyğularına hopdurmaq çox vacibdir. Əmanətdir dedik, sizə heç təəccüblü gəlməsin. Evləndiniz, heç xərciniz, borcunuz da çıxmadı, bir də gördünüz ki, gül kimi övladınız dünyaya gəldi.
Ardı →

Uşaqlar və kompüter

computer using babyUşaqlar kompyuterlərdən istifadə etməlidirlərmi?Əgər istifadə etməlidirlərsə,hansı yaşlarda istifadə etməlidirlər?Bəzi mütəxəssislər kompyuterin uşaqlarda gizli qabiliyyətləri üzə çıxardığını bildirirlər.Bəzi mütəxəssilər isə kompyuterin uşaqların təxəyyül gücünü artırdığını irəli sürürlər.Təbii ki,kompyuterin uşaqlar üçün yeni ünsiyyət imkanı olduğunu bildirənlər də var.


Ardı →

Uşaq tərbiyəsində üç mövqe

və ya uşağa «yox» sözünü necə söyləməli
Uşaq tərbiyəsində valideyn üç mövqedən çıxış edir. Bunlar aşağıdakılardır:
1. Passiv mövqe
2. Aqressiv mövqe
3. Qətiyyətli mövqe
Bir çox valideynlər övladlarına passiv mövqedən yanaşmağa vərdiş ediblər… Bu hər bir münasibətdə özünü göstərir. Onlar belə deyirlər: " Mənim balam, sən nənəngilə getməyə hazırsan?". Belə vəziyyətlərdə adətən uşaqlar valideynin sözünə ya reaksiya vermirlər, ya da «yox» — deyə cavab verirlər. Beləliklə, uşaq oynamağa davam edir. Çünki təbii olaraq düşünür ki, o hazır deyil.
Davamı →

Uşaqlarla necə davranmalı

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər çox öyrənsək, araşdırsaq bir o qədər də faydalardan bəhrələnəcəyik. Bu gün bizlərə, həmçinin bizdən sonra gələn nəsillərə gələcəkdə fayda verəcək şeyləri öyrənəcəyik. Uşaqlarımızın tərbiyəsində Peyğəmbərimizi sallallahu aleyhi və səlləm özümüzə nümunə götürməklə faydalanmaq mümkündür. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm uşaqlara necə qayğı göstərdiyini dərindən öyrənsək və bu istiqamətdə yarışsaq, Allahın neməti sayəsində inşallah öz uşaqlarımızı tərbiyə etməkdə müvəffəqiyyət qazanacağıq.

Ardı →