Dünyanın ən uzunömürlü adamı Şirəli baba

Şirəli Fərzəli oğlu Müslümov 1805-ci il martın 26-da Lerik rayonunun Barzavu kəndində doğulub. Ömrünün böyük hissəsini Lerik dağlarında çobanlıq etməklə keçirən Şirəli baba 3 dəfə evlənib və 23 övlad sahibi olub.
Onun iki arvadının adı məlum deyil. Amma yazılanlara inansaq, ölən gününə kimi yaddaşı iti imiş. Sonucu arvadı isə Xatun Nuriyeva olub. Və deyilənə görə, Şirəli Müslimov 136 yaşında olanda Xatun xanımın ondan bir qız uşağı da dünyaya gətiribmiş.

Davamı →

Uzunömürlülük sirri

Optimizm, yaşından, cinsindən, sosial-iqtisadi vəziyyətindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq insan ömrünü orta hesabla 7,5 il uzadır.
Yale Universitetinin alimləri geniş bir araşdırma zamanı bu nəticəyə gəlib. Daha uzun və xoşbəxt həyat sürmək istəyirsinizsə, hər gün aşağıdakı davranışları etməyi məsləhət görürük.
1. Sosiallaşma
Həftədə ən azı bir dəfə işdən kənar dostları ilə görüşən insanlar daha uzun yaşayır, özlərini yaxşı vəziyyətdə saxlayır. Onların infarkt keçirmək riski daha azdır. Məlum olub ki, dostunuzla hətta sadə bir telefon danışığı qan təzyiqini və stress hormonun kortizol səviyyəsini normallaşdırır.

Davamı →

Uzunömürlü cərrahdan faydalı məsləhətlər

Uzun və məhsuldar həyat — 103 il yaşamış məşhur cərrah, professor Fyodor Qriqoryeviç Uqlov qibtə oyadan sağlamlığa malik idi. Onun adı dünyanın ən yaşlı cərrah kimi Ginnessin Rekordlar Kitabına düşüb. 

Professor artıq çəki ilə qida qəbulunun normadan artıq olmasının bir çox xəstəliklərin səbəbi olduğunu və vaxtında ifratçılıqdan imtina ediləcəyi təqdirdə, vəziyyətin əməliyyata çatdırılmayacağının mümkün olduğunu hesab edirdi. Onun fikrincə, artıq çəki immunitetlə çalışma qabiliyyətini zəiflədir. Artıq çəkinin yetkin yaşda — maddələr mübadiləsinin zəiflədiyi, fiziki fəallığın isə, bir qayda olaraq, azaldığı dövrdəki zərəri xüsusilə böyükdür.
Davamı →

Şərq uzunömürlülüyünün 10 sirri

Şərqlilərin uzunömürlü olması dünyada bir fakt kimi qəbul olunur. Şərq təbiblərinin və müdriklərinin uzunömürlülüklə bağlı mühakimələrinin, sağlamlığa fərdi yanaşmalarının, təbii vasitələrdən istifadə etmələrinin, şərq xalq təbabətinin möcüzələrinin bir çoxu bizə də məlumdur. Bütün bunlarla yanaşı şərq təbabəti uzunömürlü olmaq üçün 10 qızıl qaydaya riayət etməyi tövsiyə edir. 

1. Hər qida qəbulundan sonra 100 addımlıq məsafə qət edin.

2. Heç vaxt alkoqoldan istifadə etməyin.

3. Bitkilərlə qidalanın və bitki mənşəli yağlardan istifadə edin.
Davamı →

Rita Montalçinidən 100 il yaşamağın sirləri

«Mən heç vaxt ciddi xəstəlik keçirməmişəm. Qulağımın və gözümün zəifləməsi adi haldır. Əsas odur ki, indi gənclik dövrümdən daha iti və ağıllı düşünürəm. Bu sözlər 104 yaşında dünyasını dəyişən italiyalı alim-neyrobioloq Nobel mükafatçısı Rita Levi Montalçiniyə aiddir.

Rita Levi Montalçini 1909-cu ildə İtaliyanın Turin şəhərində varlı yəhudi ailəsində dünyaya göz açıb. Gənc Rita tibb elminə dərin maraq göstərib və ali təhsilini də bu yöndə oxuyub. 1936-cı ildə universiteti bitirəndən sonra İtaliyanın faşist hakimiyyəti ölkənin yəhudi əsilli əhalisinə elmi və pedoqoji fəaliyyəti qadağan edir.

Odur ki, gənc alim öz yataq otağını labortoriyaya çevirib, toyuq embrionları üzərində təcrübələr aparmağa başlayır. Faşist ordusu İtaliyadan çəkiləndən sonra Rita uzun müddət həkim kimi çalışır, qaçqınları müayinə edir.
Davamı →

Uzunömürlülüyün sirri

1. Ac qalmağı öyrənin
Alimlərin 1934-cü ildən bəri apardığı araşdırmalar göstərib ki, ac saxlanılan siçanlar daha çox yaşayır. Təsadüfi deyil ki, dünyanın ən uzunömürlü insanlarının yaşadığı Yaponiyanın Okinava prefekturasında əhali süfrədən doymamış qalxma vərdişi ilə tanınır.

2. Dil öyrənin
Uzunömürlülüyün və xoşbəxtliyin ən mühüm açarlarından biri də beynin yaxşı işləməsidir. Araşdırmalar göstərir ki, iki və ya daha çox dili yaxşı bilən insanların beyni yaxşı işləyir və bu da çox yaşamağa təsir edir. Yaşlı vaxtlarda belə, dil öyrənmək ömrü uzadır.

3. Dağlarda yaşayın
Dağlarda yaşayan insanların daha uzunömürlü olurlar. Bunun səbəbi isə hərəkət, təmiz hava və gözəl mənzərədir.

4. Gen müalicəsi edin
2012-ci ilə qədər mümkünsüz olan bu müalicənin siçanlar üzərində aparılan araşdırmalarda ömrü 24 faiz uzatdığı məlum olub. Gen müalicəsi ilə xəstəliklər əvvəldən təsbit edilib müalicə olunur.


Ardı →

Uzunömürlülüyün 10 sirri

Alimlər uzunömürlüyün 10 sirrini müəyyən ediblər. Heç kimə sirr deyil ki,  insan ömrü 25 faiz irsi, 75 faiz isə qazanılmış faktorlardan asılıdır. Alimlər insan ömrünü uzada biləcək tövsiyyələrini veriblər. Bu tövsiyyələrə əməl etməklə insan öz ömrünü uzada bilər. Beləliklə, insan ömrünü uzada biləcək faktorlar:   

Birinci faktor - alimlər ilk növbədə uzunömürlüyə müsbət təsir edən alma yeməyi məsləhət görür. Britaniyadakı Qida İnstitutunun alimləri hesab edir ki, adi alma gəncliyi uzadır. Alimlərə görə qida rasiona gündəlik olaraq alma əlavə olunması ömrü uzadır. Mütəxəssislər almanın tərkibində  epikatexin maddəsini aşkar ediblər, bu maddə yaşıl çayın tərkibindəki polifenollara oxşardır. Onlar qan damarlarının elastikliyini bərpa edir, immuniteti gücləndirir. Alimlər qida rasionunda müntəzəm surətdə almadan istifədə etmiş könüllülər üzərində tədəiqat aparıblar. Məlum olub ki, onların ürək-damar sistemi pasportlarındakı yaşla müqayisədə 17 yaş cavandır.
Ardı →

Həmişə cavan qalmağın sirrləri

Söhbət açacağımız mövzu insanlar üçün daim aktualdır: həmişə cavan qalmaq arzusu… İnsanlar üçün bu əzəli və əbədi arzuya nail olmaq üçün davamlı olaraq müxtəlif tədqiqatlar aparılmaqdadır. Bəşər övladı hələ ki həmişə cavan qalmağa nail olmağın yollarını tapa bilməyib, amma uzun ömür sürmək mümküdür. Uzun ömürlü insanların təcrübəsini diqqətlə öyrənən mütəxəsislər həyatı uzatmağı mümkün sayırlar.  

Məşhur uzunömürlülər


Alimlər belə hesab edirlər ki, insana genetik olaraq 150 il yaşamaq təminatı verilsə də, hazırda bəşər övladının ömrü xeyli qısadır. İndi dünyada yetmiş yaşından sonrakı dövr qocalıq sayılır. Halbuki, uzunömürlülüklə bağlı məsələləri araşdıran alimlər-herentoloqlar 80-90 yaşdan sonrakı dövrün əsl qocalıq zamanı olduğunu iddia edir, hətta 200 il yaşamağın mümkün ölduğunu söyləyirlər. Onların fikrincə, insan ömrü sağlam keçibsə, o, qocalanda da fiziki işlə məşğul olmağa qadirdir.
Ardı →

Uzunömürlülük

Uzunömürlülük problemi, daha doğrusu, insan ömrünün artırılması 2 məsələni nəzərdə tutur. I məsələ taktiki adlandırılan məsələni bu gün həll etmək lazımdır; bu insanların çoxuna təbiət tərəfindən təyin olunmuş həddə qədər yaşamağa imkan verə bilər. II məsələ — strateji məsələ, indi yox, gələcəkdə həll olunmalıdır — bu məsələ bu həddi irəli çəkmədə təbiətin özündə dəyişiklik etməkdən ibarətdir.
İnsan ömrünün həddini nə hesab etmək olar? Bəlkə diqqətimizi uzunömürlülük üzrə "çempion" 168 il yaşamış Şirəli Müslümova cəlb etməliyik? Xeyr, alimlər hesab edirlər ki, bu düzgün olmazdı. Ona görə yox ki, qocalar öz yaşlarının təyin olunmasına çalışırlar. Məsələ burasındadır ki, bu cür «uzunömürlülük» çox nadir hadisədir, çünki 130-150 yaşına çatmış insanlara milyon illər ərzində nadir hallarda rast gəlinir. Burada təsadüfi faktorların təsiri də ola bilər, yaxud bu sadəcə «təbiətin səhvi» ola bilər. Bir çox alimlər, həmçinin uzunömürlülük problemi ilə məşğul olan məşhur tədqiqatçı İ.V.Davidovski insan ömrünün həddinin 100-110 il olduğunu hesab edir. Digər xarici və vətən alimləri bu həddin 90-100 il olduğunu qeyd edirlər.


Ardı →

Ölümsüzlük-əbədi yaşamaq

Alimlər hesab edirlər ki, bəşəriyyətin ən böyük arzusu olan ölməzlik tezliklə reallaşa bilər.
Alimlərin proqnozuna görə tezliklə insanların qocalıq, yəni ayrı-ayrı hüceyrələrin, hətta üzvlərin məhvi nəticəsində ölməsi prosesi dayanmış olacaq. Artıq qarşıya qoyulan məsələ mühəndis layihələrinin tərkibindədir.


Ölməzlik — insanın əbədi yaşamaq qabiliyyətidir. Müasir elm bu nailiyyətləri necə əldə edə bilər? Bu məsələyə 3 cür yanaşma mövcuddur:
Orqanizmin qocalmasının dayandırılması. Qocalığı isə gövdə hüceyrələri, nanotexnologiya və gen mühəndisliyinin köməyi ilə dayandırmaq olar.


Ardı →