Dünyanın ən uzunömürlü adamı Şirəli baba

Şirəli Fərzəli oğlu Müslümov 1805-ci il martın 26-da Lerik rayonunun Barzavu kəndində doğulub. Ömrünün böyük hissəsini Lerik dağlarında çobanlıq etməklə keçirən Şirəli baba 3 dəfə evlənib və 23 övlad sahibi olub.
Onun iki arvadının adı məlum deyil. Amma yazılanlara inansaq, ölən gününə kimi yaddaşı iti imiş. Sonucu arvadı isə Xatun Nuriyeva olub. Və deyilənə görə, Şirəli Müslimov 136 yaşında olanda Xatun xanımın ondan bir qız uşağı da dünyaya gətiribmiş.

Davamı →

Kərə yağı ürəyi sağlam saxlayır

Bəli, yanlış eşitmədiniz! Dədə-babalarımız kərə yağını bol yemələrinin sirri də bunda imiş. Görünür, onların belə gümrah, sağlam və uzunömürlü olmasının əsas səbəblərindən biri qidalarında məhz xalis kərə yağının zəngin olması idi. Çünki orqanizmdə bolluğunun ziyanlığı iddia edilən xolesterol eyni zamanda ürək-damar sisteminin bərkidicisi funksiyasını daşıyır.

Davamı →

Uzunömürlülük sirri

Optimizm, yaşından, cinsindən, sosial-iqtisadi vəziyyətindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq insan ömrünü orta hesabla 7,5 il uzadır.
Yale Universitetinin alimləri geniş bir araşdırma zamanı bu nəticəyə gəlib. Daha uzun və xoşbəxt həyat sürmək istəyirsinizsə, hər gün aşağıdakı davranışları etməyi məsləhət görürük.
1. Sosiallaşma
Həftədə ən azı bir dəfə işdən kənar dostları ilə görüşən insanlar daha uzun yaşayır, özlərini yaxşı vəziyyətdə saxlayır. Onların infarkt keçirmək riski daha azdır. Məlum olub ki, dostunuzla hətta sadə bir telefon danışığı qan təzyiqini və stress hormonun kortizol səviyyəsini normallaşdırır.

Davamı →