Uğur əməkdir

Günlərin bir günü tələbə öz müəllimindən soruşur:

— Müəllim, uğurda bəxtin payı nə qədərdir?

— Sən bəxt dedikdə nə anlayırsan? – deyə müəllim maraqlanır.

Tələbə fikirləşərək cavab verir:

— Məsələn, satıcı müştəriyə müraciət edir və məlum olur ki, onun mütəmadi olaraq istifadə etdiyi məhsulu qurtarıb. Mən də həmin məhsulu satıram. Müştərinin daimi təchizatçısı isə hər hansısa səbəbdən ötrü təcili olaraq müştərini həmin məhsulla təmin edə bilmir. Beləliklə, mən yeni müştəri əldə edirəm.

Və yaxud, digər bir misal, mən qonaq gedirəm və qonaqlıqda müəssisələrdə alış-veriş proseslərinə nəzarət edən şəxslə tanış oluram. Onun cavabdeh olduğu müəssisə ilə isə mən uzun zamandır ki, əməkdaşlıq etmək istəyirdim.
Ardı →

Uğurun qızıl şərtləri

1. Özünü həqiqi Əməyə kökləmə.
Amma bu əmək zövq yaşatmalıdır. Bütün günü divanda uzanın, arada bir “sevimli işlə” məşğul olub, mütəmadi divident alacağınızı unutsanız yaxşıdır. Bütün bunlar nağıldır. Bəli, bu daha sonra mümkün ola bilər, yalnız sizin öz işinizdə əsl peşəkar olduqdan sonra. 

2. Həmişə öyrənin və təkmilləşin.
Siz seçdiyiniz sahədə bütün fəaliyyət mərhələlərini keçməli olacaqsınız. Həmin sahədə artıq uğur qazanmışlardan öyrənin. Daima özünüzü yeni biliklər və yeni informasiya ilə təmin etməlisiniz. Bu inanılmaz dərəcədə əyləncəli və maraqlıdır.
Ardı →

Özünə Söz Ver

Dünən bir nəfər məndən xoşbəxt olmağın yolunu soruşdu. Xoşbəxtlik qışqırıb sevinmək, hər zaman hiperaktiv olmaq deyil. Onda enerji bitəndə xoşbəxtlik də bitir. Mənimçün xoşbətlik ruh rahatlığıdır, harmoniyadır. Mənim  xoşbəxtlik  düsturum Kristian Larsonun aşağıdakı bir neçə cümləsində toplaşıb. 

Özünə söz ver ki,

— O qədər güclü olacaqsan ki, heç nə sənin ruh sakitliyini poza bilməyəcək,

— Gördüyün hər insanla sağlamlıq, xoşbəxtlik və uğur haqqında danışacaqsan,

— Dostlarına hər imkanda onların nə qədər dəyərli olduğunu hiss etdirəcəksən,

— Hər şeyin işıqlı tərəfinə baxacaqsan və optimizmin ürəkdən gələcək,

— Yalnız ən yaxşı şeylər düşünəcəksən və ən yaxşılar uğrunda çalışacaqsan,

— Başqalarının uğuruna öz uğurun qədər sevinəcəksən,


Ardı →

Ən uğurlu iş qadınlarından məsləhətlər

Dünyanın ən bacarıqlı iş qadınları karyerada uğur qazanmağın sirlərini açıqlayıb.
İş həyatının qadın üçün ağır olduğunu düşünürsünüzsə, dünyanın ən nüfuzlu şirkətlərində çalışan iş qadınlarının məsləhətlərini nəzərə alın və əməl edin. 

Yuxudan tez durun 
ugurlu iş qadınları«Starbucks» un rəhbəri Michelle Gass çox vaxt yuxudan 4.30-da durduğunu və qaçdığını söyləyir. «Avon» kosmetika firmasının rəhbərlərindən biri Andrea Jung isə 5-də oyanır. Sübh tezdən oyanmaqla iş həyatınızda daha böyük uğurlar əldə edə bilərsiniz. 

Alış-veriş edin 
Araşdırmalar qadınların bazarlıq etməkdə kişilərdən daha bacarıqsız olduğunu göstərir. Bu da kişilərin niyə qadınlardan daha çox pul qazandığını göstərir. Daha çox pul qazanmaq istəyirsinizsə, bazarlıq etməyi öyrənməlisiniz. 

İşlərinizi bölün 
«Four season» otellərinin baş meneceri Katie Taylor konrtol dəlisi olduğunu etiraf edir. Ancaq işçilərə də tapşırıqlar verməyi unutmur. Hər işin öhdəsindən gəlməyi bacardığınızı düşünüb bütün işləri öz üzərinizə götürməyin. 
Ardı →

Xətti uzatmaq...

Bir müəllimin sinifdə çox bacarıqlı, ancaq çox qısqanc bir şagirdi var idi. Bir gün müəllim bu şagirddən:
— Nə üçün sinifdəki yoldaşlarının uğurlarını qəbul etmək istəmirsən? — deyə soruşdu.

Şagird cavab verdi:
— Çünki onların məni keçməsinə dayana bilmirəm. Çünki sinifdə ən birinci mən olmaq istəyirəm.
Bunu eşidən müəllim lövhəyə bir xətt çəkdi və şagirddən:
— Elə isə de görüm, bu xətti necə qısalda bilərsən? — deyə soruşdu.


Ardı →

Təbiətin 12 qanunu

 1. Sənə lazımdır — özün də icra et

Sənə zərrə qədər xeyir gətirməyəcək hər hansı bir şeyi görməyin nə mənası var? Bizim fəaliyyətimizin nəticəsi heç olmasa ya təşəkkür, ya da şəxsi dəyərin (ləyaqətin) hiss edilməsi olmalıdır. Enerji — hər zaman  bizlərə nə üçünsə verilmiş bir mükafatdır. Əgər başqaları öz qayğılarını (və ya dərdlərini) bizim üzərimizə yükləyirlərsə, heç vaxt onların işlərinin görülməsindən lazım olan həzzi və ya yeni işə uyğun (münasib) ruh yüksəkliyini (şövq) ala bilməyəcəyik. (Məqsəd insanların bir-birilərinə əl tutmaları və ya yardım edib, xeyirxah işlər görmələrini qadağan etmək deyil. Əksinə, kiminsə boynundakı məsuliyyəti və ya vəzifəni başqasının üzərinə atması və həmin şəxsin də başqasının işini görməsinin danlaq edilməsidir. — F.A)


2. Söz vermə! Söz verdinsə — yerinə yetir.

Əgər söz veririksə, məgər biz azad və ya dövlətli oluruq? Birdən, vədə əməl etməsək, bu kiminsə gözündə etibarı azaldır? Yoxsa, elə özümüzdə də? Burada söhət etibardan deyil, həyata keçirdiyimiz yalandan gedir. Ən ciddi qanunlardan biri yalanı izləmək qabiliyyətidir. Ən əsası da özünə qarşı. ( Bir sözlə, nə yalan danış (vəd verib, əməl etməmək də yalan danışmaqdandır), nə də yalana aldan. Ən əsası isə, yalanın bütün qapılarını üzərinə bağla — F.A)
Ardı →

100 gün ərzində həyatınızı dəyişdirəcək 60 addım

İlk əvvəl onu qeyd edim ki, özünü dəyişmək, həyatda nəyəsə nail olmaq istəyən hər bir kəs bunlara əməl edə bilər. Məhz 100 gündən sonra özünüzdə qeyri-adi dəyişiklik görəcəksiz. Həyatınızı dəyişmək sizin əlinizdədir.
 EV

1. Evin müxtəlif sahələrini səhmana salmaq üçün günlərə görə bölgü təyin etmək üçün, özünüz üçün «evin lazımsız şeylərdən təmizlənməsi üzrə təqvim» yaradın.
1-ci gün: Jurnalları yığışdırırıq.
2-ci gün: DVD-ləri yığışdırırıq.
3-cü gün: Kitabları yığışdırırıq.

2. Mantra üzrə yaşayın: «Hər şeyin öz yeri var və hər şeyi yerinə qoymaq lazımdır». On gün ərzində növbəti 4 qaydaya əməl etməyə çalışın:
a. Əgər bir şey götürmüsüzsə — onu sonra yerinə qoyun.
b. Əgər bir şeyi açmısızsa  - onu bağlayın.
c. Əgər nəyisə əlinizidən salmısızsa (və ya düşürmüsüzsə) — onu (yerdən) qaldırın.
d. Əgər nəyisə əyninizdən çıxartmısızsa — onu yerinə asın.

3. Evin içində gəzişin, təmir olunması və ya bir balaca düzəldilməsi gərəkən 100 şey tapın. Misal üçün, lampanı dəyişmək, oboylar üzərində olan deşikləri yapışdırmaq, yeni rozetkanı burub bağlamaq və s.
Ardı →

Puldan daha əhəmiyyətli olan...

    Bir sahibkar başdan-ayağa borcun içində idi və bundan çıxış yolunu tapa bilmirdi. Borc sahibləri onun üstünə çökmüşdülər. Mal verənlər ödəniş etməsini tələb edirdilər. O başını  əllərinin üzərinə salladıb, şirkətinin iflasdan nəyin qurtara biləcəyi haqda xəyala dalaraq, parkda skamyaların birində oturmuşdu. Birdən onun qarşısında naməlum qoca bir kişi peyda oldu. — Görürəm ki, sizi nəsə narahat edir, — dedi. Sahibkarı dinlədikdən sonra qoca dedi, — «Düşünürəm ki, sizə yardım edə bilərəm». O, sahibkardan adını soruşdu, bir çek imzaladı və «Bu pulları götürün. Düz bir ildən sonra burada yenidən görüşərik və siz onları bu vaxt mənə geri qaytara bilərsiz.» deyərək, onu (sahibkarın) əlininin içinə qoydu. Daha sonra arxaya çevrildi və qəfil göründüyü kimi də yoxa çıxdı. Sahibkar əlində o zaman dünyada ən varlı insanlardan biri olan Con Rokfeller tərəfindən imzalanmış 500000$ dəyərində olan çeki gördü.
Ardı →

Uğurlu insanların 45 xüsusiyyəti

1. Başqaları əllərini yanlarına saldığı və təslim olduğu məqamlarda, onlar yeni fürsətlər axtarır və onu tapırlar.
2. Digərlərinin uğursuzluq hesab etdiyi hadisədən nəticə çıxarmağı, dərs almağı bacarırlar.
3. Onlar düşünülmüş qərarlar qəbul edirlər.

4. Digərlərinin nə vaxtsa uğurun onları tapmasını gözlədiyi halda, bu insanlar özləri məqsədyönlü şəkildə və daima uğura gedəcək yol salırlar.
5. Onlar da digərləri kimi qorxu hissi yaşayır, lakin bu hissin onlara hakim kəsilməyinə icazə vermir, qorxu onları deyil, onlar qorxunu idarə edir. Qorxu sadəcə ehtiyat deməkdir.
6. Onlar düzgün sual verir- bu suallar tam və hər tərəfli cavablandırma tələb edirlər.
Ardı →

Uğur qazanmağa aid

Günlərin bir günü cavan oğlan uğurlu olmağın yollarını axtarırdı. Bir gün o ,dağlarda yaşayan müdrik bir insana yaxınlaşır. Gənc daxmada mudrik qocanı görəndə soruşur, Ey mudrik insan! uğur qazanmağın yollarını mənə deyə bilərsənmi ?  Mudrik bir müddət səssiz qalır. Bir neçə dəqiqəlik sükutdan sonra  mudrik qoca cavan oğlanla  çayın kənarına gedirlər.  Onlar cavan oğlanın başı suya tam batanacan çayın içinə doğru hərəkət etdilər.Müdrik qoca ona kömək etmir, onun əvəzində oğlanın başını suda saxlayır, Bir neçə dəqiqədən sonra qoca  cavan oğlanı sudan çıxardır və birlikdə mağaraya qayıdırlar. Daxmada qoca oğlandan suyun altında olarkən  ən çox arzuladığı şeyi soruşdu. Cavan cəld cavab verir: Ay qoca axmaq! əlbəttə, nəfəs almaq istəyirdim! Qoca: Əgər sən uğur qazanmağı suyun altında olarkən  nəfəs almaq istədiyin kimi  istəyirsənsə,onda uğurun həqiqi sirrini tapacaqsan


Davamı →