Uşaqlar böyükləri niyə sevmir?

Uşaqlara fikir versəz, görərsiz ki, əslində onların böyüklərdən xoşları gəlmir. Biz zorla böyüklərə əydiririk uşaqları: “Böyükdü, hörmət et”. “Böyükdü, salam ver”. “Böyükdü, imkan ver səni öpsün” “Böyükdü, sən dur, o otursun”. Özlərinə qalsa, böyüklər onların vecinə də deyil. Düz də edirlər. Nə öyrənəcəklər bizdən? Saxtalığı? Onlar öz dünyalarında xoşbəxtdilər. İstədikləri vaxt gülürlər, qışqırırlar, sevinirlər. Biz isə bu təbii sevinci əngəlləməklə məşğuluq. Ayıbdı, camaat baxır…

Çünki camaat doğrudan da baxır. Çünki heç kim baxıb təbii qəbul etmir. “Uşaqdı, belə də olmalıdı” düşünmür. Biz uşaqla davranmağı bacarmırıq. Onları görəndə şitlik edirik. Yalançı “usi-pusi”lər, əzizləmələr uşaqların ətini tökür.
Davamı →

Uşaqlara saatı öyrətməyin asan üsulu

Saat əsasən dərslərdə izah edilir. Bu isə çox zaman onlarda çaşqınlıq yaradır. Lakin siz özünüz də evdə uşağınıza saat öyrədə bilərsiniz.

Çiçəkli saat üsulu
Bu üsul üçün lazım olan vəsaitlər normal dairəvi divar saatı və rəngli kartondur. Əvvəl kartondan çiçəyin gövdə hissəsini və iki yarpağını hazırlayın. Uzun yarpaq dəqiqə, qısa olan əqrəb simvolu olsun. Qısa yarpağın üzərinə saatı, uzun yarpağın üzərinə dəqiqəni yazın. Beləliklə, uşağınızın əqrəb və dəqiqə anlayışları asanlaşacaq.
Davamı →

Övladınız dahidirmi?

Hər hərəkətinin, hər sözünün ayrı bir anlamı varsa sizcə bu nəyin işarəsidir? Yoxsa balacanız dahi olmaq yolundamı addımlayır? Bir çox valideynlər uşağının digərlərindən bir addım öndə olduğunu düşünməyə meyilli olurlar.

“Bayaq nə dedi eşitdin?”, “bax necə şəkil şəkir?”, “gözlərindən sanki ağıl fışqırır”, “ bu uşaq axırda alim olacaq baxarsan” cümlələri bir çoxunuza yad deyil. Hər uşağın özəl olduğu və fərqli bacarıqlara malik olduğu bir həqiqətdir. Ancaq doğurdan da istedadlı olduğunu anlamaq üçün məktəb çağının başlaması lazımdır.
Davamı →

İştahasız uşağa necə yanaşmalı

“Uşağım yemək yemir” tez-tez rast gəlinən şikayətlərdəndir.
İştahasız uşağa necə yanaşmaq lazımdır?
İştahasızlıq nə vaxt problemdir, nə vaxt isə adi hal?
Nə vaxt narahat olmalı, nə vaxt isə uşağı öz-özünə buraxmalıyıq?

İlk öncə bir problemin olub-olmamasını araşdırmaq lazımdır. Görəsən, uşağın yeməsini ümid etdiyimiz qida miqdarı onun yaşına, boyuna və çəkisinə görə uyğundur? Yoxsa ümidlərimizi dəyişməliyik. Bu sualın cavabını ən yaxşı sizə uşaq həkimi, diyetoloq verə bilər. Hər yaşın lazımı norması nə qədərdi?
  Məsələn, yaşyarımlıq bir uşağın gönorta yeməyində bir dənə kotlet, yarım kasa düyü və bir necə xörək qaşığı göy noxud yetərlidir. Əgər ana uşağının bundan daha da çox yeməsini düşünürsə bu zaman o, yiyən uşağını “iştahasız uşaq” kimi təyin edir.  Halbuki uşaq lazım olan miqdarı yeyir. Xüsusilə 1-3 yaş arası uşaqların bir qida qəbulu zamanı yaxşı yeyərkən digər bir qida qəbulu zamanı o qədər də yaxşı yeməmələri təbiidir. Qidalanmanı da günbəgün deyil, həftəlik olaraq qiymətləndirmək lazımdır.  Bundan başqa, uşaqlar onlar üçün ən sağlam qidalanma şəkli olan «az-az, tez-tez» yeməyə meyllidirlər. Bəzən də uşaqların yemək arasında çoxlu maye içmələri, ya da ayaqüstü tezbazar “nəisələr” yemələri də yemək əsnasında nisbi bir iştahszlık yarada bilər.


Ardı →

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Təkrar uşaqlığa qayıtmaq mümkün olmasa da inanılmaz səmimi əhval-ruhiyyəni saxlamaq olar ki, bu zaman yenilik axtarışı və bir gün ərzində hər şeyi eləmək arzusu öndə olur. İllərlə bu arzu “sonra eliyərəm” kimi bir anlayış ilə əvəz olunur. Lakin biz sizə böyüklərin uşaqlardan öyrənə biləcəyi bəzi məqamları təqdim edirik ki, bu həyatınızın hər anını yadda qalan edəcək.

Qaçmaq. Uşaqlar bizə qaçmağın yalnız idman deyil, onun həm də sevinc gətirdiyini xatırladırlar.
Gülləri iyləmək. Belə bir deyim var: “Dayanın və qızılgüllərin ətirini alın”. Lakin biz çox nadir hallarda buna vaxt tapırıq. Amma uşaqlar gül-çiçəklər ilə oynamağı çox sevir.

Təsəvvür etmək. Əgər uşaq evdə deyil, kosmosda olmağını təsəvvür edirsə, bu zaman onun beynində və gözlərinin qabağında bu həqiqətən də elədir. Çox təəssüf ki, böyüklərin əksəriyyəti şəxsi xəyallarında olaraq hər şeyi unutmaq qabiliyyətini itiriblər.

Heyvanları sevmək. Uşaqlar heyvanları çox sevir. Bunun üçün heyvanlar haqqında cizgi filimləri, kitablar, həmçinin heyvanxana uşaqların böyük marağına səbəb olur.

Ardı →

Uşaqlar üçün 10 ən faydalı qida

                     
Uşaqlıq  dövründə öyrənməyi çətinləşdirən və ümumi bədən müqavimətini aşağı salan faktorlardan biri pis qidalanma vərdişləridir. Bu vərdişlər bədəni bir çox vitamindən və  faydalı qida maddəsindən məhrum edərək beyinə zərər verir. Beyin enerjisini tam ala bilmədiyi üçün, funksiyasını da lazım olduğu kimi yerinə yetirə bilmir. Bunun nəticəsində diqqət dağınıqlığı, qavramanın pozulması, öyrənmə çətinliyi yaranır. İmmunitet sistemi zəiflədiyi üçün, bir çox xəstəliklərin meydana gəlməsi asanlaşır. Buda uşaqların gələcəyinə mənfi təsir göstərir. Bunun üçün uşaqların qidalanmasına diqqət göstərilməli, zaman-zaman qan təhlili etdirərək bədəndəki mineral və vitaminlərə nəzarət edilməlidir. Bu baxımdan düzgün qidalanmaq uşaq sağlamlığı  və inkişafında vacib amillərdən hesab olunur. Beyin də  bədənin ən çox qidalanmaya ehtiyac duyan orqanıdır. Daha çox vitamin və minerallara ehtiyac duyar. Ona görə də qida rasionunda vitamin, mineral və antioksidantlarla zəngin olan qidalara üstünlük verilməlidir.

Süd süd məhsulları, yağlı toxumlar, çiyələk, qarağat, böyürtkən, moruq kimi meyvələr, rəngli tərəvəzlər də uşaq sağlamlığna faydalıdır.

Uşaqların inkişafında əhəmiyyətli olan qidalar eyni zamanda onları xəstəliklərdən qoruyur. Həmin qidalara qaragilə, avokado, balqabaq çəyirdəyi, badam, somon balığı, ispanaq, lobya, mərcimək, kakao, darçın, yumurta da aiddir.


Ardı →

Uşaqlar üçün gündəlik süd norması

Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var.

Valideynlərin həkimlərə ən çox soruşduğu sullardan biri də "Uşaqlarıma nə qədər süd içirməliyəm" sualıdır. Bu sul da bir çox həkimlər tərəfindən «Gündə iki stəkan» olaraq cavablandırılıb.

Kanadadakı Michael xəstəxanasından həkim Jonathon Maguire və qrupu, inək südündəki D vitaminini və dəmirin təsirini tədqiq etmək üçün 1300-dən çox uşağın (2-5 yaş arası) iştirakı ilə tədqiqat aparıb. Valideynlər ümumiyyətlə uşaqlarının nə qədər süd içdiyini elm adamlarına bildirərkən elm adamları da qan təhlilinə əsaslanaraq nə qədər D vitamininə və dəmirə ehtiyac səviyyəsini müəyyən ediblər.

Həkim Maguire, gündə 2 stəkan südün uşaqların kafi nisbətdə D vitamini almasını və dəmir depolarının normal səviyyədə qalmasını təmin etdiyini söyləyib. Elm adamları, gündə 2 stəkandan çox süd içən uşaqların isə D vitamini nisbətinin yüksəldiyini, ancaq dəmir anbarlarının azaldığını təyin ediblər.


Ardı →

Uşağım qucağımdan düşmür

İlk addımlarını atmaq uşağınız üçün möhtəşəm bir yenilikdir. Aylarla qucaqda daşındıqdan sonra uşaq azad, arzuladığı yerə gedə bilmək üçün son dərəcə həyəcanlı olur.Ancaq bəzi uşaqlar,bu ilk həyəcanı bitdiyi zaman yeriməkdənsə qucaqda gəzməyin daha yaxşı olduğuna qərar verir. Yeriməmək üçün inad etməyə və qucaqda daşınmaq üçün israr etməyə başlayır. Bir zamanlar getmək üçün çırpınan kiçik balanız, qıçlarınıza yapışaraq «Məni qucağına götür» deyə ağlayıb getməmək üçün nə lazımdırsa edir.Əgər belə bir vəziyyətdəsinizsə sizə bir neçə ipucu verim:

Yeriməyi əyləncə halına gətirin
Uşağınız gedərkən onu əyləndirmənin yollarını tapın; yolda gördüyünüz bütün heyvanları,quşları göstərin, səki daşlarının üzərinə çıxardıb düşürün,oynadın. Mahnı oxuyaraq ya da yolda gördüyünüz çiçəklərə baxmaq üçün dayanın,diqqətini başqa istiqamətə çəkin.

Onu köməkçiniz edin
Mağazaya getdiyiniz zaman uşağınızın kömək etməsinə icazə verin. Alış-veriş siyahısının bir kopiyasını ona verin (itirmə ehtimalına qarşılıq bir siyahı da özünüzdə saxlayın). Dönərkən qırılmayacaq yüngül şeylərin olduğu bir paketi daşımasına icazə verin. Onun köməyi olmadan bu qədər şeyi evə apara bilməyəcəyinizi söyləyin.
Ardı →

Uşaqlarda musiqi həvəsi necə yaranır?

Valideynlərin əksəriyyəti uşaqlarını birinci sinifə aparanda düşünür: Görəsən onu musiqi məktəbinədə qoyummu? Musiqiyə aludə olub, dərslərini yarımçıq qoymaz ki? Onun musiqi duyumu varmı?

Mütəxəssislər iddia edirlər ki, hər bir insanın doğulduğu andan musiqi duyumu var. Fərq sadəcə ondadır ki, bəzilərində bu güclü və davamlı, bəzilərində isə zəif olur. Hər bir usaqda fitri istedad var.

Uşaqlarda musiqi həvəsi necə yaranır?
Bunu valideyn yarada bilər. Yəgin ki,valideynlər masajın faydası haqda çox eşidiblər. Masajı professional birinin etməsi əlbəttə ki, daha yaxşıdır. Amma körpənin ana əllərini hiss etməsi fərqli duyğudur.

Uşaqda musiqi duyumunu yaratmaq üçün hər gün bunları edin:

Valideyn usaqda musiqi duyumunu masaj və gimnastika vasitəsilə oyada bilər.
Ardı →

Uşaqlarda zərərli vərdişlər

Uşaqlarda bir sıra zərərli vərdişlərə rast gəlmək olur. Bunlar ən çox vaxtında və kifayət qədər qida almayan, başqa sözlə ac qalan uşaqlarda, suni qida ilə qidalanan körpələrdə müşahidə edilir.

Kiçik yaşlı uşaqlarda zərərli vərdişlərdən: baş barmağı, bir neçə barmağı, dili, əmziyi, dodaqları, yanağı sormaq, dırnağı, yad cisimləri dişləmək, yuxu zamanı başı düzgün qoymamaq, yumruğu üzün altında qoymaq və s. hallarına daha tez-tez rast gəlinir. Diş-çənə sisteminin formalaşdığı dövrdə vərdişlər uzun müddət davam etdikdə diş sıralarının deformasiyasına səbəb olur.

Barmağın və bir neçə barmağın sorulması, barmağın hansı vəziyyətdə sorulmasından və sorulma müddətindən asılı olaraq üst və alt çənənin normal inkişafını pozur. Nəticədə diş sıraları deformasiyaya uğrayır. Barmaqların sorulması zamanı nəfəs ağızla alındığına görə yüksək damağın əmələ gəlməsi, burun çəpərinin əyilməsi üçündə şərait yaradır.
Ardı →