Vəba xəstəliyinin mədəniyyətlə nə əlaqəsi?

Fəlakət kimi qəbul etdiyimiz hadisələrin bəzən xeyirli tərəfləri də olur. Bu sözə gözəl misallardan biri vəba xəstəliyidir. Qara ölüm adı verilən bu yoluxucu xəstəlik 663 il əvvəl ortaya çıxmışdır. Çin və Hindistandan tutmuş İslandiya  və Qrenlandiyaya qədər bütün Asiya və Avropa ölkələri o zamanlar bu fəlakətdən ziyan çəkmişdilər. Xəstəlik dünya əhalisinin sayının ciddi şəkildə azalmasına səbəb olmuşdu.
Aralıq dənizinin cənubundan ədviyyat gətirən üç gəmi 1348-ci ildə Genuya limanına gəldi. Dənizçilər şəhəri gəzmək üçün sahilə enərkən gəmidə olan yüzlərlə siçan da şəhərin küçələrinə dağıldı. Bir neçə gün sonra isə şəhərin küçələrində çoxlu siçan ölüsü tapılmağa başladı.


Ardı →

Bağırsaq infeksiyaları

Dizenteriya. Dizenteriyanın inkubasiya dövrü 1 gündən 7 günə qədər çəkir. Əksər hallarda xəstəlik kəskin başlanır. Xəstələr titrətmədən və ya üşütmədən, qızdırma hissindən şikayətlənirlər. Bədən temperaturu tez maksimal rəqəmlərədək (38-40° C) yüksəlir. Bu səviyyədə bir neçə saatdan 2-5 günə qədər qalır.
Xəstələr qarında, daha çox sol qalça çuxuru nahiyəsində lokallaşan kəsici tutmaşəkilli ağrılardan şikayətlənirlər.
Dizenteriyanın qızğın dövrü 1 — 2 gündən 8-9 günə qədər davam edir. Xəstəlik simptomlarının sönməsi zamanı intoksikasiya sindromu əlamətləri zəifləyir.


Ardı →

Vəba xəstəliyi

Vəba — ağır ümumi intoksikasiyası nazik bağırsağın zədələnməsi, su-duz mübadiləsinin pozulması ilə gedən kəskin infeksion xəstəlikdir; çox qorxulu infeksiyalar qrupuna aiddir. Törədicisi — vəba vibrionudur (son vaxtlar Əl-Tor tipi).
Əl-Tor vəbasının xüsusiyyəti keçirilmiş xəstəlikdən sonra uzun müddət vibrongəzdirmə, xəstəliyin silinmiş formaları, Əl-Tor vibrionlarının əlverişsiz amillərinin təsirinə çox davamlı olmasıdır. Vibrion ət, balıq məhsullarında və tərəvəzdə otaq temperaturunda 2-5 gün yaşayır. Vəba ən çox süd, su kəmərinin və açıq su hövzələrinin suyu ilə yayılır. Havanın temperaturu düşdükdə və su mənbələri donduqda belə vəba vibrionları qışdan salamat çıxa bilir.
Vibrionların turşularla son dərəcə həssas olmasının xüsusi əhəmiyyəti vardır, içməli suyu zərərsizləşdirəndə bundan istifadə edilir.


Davamı →