Vəfasızlara!!!!!!!!!!

Həyatda heçkimə vəfasıza rast gəlməyi arzu etmirəm heç kimsəyə sevib sevilməməyin acısını yaşamağı diləmirəm.Bəli,Xalqımızda bu tip oğlanalara pis baxılsa da mənim nə zamanlarsa qınaq etdiyim mövzu olsa da qınayanın başına gələr deyərlər.

    Onu çox sevirdim.Sevirəm də.O da məni sevdiyini deyirdi.Biz danışır,anlaşırdıq.O valideyinləri ilə mənə görə mübarizə aparacağını da deyirdi mənə.Məni hərbi xidmətə çağırdılar məni gözləyəcəyini məndən başqası ola bilməyəcəyini deyirdi.Xidmətimi başa vurdum...Gəldim hələ də danışırdıq.Günlərin bir günü,məni əslində dost kimi sevdiyini və ürəyində tamamən başqa birisinin olduğunu söylədi.Qulaqlarıma inanmadım,«yox,ola bilməz,bu qorxunc bir yuxudur sadəcə» düşündüm.Ancaq bu yuxu deyildi.Ona nifrət etmək,həyatımdan silib atmaq istədim.Ən qorulusu budur ki,silə bilmədim.O üzümə qarışıq «başqasını sevirəm „desə də hələ də onu sevir,nə vaxtsa mənə qayıdacaqını ümid edirəm.Silib ata bilmirəm onu.O mənimlə ünsiyyətini kəsmir,lakin məni dost olaraq gördüyünü deyir.Mənə olunan bu vəfasızlıq bu haqsızlığın qarşısında mən onu daha çox sevirəm!!! :((((

PS: Qısa yazılsa da hüznlü hekayədir.Bu mövzuya hər kəsin qatılmasını istərdim.Hər kəsin fikrini bilmək maraqlı olardı.Qınayanlar da bəraət qazanlandıranlar da sağ olsunlar.Ancaq insanı sevgi bəzən o hala gətirir ki,gözlərin yumulur.Kimlərinsə qınağına baxmayaraq,hətta zamanla özünün nifrət etdiyin məsələ ilə qarşılaşsan da bu vəziyyətdən çıxış yolu axtarırsan.Bəzən bir insanın sənə deyəcəyi bircə kəlmə səni məmnun edib yaxşılaşdırır.Bəzən isə milyonlarla insanın kəlmələri kar etmir.

Sonda Vəfasız olanlara müraciətim var: Xahiş edirəm özünüzə əmin olun sevmədiyiniz şəxslərə ümid verib aldatmayın.Axı onların da qəlbi var axı sizin vəfasızlıqdan zövq alacağınıza kimlərinsə bütün həyatını məhv etmiş olursunuz..............................


Davamı →

Vəfasızlıq

  • Qadın
Vəfasızlığın ilkin səbəbi narazılıqdır: maddi narazılıq, mənəvi narazılıq, məişət narazılığı və s.
Məşhur amerikalı psixoloq Uillard Harli insanları ailədən kənar sevgi əlaqələrinə nəyin cəlb etdiyini öyrənmək məqsədilə bu sahədə təcrübəsi olan 10 mindən çox insanın həyatını analiz edib. O, əldə etdiyi nəticələri və bu barədə düşüncələrini «Kişinin və qadının ehtiyacları. Möhkəm ailəni necə qurmalı?» kitabında açıqlayıb.
Harlinin fikrinə görə, əsas problem hamıya məlumdur: çox vaxt insanlar öz işlərinə həyat yoldaşlarından daha çox diqqət ayırırlar. Nəticədə diqqətsiz qalan tərəf təsəllini başqalarında axtarır. Mümkün xəyanətdən, vəfasızlıqdan uzaq olmaq üçün Harli bəzi qaydalara əməl etməyi məsləhət görür.
Davamı →