Məşhurların qeyri-adi vəsiyyətləri

Heinrich Heinenin istehzalı vəsiyyəti
Alman şairi, lirika və satira ustası Heinrich Heine həyat yoldaşına ünvanladığı ən ironik vəsiyyətlərdən birinin müəllifi kimi tarixə düşüb. O, 44 yaşında hamının Matilda adlandırdığı 26 yaşlı Kseniya Yevgeni Mira ilə ailə həyatı qurub. Heinenin dostlarının dediyinə görə, qız onun kimi savadlı olmayıb. Matilda hətta oxumağı belə bacarmayıb. Buna görə də, bütün həyatı boyu, Heinenin bir əsərini də oxumayıb. Üstəlik, o, kaprizli, cəld və çox tez əsəbləşən qadın olub. Buna baxmayaraq, Heine onu sevirmiş.

Davamı →

Ər və arvadın irsi

Məsələ 2778: Əgər qadın ölsə və övladı olmasa, onun bütün malının yarısı ərinə, qalanı isə o biri vərəsələrə çatacaq. Əgər həmin ərdən ya başqa ərdən övladı olsa, bütün malının dörddə biri ərinə, qalanı isə o biri vərəsələrə çatacaq.
Məsələ 2779: Əgər bir kişi ölsə və övladı olmasa, malının 4/1-i arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Əgər o qadından ya başqa qadından övladı olsa, malının 8/1 arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Qadın evin yerindən, bağdan, əkindən və başqa yerlərdən irs aparmaz, nə yerin özündən, nə də onun qiymətindən, həmçinin bina və ocaq kimi havada (torpaqdan yuxarı) olan malın özündən irs aparmaz, amma onun qiymətindən irs aparar.
Davamı →

Vəsiyyət

Məsələ 2703: Vəsiyyət, insanın ölümündən sonra özü üçün bəzi işlərin yerinə yetirilməsini sifariş etməsinə və ya ölümündən sonra malından bir şeyin başqasının malı olmasını ya da onun malından bir şeyi başqa bir şəxsin mülkiyyətinə keçirmələrini və ya xeyir işlərdə xərcləmələrini söyləməsinə və yaxud öz övladı və ixtiyarında olan şəxslər üçün müəyyən bir şəxsi qəyyum (başçı) təyin etməsinə deyilir. Vəsiyyət edilən şəxsə isə vəsi deyilir.
Məsələ 2704: Danışa bilməyən şəxs, əgər işarə ilə öz məqsədini başa salsa, vəsiyyət edə bilər. Hətta danışa bilən şəxs də, əgər işarə öz məqsədini başa salıb vəsiyyət etsə, səhihdir.
Davamı →