Ailә vә Vәtәn qarşısında mәnәvi borcumuz

Vətəndaş, ilk növbədə, ailədə formalaşır. Valideynlərimiz çalışırlar ki, bizi yüksək əxlaqlı, mənəvi keyfiyyətlərə yiyələnmiş şəxsiyyət kimi yetişdirsinlər. Bunun üçün biz düzgün davranış qaydalarına əməl etməli, savadlı olmalı, vətənin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməliyik. Eyni zamanda biz vicdanlı, mübariz və vətənsevər olmalıyıq.
“Vətənin haradır?” sualma cavab axtararkən dərhal doğulduğumuz məkan ağlımıza gələcək. Ancaq bizim hamımızın bir vətəni var — Azərbaycan. Bəli, bu bizim Azərbaycandır. Azərbaycan uğrunda babalarımız mübarizə aparmış, igidlərimiz qan tökmüşlər. Babalarımızın və igidlərimizin bizə əmanət etdiyi vətənimizi göz bəbəyi kimi qorumalı, daim onun inkişafına çalışmalıyıq. Bu hər bir azərbaycanlının mənəvi borcudur.
Vətən haqqında danışanda onu “Ana vətən” adlandırırıq.
Davamı →

Mənə qalan şəkil oldu...


Evin giriş qapısından qonaq otağındakı masa yaxşı görünürdü. Qapıya qızı çıxmışdı. Həmişəki kimi birinci əlindəki zənbili aldı.
— Yavaş, sındırarsan. — Kişi zəhmlə dedi. Ayaqqabısını çıxara-çıxara gözucu masaya baxdı. Süfrəyə artıq çörək qoyulmuş, boşqablar düzülmüşdü.
Həmişə belə gec gəlmirdi. İşdən çıxan kimi qaçardı evə. Oğlan əsgər gedəndən sonra bayırda qərar tuta bilmirdi. O gələnə süfrə hazır olurdı. Arvadı və balaca oğlu da qapıya çıxdı.
Evdə sakitlik idi. Təkcə televizorun səsi eşidilirdi. Televizor qonaq otağının arxasında olduğundan qapıdan görünmürdü. Uşaqlarla hal-əhvaldan sonra yenə evə sakitlik çökdü. O paltonu soyunanda qızı birdən çığırdı.
— Qaqaaaaaaş… – Qırmızı selofan zənbili açıb içindən iri bir çərçivə çıxarmışdı. Çərçivədə qardaşının böyüdülmüş rəsmi vardı.
Qız çərçivəni zənbildən çıxarar-çıxarmaz bağrına basaraq reqbi oynayanlar kimi qapının arasında dayanmış ata-anasının və qardaşının arasından sıyrılıb otağın mərkəzinə götürüldü.
Ardı →

Oğulun ataya məktubu…

Gəlin, sizi bir məktubla tanış edim. Yalnız ona görə yox ki, bu gün 9 maydır və mən də sizləri təəccübləndirmək istəyirəm. Və həm də ona görə yox ki, o müharibənin daha bir unudulmuş Qəhrəmanını yada salaq və onun səmimiyyət dolu bu kiçicik məktubu o vaxtın insanlarının xarakterinə növbəti ştrix olsun. İlk növbədə ona görə ki, 24 yaşlı gəncin atasına məktubu Azərbaycanın son 20-30 illik tarixini də, bu günümüzü də anlamaqda yardım edəcək.
(Bu məktubu tərcümə edəndə oğlum Abdulla Şaiqin “Tülkü Həccə gedir” şeirini oxuyurdu)
Ardı →

Vətən

Vətən – doğma diyar, ana yurd…
Vətən – babaların, dədələrin əmanəti...
Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır...
Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.
Davamı →