Övladlarından narazı valideynlər

Aqresiya əxlaqi və etik normaları pozan və başqalarına mənəvi və ya fiziki zərər verə bilən bir insanların «birdəfəlik» hərəkətidir. Aqressivliyin zaman keçdikcə vərdiş halına gəlməsi təhlükə doğura bilir. 

Aqressiv valideynlər demək olar ki, həmişə uşaqlarına qəzəblənirlər. Bir qayda olaraq, onların qəzəbi uşaq itaətsizliyinin nəticəsi deyil. Çox güman ki, onlar evliliklərindən, işlərindən, bütün bəşər övladlarından narazıdırlar. Bəzi uşaqlar bu münasibəti çox qeyri-adi qəbul edirlər. Düşünürlər ki, ana və ya ata öz sevgisini elə bu şəkildə də ifadə edə bilər. Belə valideynlər unudurlar ki, bu uşağı gələcəkdə nevrotik, üsyankar böyüməsinə ən kədərlisi aqressiyaları vərdiş halına keçməsinə şərait yaradırlar. Belə ailələrdə böyüyən aqressiv uşaqlar valideynlərlə yanaşı tərbiyəçilər, müəllimlər və ətraf mühit üçün də problemə çevrilmək ehtimalları böyük olur. Uşaqların aqressiv davranışı diqqəti cəlb etməyin özünəməxsus bir üsuludu. Belə bir uşaq sevgiyə və məhəbbətə, anlayışa və qəbula ehtiyacı olduğunu «işarələyir». Aqressiyasının köməyi ilə daxili narahatlıq hiss etdiyini, rədd edildiyini və unudulduğunu açıq şəkildə ortaya qoyur. Valideynlər tərəfindən laqeydlik və qəddarlıq


Davamı →

Uşaqlara tualet vərdişlərinin öyrədilməsi

Körpəmiz bir uşaqdır. Bəlkə də ən çətin analar üçün tualet vərdişlərinin öyrədilməsi prosesidir, amma səbirli analar bunun öhdəsindən gələcəklər.

Tualet vərdişlərinin öyrədilməsi uşaqlar üçün həyəcanverici və vacib bir inkişaf addımdır. Tualet vərdişlərinin öyrədilməsi üçün ən uyğun dövr 24-36 ay arasındadır. Daha əvvəl başlamaq və həddindən artıq təzyiq göstərməklə uşağı ən qısa müddətdə təmiz saxlamağa çalışmaq fizioloji cəhətdən edə bilmədiyi bir şey etməsini istəmək və gələcəkdə bəzi zehni problemlərin yaranmasına səbəb olmaq deməkdir.


Davamı →

Nağılın uşaqlara faydası

Nağıl, uşaqların normal böyüməsi və tərbiyəsi üçün vacibdir. Nağılları dinləməklə uşaqlarda qorxu hissi məhv olur, onlarda özgüvən və sərbəstlik hissi artır.
Uşaqlar artıq iki yaşından etibarən nağılları dərk edirlər. Nağıllar vasitəsilə uşaqlar həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır. Nağıl oyunlar qədər uşaqların normal böyüməsi və tərbiyəsi üçün vacibdir. Uşaqlarla ünsiyyəti ana bətnində olan vaxtdan yaratmaq lazımdır. Nəzərə alsaq ki, uşağın eşitmə duyğusu artıq 8 həftəliyindən formalaşmağa başlayır, deməli, bu ayından sonra uşaqla sözlü kontakta girərkən daha ehtiyatlı olmaq gərəkdir. Mütləq ana hamiləlik vaxtı körpəsinə maraqlı nağıllar danışmalıdır, xüsusən, bunu axşam, yatmamışdan öncə etməlidir. Bir növ körpəni hazırlamalıdır. Mütəxəssisin fikrincə, ana hamiləlik vaxtı hansı saatda körpəsinə nağıl danışıb, daha sonra onu əzizləyirsə, həmin uşaq dünyaya gəldikdən sonra daha sözəbaxan və idarə olunabilən olur. Körpəlikdən valideyn uşağı gələcək həyata sağlam və düzgün şəkildə hazırlamalıdır. Uşaqlarda dinləmə qabiliyyətini artırmaq üçün körpələrə layla oxuyaraq uşağı yatızdırmaq məsləhətdir. Bu üsulla, uşaqlarda dinləmə qabiliyyəti formalaşır.

Davamı →

İnsan hansı yaşda artıq valideyn evindən ayrılımaldır?

Psixoloqlar valideynlərdən ayrılıb, müstəqil yaşamaq üçün optimal yaşı açıqlayıb.

Psixoloq Yuliya Xadarçeva uşaqların valideynlərindən ayrılma prosesinin şərtlərini izah edib.
Əgər valideyninizlə birgə yaşayırsız və o evə hər dəfə qayıdanda neqativ emosiyalar və diskomfort keçirirsizsə, artıq valideynlərdən ayrı yaşamaq lazımdır.
Valideyn evindən gənclər hazır olanda ayrıla bilər. Amma optimal yaş


Davamı →

Uşağa neçə yaşında telefon vermək düzgündür?


Mobil telefon mövzusunda valideynlər övladlarına yaxşı nümunə olmalıdırlar.

Türkiyəli psixoloq Öznur Simavın uşaqları mobil telefondan uzaq tutmaq üçün təkliflərini təqdim edirik
Sirr deyil ki, uşaqlarda texnologiyanın mənfi təsirləri fiziki və psixoloji baxımdan mütləq özünü göstərir. Onların mənfi təsirlərindən qorunmaq üçün əvvəlcə ana və ata bu mövzuda yaxşı nümunə olmalıdırlar. İşdən evə gəldikdən sonra mütəmadi olaraq telefon əlindən düşməyən, bütün günü uşağının onu gözləməsinə baxmayaraq gözlərini telefondan, barmaqlarını ekrandan çəkməyən valideynlər övladları üçün pis nümunədir: “Texnoloji vasitələr uşaq dayəsi deyil. Uşaqların valideynləri ilə birbaşa ünsiyyətə ehtiyacları var. Müasir uşaqlar məhz buna çox ehtiyac duyurlar. Ona görə də uşaqlarınızla keçirdiyiniz az vaxtı yaxşı dəyərləndirmək lazımdır”.
Davamı →

Uşaqlara fərqli baxış bucağından baxmağa kömək edən 3 üsul

1. Hər gün üçün bir sual müəyyən edin
Övladınız üçün hər gün yeni sual müəyyən edin. Hətta evin bir yerinə asa biləcəyiniz kağıza sualı yazın. Bu sual, övladınızın cavabını əzbərdən deyə bilməyəcəyi sual olmalıdır. Uşaqların fərqli həll yolları tapması və zehnini inkişaf etdirməsi üçün məntiqli suallar verməyiniz faydalı olacaq. Gün ərzində verdiyiniz sualların qarşılığında mükafat verilə bilər və bunu oyuna çevirə bilərsiniz. Oyun oynamaq təşviq etdiyi üçün əyləncəli vaxt keçirəcək.
Davamı →

Orta yaşda ana olmağın üstünlükləri

1) Maddi cəhətdən daha rahat hiss edərsiniz
Çox gənc yaşda tam maddi azadlığınız olmasa da, valideyn olmaq həm sizin, həm də uşağınız üçün bir çox problem yarada bilər. 30 yaşlarında ana olan insanlar, işlədikləri müddətdə qazandıqları təcrübə və özünə inam sayəsində övladlarına daha asanlıqla qayğı göstərə və stres olmadan analıq yaşaya bilərlər. Unutmayın ki, körpəyə sahib olmaq böyük xərclərlə gəlir və çox gənc yaşda valideyn olanlar bəzi çətinliklərlə üzləşə bilirlər.
Davamı →

Uşağı necə tərbiyə etməli: xoxanla, ya ağılla?

Uşağı necə tərbiyə edək ki, o həm savadlı, həm mərd, qorxmaz, sağlam olsun, həm də ağlamasın, şərlik etməsin, vaxtı-vaxtında yeməyini yesin, yatsın?

Bəli, biz Allahın çox kiçik bəndələrindən eyni zamanda çox şey tələb edirik. Uşağı döymək olmaz, sillə ilə onu tərbiyyələndirmək mümkün deyil və s. kimi bəlli deyimlərlə çoxdan tanışıq. Amma silləsiz, qulaqburmasız da keçinmək çətindir.

Hər gün qonşu evdən uşaq qışqırtısı, ağlaşması səsi gələndə amerikalılarda olduğu kimi valideyni polisə vermək həvəsinə düşürəm. Birdən uşaq vaxtı anamın mənə vurduğu sillələri, bədənimdən götürdüyü çimdikləri xatırlayıb fikrimdən vaz keçirəm.
Davamı →

Qışqırmaq döyməkdən yaxşıdırmı?

Son zamanlar bir çox valideynlər arasında belə bir tendensiya dəb halını alıb – “Uşağı vurmuram, əvəzində qışqırıram. Bu ki, vurmaqdan yaxşıdır”. Türkiyəli psixoloq Adəm Günəşin sözlərinə əsasən, çox sərt və yüksək səslə bağırmaq uşağın ürəyində çox dərin yaralar açır. Odur ki, bu cür bağırmağın döyməkdən heç bir fərqi yoxdur. Döyüldükdə də uşaq döyüldüyü üçün deyil, ürəyi ana-ata tərəfindən qoparıldığı və içinə qorxu düşdüyü üçün ağlayır.

Bir anlıq düşünün: övladımız bir kəsdən qorxduqda və ya kimsə tərəfindən incidildikdə bizim üstümüzə qaçır. İncidən şəxs özümüz olduqda isə biz uşaqlarımızın ümidsizliyə qapılmasına səbəb ola bilərik.
Davamı →