Körpələrdə gec yerimə

Daim ac qaldığını düşünərək nizamsız qidalandırdığınız körpənizin gec yeriməsinin səbəbi həddindən artıq kök olduğuna görə pozulan orqanizm sistemi olduğunu bilirsinizmi?
Sağlam uşaqlarda yerimə yaşı 12 -18 aylar arasında olur, bəzi körpələr 12-ci aydan da əvvəl yeriyə bilər. Uşağın yerimə yaşı onun zəkası ilə bağlı deyil. Orqanizmə görə uşaqlarda inkişaf fərqli ola bilər. Yaşıdlarından daha əvvəl köməksiz oturan,iməkləyən və ya yapışaraq ayağa qalxan uşaqlar adətən daha tez yeriyirlər. Yerimə gecikmiş isə digər inkişaf mərhələlərinə da baxılmalıdır.


Davamı →

Məsləhət

Valideynlərinlə üz-üzə oturub dərdləşmək istəyirsən. İstəyirsən ki, bu gün çoxları kimi, sən də yaşadığın narahatlıqlardan, sənə qəribə görünən davranışlardan danışasan və ata-ananın köməyi ilə başa düşə bilmədiklərini anlaya biləsən, beləcə, bir qərar qəbul edəsən. Bəri başdan nəzərə al ki, son min ilin ən çətin və ən sürətli illərini yaşayırsan.

Elm, texnika elə bir həddə çatıb ki, dünənki bu gün üçün köhnədir, günün tələbləri ilə ayaqlaşmaq böyük problemə çevrilib, hər nəsil özündən əvvəlkini təkzib edir, hər mövsümdə dünyanın başı üstündən bir bəla, bir xəstəlik əsib keçir. 

Bəli, çox şeyləri anlayıb qavramaqda həmişəki kimi yenə valideynlərinin məsləhətinə ehtiyacın var. Amma bir şey var: çalış, məsələni qəlizləşdirmə, ata-ananın sənə sadə, adi dillə anlatdığı hər kəlməyə məna verib, onu problemə çevirmə. Bil ki, böyüklərin hər kəlməsi sənin ziyanına yox, xeyrinədir. Böyük sözünə əməl et, onların sözündən çıxma! 

İndi sən yeniyetməsən, təkcə bir ailənin yox, xalqın gərəkli övladı olmağa, zamanın tələblərini doğru-düzgün anlamağa çalış. Tərbiyənlə, davranışınla yaşıdlarına nümunə ol, tərbiyənin ən səmərəli yolu nümunə olmaqdır. 

Uşaq yetişdirmək Allah qarşısında bir borcu yerinə yetirmək deməkdir. Ona görə də əsəbiləşmədən, səsinizi qaldırmadan övladınıza məsləhət verin və mümkündürsə, ona bir az da haqq qazandırın, əziz valideynlər. 


Davamı →

Uşağın tərsliyini necə aradan qaldırmalı

Sizdə elə olubmu ki, uşağı nəyəsə ( geyinməyə, tökdüyü oyuncaqları yığışdırmağa və s .) məcbur etmisiniz, lakin görmüsünüz ki, bu əbəsdir, uşaq tərslik edir və siz onu cəzalandırmısınız, sonra özünüzü günahkar hiss etmisiniz? Nə vaxtsa olub ki, siz özünüzə söz vermisiniz ki, bütün işlərimi atacam, ancaq uşağımla məşğul olacam, mənə əziz olan insanlarla vaxt keçirəcəm, özümü bütünlüklə onlara həsr edəcəm. Lakin böyük təəssüf hissi ilə anlamısınız ki, bu mümkün deyil.


Ardı →

Atanın peşmançılığı

«Qulaq as, oğul. Bu sözləri sən yatarkən söyləyirəm; balaca əlin yanağının altındadır, qıvrım sarışın saçların isə tərləmiş alnına tökülmüşdür. Otağına gizli yolla təkcə gəlmişəm. Bir neçə dəqiqə bundan əvvəl, kitabxanada oturub qəzet oxuyarkən məni ağır peşmançılıq dalğası bürümüşdü. Sənin çarpayının yanına öz günahımı dərk etməklə gəlmişəm.
Gör nə barədə düşünürdüm, oğul; yanına gəlməklə pis əhval-ruhiyyəmi yaxşdaşdırmaq istəyirdim. Məktəbə gedərkən geyinib yaş dəsmalı üzünə yaxınlaşdıran kimi səni danlayardım. Çəkmələrini təmizləmədiyinə görə dərsini verərdim. Paltarından nəyisə döşəməyə atarkən hirslə üstünə qışqırardım.
Nahar vaxtı da səninlə öcəşərdim: Çayı yerə tökdün. Xörəyi acgözlüklə yedin. Dirsəyini stola qoydun. Yağı çörəyin üstünə həddindən artıq qalın yaxdm. Sonra sən oynamağa yollananda, mən də qatara tələsəndə, əl edib qışqırardın: „Salamat qal, ata!“, mən isə üz-gözümü turşudaraq deyərdim: »Çiyinlərini düz tut!"
Davamı →