Varikozun müalicəsi hansı formada aparılmalıdır?

Varikoz xəstəliyi (varikoz) – venaların genişlənməsi, qıvrılması, qapaq aparatının dağılması ilə xarakterizə olunan patologiyadır. Xəstəliyin ilkin təzahürlərinə damar ulduzcuqları və düyünlərin yaranması, dərialtı venaların şişməsi, venaların ağrılı olması, ayaqlarda ağırlıq hissi aiddir. Varikozun proqressivləşməsi zamanı venoz qan dövranının xroniki çatışmazlığının əlamətləri: pəncə və baldırın ödemi, baldır əzələlərində qıcolmalar, trofik xoralar, tromboflebit, varikoz dəyişilmiş venaların partlaması müşahidə olunur. Flebologiya sahəsində aparılan müxtəlif tədqiqatların nəticələrinə əsasən 18 yaşdan yuxarı qadınların 30-40%-i, kişilərin isə 10-20%-i varikozdan əziyyət çəkir.Diaqnozun qoyulması çətinlik törətmir. Hemodinamik pozğunluqların ağırlığını qiymətləndirmək üçün dupleks angioskanlama, aşağı ətrafların venalarının USDQ aparılır. Bundan əlavə rentgenoloji və radionuklid müayinələrdən istifadə etmək olar.


Davamı →

Yeniyetməlikdə hər 5 oğlandan birində müşahidə olunan xəstəlik

Varikosel yeniyetməlik dövründə hər 5 oğlandan birində müşahidə oluna bilən xəstəlikdir. Yumurtalıqda şişlik və qasıqlarda ağrı ən çox şikayət olunan nüansdır.
Bunu uşaq urologiyası uzmanı, cərrah Pərviz Hacıyev bildirib.
Həkim qeyd edib ki, hər varikoselenin müalicəyə ehtiyacı olmur. Xayaya zərər vura biləcək və sonsuzluğa səbəb olma ehtimalı olan varikosele müalicə olunmalıdır.
Davamı →

Hündürdabanlı ayaqqabı və varikoz

Müasir dünyada bir çox qadın vaxtlarını hündür ayaqqabıları ilə keçirir. Belə bir vərdişin sağlamlığa zərər verdiyini və düzgün olan ayaqqabıların olması barədə düşünmək lazımdır.

İlk öncə, qadınların çoxu rahat və hündür olmayan dabanlı ayaqqabılara üstünlük verməmələrini başa düşmək lazımdır. Bu seçim qadınların daha çox inamlı və gözəl görünməsini hiss etməsi ilə bağlıdır. Estetik baxımdan bu yaxşı ola bilər, amma praktik baxımdan hər şey təəssüf ki, tamamilə fərqlidir.
Davamı →

Tromboz

Tromboflebit necə əmələ gəlir? Varikoz damarlarda trombozun formalaşmasına nə şərait yaradır? Virxovun nəzəriyyəsinə görə trombozun damar boşluğunda əmələ gəlməsinin 3 əsas səbəbi vardır. Birinci səbəb qanın tərkibinin pozulmasıdır, yəni qanın laxtalanma faktorlarının artmasıdır.

İkinci səbəb damar divarının zədələnməsidir. Üçüncü səbəb isə qan dövranındakı dəyişikliklərdir. Bu üçlüyün əsasında tromb yaranır. Varikoz damarlarında üçüncü bənd qeyd olunur ki, bu zaman venoz divarın zəifləməsi səbəbindən qanın axını çətinləşir. Buna görə də potensial varikoz xəstəliyi ayaq damarlarında trombozun inkişafı üçün başlıca amil sayılır.
Davamı →

Varikoz haqqında 8 fakt

1. Bəzi statistik məlumatlara əsasən, qadınların 80%-də bu və ya digər formada varikoz var.

2. Varikoz «qadın xəstəliyi» sayılır, lakin kişilərdə də bu xəstəliyə rast gəlinir. İngiltərə alimlərinin məlumatlarına əsasən, 20-40% kişilərdə də varikoz xəstəliyinə təsadüf edilir. Kişilərin əksəriyyəti bu problemlə həkimlərə vaxtında müraciət etmir və onlarda xəstəlik daha tez-tez gecikmiş və fəsadlaşmış formalarda aşkar olunur.

3. Varikoz xəstəliyi yalnız cərrahi yolla müalicə olunur. Heç bir gel, krem, plastr və s. kimi vasitələr bu xəstəliyi müalicə etmir. Lakin bu vasitələrin tətbiqi varikozun inkişafını xeyli ləngidə bilər.
Davamı →

Varikozun profilaktikası

Əlbətdə ki, digər xəstəliklər kimi, varikozun əmələ gəlməsinin qarşısını almaq, sonradan onu müalicə etməkdən daha asandır. Varikozun profilaktikası üçün bir sıra vacib məsləhətlərimizi qeyd etmək istəyirik.

Evdə:
— yemək hazırlanması üzrə işlərin əsas hissəsini (məsələn, tərəvəzlərin təmizlənməsi, doğranması və s.) oturaq vəziyyətdə ayaqlarınızı uzadılmış şəkildə kiçik skamya üzərinə qoymaqla icra etməyə çalışın;

— gün ərzində bir neçə dəfə olmaqla, uzadılmış səkildə olan ayaqlarınızın altına balış və ya mütəkkə qoymaqla istirahət edin;

— çarpayının ayqlar uzadılan hissəsini qaldırın: döşəyin altına kiçik yastıq və ya bir neçə qat bükülmüş şəkildə olan ədyal yerləşdirin və ya çarpyının özünün ayaqlar olan tərəfdəki ayaqlarının altına hündürlüyü 5-6 sm olan kiçik dirəklər yerləşdirin;

— əgər sizdə varikoza meyllilik varsa və ya o, inkişaf etməyə başlamışdırsa, isti vannalardan, hamamdan və saunadan istifadə etməyi yadınızdan çıxarın;
Ardı →

Ayaqlara qulluq

Ayaqların gözəlliyini təkcə təbiətdən verilmiş forma müəyyənləşdirmir: xarici amillər də böyük əhəmiyyət kəsb edir. Əgər dərinizin altından qara soxulcana oxşayan damarlar və yaxud ulduz formalı kapilyar partlamaları görünürsə, burada nə mini ətəkdən, nə də dəbə uyğun şortlardan danışmağın mənası yoxdur. «Qorxulu» tromblar nəinki qadınları, hətta kişiləri də utandırır. Hər halda bu məsələnin çox maraqlı bir tərəfi var: üzə çıxan damarlar xəstəlikdir, yoxsa sadəcə, kosmetik qüsur? 
Ardı →