Bədən formasına görə qidalanma

Kökü Hindistana dayanan bir tibb sistemini ifadə edən “ayurveda” ənənəviləşmiş bir tibb üsuludur. Bu üsulda insanlar bədən formalarına görə 3 qrupa bölünürlər. Bu qruplar “vata”, “pitta” və “kaphadır”. “Ayurveda” sisteminə görə insanlar bədən formalarına görə bir qidalanma qaydası tərtib etməlidirlər. Sağlam yaşamağın qaynağı bununla bağlıdır.

“Vata” bədən formasına sahib olan insanlar incə və zəif quruluşda olurlar. Belə insanlar tez yorulurlar və günün hər hansı bir saatında acmağa meyllidirlər. Tez-tez qəbzlik problemi yaşayırlar, yuxuları nizamlı deyil və həmişə bir narahatlıq içində olurlar. Bu insan tipinin enerjisi anidən yüksəlir və anidən də düşür. Tez həyəcanlanan və hər şeyə tez reaksiya verən insanlardırlar.

“Vata” bədən tipinə aid olan insanlar əsasən balıq və toyuq kimi ağ ətlərdən çox istifadə etməlidirlər. Bunlara əlavə olaraq sarımsaq, soğan, şirin kartof, kök kimi tərəvəzlər və şaftalı, banan, çiyələk, xurma kimi meyvələrin yeyilməsi bu qrupdan olan insanları sakitləşdirir. Bu bədən formasına sahib olan insanların qırmızı ət, pomidor, badımcan, nar, alma və armud kimi qidaları yeməməkləri tövsiyə olunur.
Davamı →