Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz

«Vaxt» mənşəcə ərəb sözüdür, zaman bildirir. İşlənmə məqamından asılı olaraq zamanın müxtəlif çalarlarını da əks etdirir. Məsələn, «Bir vaxt cavan idim», «Vaxtdır, gəlini gətirək», «Vaxt gələr məni xatırlayarsan», «Vaxtsız gələn qonaq kisəsindən yeyər» və s. Vaxt həm də qızıldan qiymətlidir — deyirlər, amma nədənsə bir manatının qədrini yetərincə bilən insan da çox hallarda bu «qızıl»ın, yəni, vaxtın dəyərini o qədər anlamır. Ya bəlkə də vaxt gözə görünmədiyindən hansı qiymətdə, hansı bahalıqda, hansı mərtəbədə olduğu xəyalımıza gəlmir? Deyirlər ki, dünyada ən dəqiq millət almanlardır. Dəfələrlə səyahətlər zamanı biz bunun şahidi olmuşuq. Bəlkə də elə ona görə almanlar dünyanın ən mədəni xalqı sayılırlar. Əslində, dəqiqlik mədəniyyəti çox vacibdir. Bu xəzinəni, analoqu olmayan bu varidatı Tanrı bizə bəxş edir. Onu qoruyub saxlamaq, ondan səmərəli istifadə etmək məhz özümüzdən və bir də ətrafımızdan asılıdır.

Davamı →

Vaxt və pul eyni anda bitməməlidir

Bir insanda bunların ikisi də eyni vaxtda bitirsə, faciədir. Nə səhvlərini düzəltməyə zamanın var, nədəki, o səhvləri ört-basdır etmək üçün pulun. Ətrafa fikir verin. Mövcud ədiblər, siyasətçilər, müxtəlif peşə sahiblərinin bir çoxunu müşahidə edirəm. Ümumiyyətlə deyim ki, ən gözəl hiss müşahidə qabiliyyətinin olmasıdır. Müşahidə qabiliyyəti güclü insanlar faktlar arasında parallellər aparıb öz fikirlərini ortaya çıxara bilir. Bəli, müşahidələr göstərir ki, bir çox ətrafımızda olan adamların pulu yetərli deyil, amma zamanı var. Zamanı olduğu üçün öz üzərində işləyəcək, enerjisi və zəhməti ona bütün əskiklərini qapamağa kömək edəcək. Və ya tərsinə. Zamanı çox da yoxdu, amma pulu var. Bu halda da “yaşına-başına yaraşmayan” hərəkətlər edir, özünü və ya karyerasını ən pik həddində ikən bir anda aşağı yuvarlaya bilir. Zaman daralır, içindəki “mən” narazıdır, nəsə çatmır, amma bilmir nə çatmır. Hər iki hal arzu olunan deyil. Hər şey öz zamanında gözəldir. Çalışın öz həyatınızda vaxt və pul tarazlığını qoruya biləsiniz.

Davamı →

İmtahanda vaxtın düzgün istifadəsi

İmtahana hazırlaşan bir çox tələbə və ya şagird vaxtla bağlı problemlər yaşadıqlarını qeyd edirlər.  Bəziləri hansısa bir sualı cavablandırarkən kifayət qədər vaxtının qalmadığını, bəziləri isə ümumiyyətlə, müəyyən sualları cavablandırmaq üçün vaxt çatdırmadıqlarını söyləyirlər. İlk növbədə, imtahan gedərkən qarşımıza qoyacağınız ilk məqsəd “bütün sualları oxuya bilmək” olmalıdır. Çünki oxumağa vaxt çatdırmadığınız suallar arasında cavablandıra biləcəyiniz  bir sual olduğunu gördükdə bu sizi kədərləndirə bilər.

İmtahana ən yaxşı bildiyiniz fənndən başlamağınız tövsiyə olunur.  Eyni zamanda, bu fənn həm də sizə ən yüksək bal verəcək fənnlərdən biri olmalıdır, çünki bunun 2 müsbət tərəfi var: ilk növbədə, bu sizin ən yaxşı bildiyiniz fənn olduğu üçün ardıcıl olaraq sualları heç bir tərəddüd etmədən cavblandırmaq sizin əhvalınızı yüksəldəcək. İkincisi, əgər sizdən asılı olmayan səbəblərə görə imtahanı yarımçıq tərk etməli olsanız, bu zaman yekun balınızın nisbətən yüksək olacağına ehtimal yaranır.

Zamandan düzgün istifadə etmək keçən hər bir dəqiqənin fərqində olmaq və hər dəqiqədən mümkün qədər yararlanmaq deməkdir. Özünüzlə imtahana bir saat aparın və onu imtahanın  davam etmə müddətinə uyğunlaşdırın. Bir imtahanda əsas məqsəd  vaxtı düzgün bölmək olduğu üçün imtahana saatla getmək mütləqdir. İmtahan nəzarətçisi sadəcə olaraq imtahanın başlama və bitmə vaxtını lövhədə yazır, lakin heç şübhəsiz, o, vaxtın axıb getməsinə sizin qədər həssas yanaşmır.  İmtahanın bitməsinə  nə qədər qaldığını bildirməsi isə sadəcə olaraq ümumi mənada xəbərdar etmək məqsədini güdür.


Ardı →