Velosiped sürməyin 5 faydası

İstər evdə, istər idman salonunda velosipedə minmək kalori yandırmaq və formaya düşmək üçün çox yaxşı bir üsuldur. Evinizə bütöv bir məşq dəsti almaq baha başa gələ bilər, amma bir velosipedlə lazım olan hər şey əlinizin altındadır. Velosipedə minməyin sizə uyğun məşq olub-olmadığını öyrənmək istəyirsiniz? Budur, sizə velosipedə minməyə başlamaq üçün 5 səbəb:
  • Məşq və ya yol velosipediylə arıqlayın

Kalori yandırmaq üçün velosipedə minmək ideal hesab olunan üsullardan biridir.


Davamı →

Fiorensio Mani – təslim olmayan əzmkar

20-ci əsrdə velosiped yarışları bütün Avropada böyük populyarlığa sahib idi və elə indi də öz populyarlığını qoruyub saxlayır.
 
Hər bir kəs Tour De france haqqında az-çox məlumata sahibdir. Lakin Giro d’Italia adlı yarış da onun qədər vacibliyə sahibdir. 1956-cı ildə məhz bu yarışlarda inanılmaz hadisə baş verir. Şəkildə velosiped yarışçısı Fiorensio Mani-ni görürsünüz. Onun ağzında isə velisipedə bağlı olan ip var.
 
Bir neçə gün davam edən yarışların XII mərhələsində Firensio yıxılır və körpücük sümüyünü sındırır. Lakin o ağrıya məhəl qoymayaraq velosipedini yerdən qaldırır və yarışa davam edir. Hazırki mərhələ başa çatdıqda o yarış xəttindən çəkilməkdən və gips qoydurmaqdan imtina edir. Bunun əvəzində isə ötürücülərin dəyişdirilməsi üçün öz mexanikinin yanına gəlməsini tələb edir. Məhz şəkildə gördüyünüz o ip idamançıya sol əlindən istifadə etməyərək velosipedi idarə etməyə kömək edir. Beləliklə o problemin öhdəsindən gəlir.
Davamı →

Velosiped sürmək üçün 15 səbəb

1. Velosiped sürmək bütün bədəni, eləcə də ayaq əzələlərini çox yaxşı işlədir və gücləndirir. Eyni zamanda biləkləri də gücləndirərək, oynaq ağrılarına səbəb olan xəstəliklərin qarşısını alır.

2. Velosiped sürmək ürək sağlamlığına yaxşı təsir edir və xəstəliklərdən qoruyur.

3. Tarazlıq və müvazinət qabiliyyətlərinin inkişaf etməsinə kömək edir.

4. Axşamlar rahat yatmağa kömək edir.  Yuxunu nizama salır.
Davamı →

Velosiped sürmək arıqladırmı?

Məqsədiniz sürətli və qalıcı arıqlamaqdırsa, velosiped sürməyə başlayın! Çünki 1 saat velosiped sürmək 600 kalori yandırmağınıza səbəb olur. Bunun mənasını yəqin ki, bilirsiniz.

Bədəninizdəki yağ və şişlərdən xilas olub gündən-günə arıqlaya bilərsiniz. Həyatınızda velosipedə yer verdikdə daha sağlam, daha xoşbəxt və daha arıq olacaqsınız.

Velosiped sürmək ayaqları arıqladırmı?
Velosiped sürmək, qaçmaq, gəzinti kimi ayaq əzələlərini işlədən idmanlarla məşğul olmaq istəyənlər ayaqlarının qalınlaşmasından qorxurlar. Ancaq əksinə, velosipedin köməkliyi ilə incə, güclü və gözəl formalı ayalara sahib ola bilərsiniz.
Davamı →

Velosipedin tarixi

1817-ci ildə Baron fon Drays tərəfindən ixtira edilən ilk velosipedVelosiped — (fransızca vélocipède “tez ayaq” deməkdir) əksər hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici təkan nəticəsində velosipeddə hərəkət etmək mümkündür. Velosiped tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsul hesab olunur. Hazırda dünyada yarım milyarda qədər velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının əsas səbəblərindəndir.
 
Dünyada velosipedin tarixi 500 il bundan əvvəl Leonardo da Vinçinin velosiped şəklini təsvir etməsi ilə başlayır.
 
Mülahizələrə görə, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla da başqa nəqliyyat vasitələrinin inkişafına ehiyac yaranması ilə stimullaşdırılmışdır. Ilk velosipedin görünüşü müasir velosipedlərdən tamami ilə fərqlənirdi. Almaniyanın Mahhaym şəhərində yaşayan Baron fon Drays tərəfindən ilk velosiped 1817-ci ildə ixtira edilmişdir. Bu idarə olunan velosiped olub, demək olar ki tamami ilə taxtadan düzəldilmiş, lakin pedallara malik olmayan bir velosiped olmuşdur. Velosipedin ilk modeli yoxuşlu küçələrdən aşağı düşmək üçün ayaqları yerə dirəyib təkan verərək hərəkətə gətirilirdi. Bu tip velospiedlərin rekord sürəti 15 s/km çox olmurdu.

Lakin bütün bunlara baxmayaraq ilk velosipedlərin populyarlıq qazanmasına hələ çox qalmışdı. Çünki velosipedin ilk ixtirasında iki əhəmiyyətli element nəzərə alınmamışdı. Bunlardan biri velosipedin pedalları 1861-ci ildə ilk öncə qabaq təkərlərə taxılmış, 1888-ci ildə isə pedallar arxa təkəri hərəkətə gətirən zəncir ilə birlikdə bərkidilmişdir. 1842-ci ildə velosipedlərin təkərlərinə rezin şinlər taxmaq ideyası ortalığa çıxanda artıq velospedlərin görünüşü müasir formaya düşmüşdür.
 


Ardı →