İşarələr danışır

Uşaqlıqdan nöqtəli-vergüllü, suallı-nidalı cümlələr qurmuşuq, söhbətlər etmişik, mətnlər oxumuşuq, danışmışıq. Bir növ nitqimizdə də sözləri harda necə səsləndirməyi, onu tələffüz etməyi bu işarələrin köməkliyi ilə ifadə edə bilmişik. Hərdən bəzi kitablar, jurnallar hansısa nəşrlər durğu işarələrinin çoxundan imtina etsə də, onları oxuyub səsləndirərkən yenə də fasilə etdikdə, vergülü xatırlayırıq.

Davamı →

Durğu işarələrinin yazıda işlənməsi məqamları haqqında

Dilin, dilçiliyin elə sahələri var ki, onlar daha çox mütəxəssislərin marağına daxildir, onların araşdırmalarının obyekt və predmeti kimi götürülür. Bunlar sırf elmi-nəzəri problemlərdir: morfologiya, sintaksis, leksikologiya, etimologiya, semantika, habelə qrammatikanın bir sıra başqa məsələləri və s. Amma dilçilik elminin əməli, tətbiqi sahələri, bölmələri də var ki, yalnız dilçi alimlərə, mütəxəssislərə deyil, bütövlükdə tədris işi ilə məşğul olan, ondan həmişə istifadə edən bütün insanlara: hüquq, təhsil, mətbuat, mədəniyyət, siyasət, iqtisadiyyat və b. sahələri təmsil edən şəxslərə də lazımdır. Bunların sırasına nitq mədəniyyəti, dilin orfoqrafiya (imla) qaydaları, orfoepiya (ədəbi tələffüz) məsələləri, dildə işlənən durğu işarələri (geniş mənada bu işarələrdən istifadə qaydaları və ya bu qaydaların məcmuyu — başqa cür desək, punktuasiya) daxildir.


Davamı →

Mən yazıyam (esse)

Mən yazıyam. Yazılmışam. Qələmin mürəkkəbi sərf olunub mənə. Ya da XXI əsrdi, yəqin klavişlərə yazılmışam. Hər halda artıq yazıyam.

Özümü çox vacib varlıq hesab edirəm. Ən azı ona görə ki, siz mənim hesabıma  minillər əvvəlindən xəbərdar ola bilirsiz. Mən olmasam fikirlərinizi sizin səsiniz yetməyən yerlərə çatdırmağınız mümkün olmayacaq. Mən elə bir əhəmiyyətli varlığam ki, bütün qanunlardan, qaydalardan, məxfi sənədlərdən xəbərdaram. Dövlət işlərinin hamısını bilirəm. Hətta insanların şəxsi həyatlarından da xəbərim var.

Mən bəzilərinin gündəliyi, bəzilərinin ürəyindəkiləri çatdırdğı vasitəyəm. Mən, bəzən düşünülüb, lakin deyilməyə cürət edilməyən fikirlərəm. Mən sizin beyninizəm, düşündüklərinizəm. Mən hekayələr, esselər, məqalələr, məktublaram. Hətta romanlar, epopeyalar da mənəm.

Hə, indi gördüz ki, mən nə qədər əhəmiyyətliyəm. Amma məndən öz miskin fəaliyyətləri üçün istifadə edənlər də var. Mən, yüzlərlə, bəlkə minlərlə və bəlkə də daha artıq müharibənin səbəbkarıyam. Mən olmasam hökmdarların mənasız yazışmaları olmazdı, mən olmasam həmin hökmdarlar bir-birini hədələyə bilməzdilər. Mən olmasam xəritələr olmazdı. Dünya hissələrə bölünməzdi. Mən dünyanın ölkələrə bölünməsinə səbəb olmuşam. Mən ölkələrin bölgələrə parçalanmasına səbəb olmuşam. Ən dəhşətlisi mən, bəzən bir ölkənin iki yerə bölünməsinə səbəb olmuşam.


Ardı →

Vergül`ü adam yerinə qoyaq...Özümlər üçün cəmlənmiş, biraz vergül haqda məlumat...

ilk-öncə bütün vergül sevənlər üçün ədəbi bir əsər təqdim edim....


Vergül Ocak 4, 2008

Vergül nəfəsi göstərir bizə. Yazının biraz durub nəfəs almasıdır. Vergül olmadan yazı oksigensiz qalar. Hər şey qarışıb bir anlamsızlığa varar. Nəfəs almayan insan öldüyü kimi, vergül olmadan yazının mənası, ruhu ölür. Buna görə də ən önəmli həyat damarlarındandır vergül yazının.
Vergül bir tərəfdən Nuh'u xatırladır bizə. İnsanoğlunun hekayəsi Adəmdən başlayar, Nuhda biraz durar. Silkələnər günahlardan, xətalardan. Yenidən amma daha güclü, daha təmiz və daha günahsız bir şəkildə başlayar bu davam edən sərgüzəşt.
Ardı →